““Tərtər işi”ni Aprel savaşındakı xəyanətlərini ört-basdır etmək üçün ortalığa atdılar...”
İdman24 dekabr 2021 21:56

“Aprel döyüşlərinin planlaşdırılmasına və icrasına əsas cavabdeh keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqov, Tərtər istiqamətində həmin plana uyğun döyüş əməliyyatları həyata keçirməli olan korpus komandiri isə Hikmət Həsənov idi...”
"Prezident İlham Əliyevin göstərişi ilə yeni istintaq qrupu yaradıldıqdan sonra artıq “Tərtər işi”nin tam açılacağına xalqda, o cümlədən bir vətəndaş və hərbçi olaraq məndə böyük inam var. Və bu işin təşkilatçı və icraçıları hamısı tutduqları rütbə və vəzifələrindən asılı olmayaraq qanunun yol verdiyi ən sərt formada cəzalarını çəkməlidir. Çünki bu, hansısa şəxsə, hakimiyyətə qarşı yox, bilavasitə Azərbaycan dövlətçiliyinə, ordusuna, xalqına qarşı yönəlmiş bir təxribat olub. Belə təxribatlarla xalqın öz dövlətinə, ordusuna inamını sındırmaq istəyirlər”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov ifadə edib.

“ “Tərtər işi” siyasi bir cinayətdir və burada Azərbaycan dövlətinin, xalqının Qarabağdan, işğal altındakı torpaqlardan birdəfəlik əlini üzməsi üçün qondarma zəmin hazırlanması niyyəti güdülüb. Bununla dövlət rəhbərliyini, şəxsən cənab Ali Baş Komandanı da inandırmağa çalışıblar ki, guya Azərbaycan ordusu yoxdur, dağılır, başdan-ayağa satqınlardan, əxlaqsızlardan ibarətdir və s. Məqsəd İlham Əliyevdə vaxtı yetişəndə Qarabağa hücum əmri verməkdə ciddi tərəddüd yaratmaq olub. Bir sözlə, Tərtər olayları xırda bir cinayət, intriqa-filan deyildi. Bunun hamısı 44 günlük azadlıq savaşının baş tutmaması üçün qurulmuş düşmən planlarının tərkib hissəsi olub”- deyə polkovnik açıqlamasının davamında bildirib.
“Məndə olan məlumata görə, 2016-cı ilin Aprel döyüşləri artıq torpaqlarımızın azad edilməsi məqsədilə başlanmışdı. Lakin baş vermiş xəyanət nəticəsində xeyli hərbçimiz, o cümlədən xüsusi təyinatlılarımız mühasirəyə salınaraq həlak oldu. Bundan sonra da Ali Baş Komandan genişmiqyaslı hücumu dayandırmağa məcbur qaldı. Odur ki, müəyyən qüvvələr məhz özlərinin təşkil etdiyi o xəyanəti, biabırçılığı “əsaslandırmaq”, öz satqınlıqlarını aşağı təbəqədəki zabit və əsgərlərin üzərinə yıxmaq üçün “Tərtər işi”ni düzüb-qoşdular. Beləliklə, neçə-neçə zabit, gizir və əsgərlərimizi etmədikləri xəyanət və cinayətləri işgəncə altında “boyunlarına almağa” məcbur etdilər. Bununla sübut etməyə çalışırdılar ki, guya Azərbaycan ordusu başdan-ayağa xəyanətə, əxlaqsızlığa qurşanıb, şəxsi heyətdə mənəvi ruh, döyüş ruhu yoxdur, bu ordu torpaqların azadlığı uğrunda müharibə apara bilməz. Gerçəkdən də Aprel döyüşləri vaxtı xəyanət olmuşdu və ermənilər ordumuzun haradan və necə hücuma keçəcəyini bilirdi. Əməliyyat planı satılmışdı və bunu edən qruplaşma öz xəyanət və cinayətlərini ört-basdır etmək üçün 2017-ci ildə Tərtər təxribatını işə saldı ki, uğursuzluğun bütün günahı, dediyim kimi, orada heç bir əsas olmadan “erməniyə işləməkdə” suçlanan əsgər və zabitlərin üzərində qalsın... Xatırladıram ki, 2016-cı il Aprel döyüşlərinin planlaşdırılmasına və icrasına əsas cavabdeh keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqov, Tərtər istiqamətində həmin plana uyğun döyüş əməliyyatları həyata keçirməli olan korpus komandiri isə Hikmət Həsənov idi”- polkovnik belə deyib.

“Sizcə, hər hansı bir orduda genişmiqyaslı döyüş əməliyyatının planı sıravi əsgər və aşağı zabit heyəti tərəfindən düşmənə satılması mümkündürmü?” sualını isə müdafiə nazirinin keçmiş müavini belə cavablandırıb:
“Xeyr, əsgər, gizir və zabitlər döyüşdə plana əsasən verilən əmrlərin icraçısı olur. Yalnız aşağı komandir heyəti döyüş planının yalnız kiçik elementlərini bilə bilər...
Sizcə, nəyə görə 44 günlük savaş başlamamışdan öncə Nəcməddin Sadıkovu vəzifəsindən azad etmədilər, amma 3 gün sonra o, işindən faktiki olaraq kənarlaşdırıldı. Deməli, bu dəfə də xainlər tərəfindən plan satılmışdı. Amma cənab Ali Baş Komandan öncədən bilirdi ki, plan satıla bilər. Və iki-üç gün aldadıcı gedişlərlə ermənilər inandırıldı ki, guya ordumuz onlara satılmış plan əsasında hərəkət edir və bütövlükdə hərbi əməliyyatlar həmin plan üzrə gedəcək. Ona görə də Ermənistan bütün əsas qüvvələrini əsasən Ağdam və “Ohanyan səddi” istiqamətinə cəmlədi. Bundan sonra Azərbaycan ordusu tam şəkildə nəzərdə tutulmuş əsl planla hərəkət etməyə başladı və ermənilər çaş-baş qaldı. Onlar yenidən qoşunları digər istiqamətlərə daşımağa çatdırmadılar. Və düşmənin xaotik şəkildə hərəkət edən kalonlarını PUA-larımızın, artilleriyaçılarımızın dəqiq zərbələri məhv etdi...
Yəni 44 günlük savaş başlanmamışdan öncə xəyanət ehtimalı nəzərə alınaraq Ali Baş Komandanın rəhbərliyi ilə iki plan hazırlanmışdı: biri aldadıcı plan idi və onu məlum qruplaşma satmışdı. Digəri isə əsas plan idi. Amma əsas plan yalnız 3-cü gündən sonra ortaya çıxdı və hər şey birbaşa Prezident, Ali Baş Komandan tərəfindən idarə olunmağa başlandı. Aldadıcı planın satılmasında iştirakı ehtimal olunan əsas fiqurlar artıq kənarlaşdırılmışdı. Odur ki, 44 günlük savaşın sonu qələbə ilə bitdi. Və şəhid və qazilərimizin canı, qanı, cəsarət və fədakarlığı hesabına qazanılan qələbə ilə Azərbaycan ordusu sübut etdi ki, bütün xəyanət və təxribatlara rəğmən o döyüşməyə və torpaqlarımızı azad etməyə qadir bir silahl qüvvədir...
Yalnız o təəccüblüdür ki, həm Aprel döyüşlərində, həm də 44 günlük savaşdakı xəyanətlərdə iştirakına şübhə olmayanlar hələ də azadlıqdadır. Görünür, özünün də dediyi kimi, “nəyi nə vaxt və necə etməyi yaxşı bilən” Ali Baş Komandan məqamında onların da qanuni cəzalarına çatmalarına nail olacaq. Yəqin ki, hələlik şimal qonşumuzu çox da qıcıqlandırmaq məqsədəuyğun deyil. Ancaq hesab edirəm ki, məhz “Tərtər işi” üzrə yaradılmış yeni istintaq qrupu xəyanətin ilmələrini açdıqca əsl xəyanətkarların cinayət və xəyanətləri də fakt və sənədlərlə qarşılarına qoyulacaq. Və bundan sonra artıq şimal qonşumuzun da qıcıqlanmağa, əks-reaksiya verməyə və satqınları himayə etməyə əsası olmayacaq... Göründüyü kimi, mediada, sosial şəbəkələrdə xalq Tərtər cinayətinin bütün təşkilatçı və icraçılarının cəzalandırılmasını tələb edir. Odur ki, dövlətimiz buna mütləq nail olmalı, satqın və xainlər öz layiqli cəzalarını almalıdırlar”- deyə sabiq nazir müavini vurğulayıb.
Qeyd:
Polkovnik Mehman Səlimovla geniş müsahibənin davamını yaxın müddətdə oxuya bilərsiniz.
Sultan Laçın
Oxşar xəbərlər
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
1 iyul 2025 20:38
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
1 iyul 2025 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
1 iyul 2025 11:18
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
1 iyul 2025 00:29
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 2025 16:26
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 2025 15:30
- Nazir vurma cədvəlini bilmədi
30 iyun 2025 08:55
Xəbər lenti
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
02 iyul 19:15
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
02 iyul 19:04
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
02 iyul 13:46
- Şavkat Mirziyoyev Bakıya gəldi
02 iyul 13:09
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
02 iyul 12:21
- Fasiləsiz 90 saat uça bilən quş - Bioloq açıqladı
02 iyul 11:31
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
02 iyul 10:46
- Azərbaycan Polisi 107 yaşında!
02 iyul 10:30
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
02 iyul 09:58
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
Video & Fotoqalereya
Video
Fotoqalereya