“Boşanmaq istəyəndə atam dedi ki, döz” - Ərini LOMLA öldürən qadın
Suraxanıda ərini öldürən qadına verilən cəzadan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror onun cəzasının ağırlaşdırılmasını istəyib.
Moderator.az xəbər verir ki, qətl hadisəsi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində baş verib. 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qətli mərhumun arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının törətdiyi məlum olub.
Günay Şıxəliyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Günaya qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Günay isə özünü qismən- Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Məhkəmənin hökmü ilə Günay Şıxəliyevanın əməli 120.1-ci maddəsinə tövsif edilib və o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə belə qənaətə gəlib ki, Günay ərini yatan yerdə- yəni köməksiz vəziyyətdə olan zaman yox, oyaq olan zaman öldürüb.
Mərhumun hüquqi varisi olan bacısı Mətanət Sultanova təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.
Bu hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib və Günay Şıxəliyevanın 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə təqsirli bilinməsini və daha ağır cəzaya məhkum edilməsini istəyib.
Günay ifadəsində ərini öldürmə səbəbini danışarkən deyib ki, uzun illərdir övladları və özü döyülüb, işgəncə görüb. Ərinin tüfeyli həyat yaşadığını deyən Günay söyləyib ki, spirtli içki aludəçisi olan əri hadisə günü oğlanlarını və onu yenə döyüb, təhqir edib.
“Yerə tüpürüb məni çağırırdı ki, gəl, təmizlə. Uşaqları nisyə araq almağa göndərirdi. Mağazadan nisyə araq verməyəndə uşaqlara deyirdi ki, nənələrindən, babalarından pul alıb ona araq alsınlar. Artıq onunla yaşamaqdan bezmişdim. Boşanmaq istəyəndə atam dedi ki, uşaqlarına görə döz. Amma dözmək mümkün deyildi. Hadisə günü özümü öldürmək qərarına gəldim. Amma uşaqlar gözümün qabağına gəldi. Fikirləşdim ki, özümü öldürsəm, uşaqlar yenə Mahirlə qalacaq. Buna görə də onu öldürdüm. Həyətdən lomu götürüb evə gəldim. Otağa girəndə Mahir məni görmədi. Anidən başına iki zərbə vurdum. Xırıldamağa başladı. Sonra Mahirin telefonu ilə “102”yə məlumat verdim”,- deyə Günay ifadəsində göstərib.
Məhkəmə tərəfləri dinlədikdən sonra Günay barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb./Musavat.com /
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Millimiz Gürcüstana 0:6 uduzdu
6 fevral 2026 18:34
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
4 fevral 2026 18:27
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
