"MİDA"nın direktoru Fərhad Təhməzovun oğlu məhkəməyə verildi
"MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun oğlu İsrafil Təhməzli məhkəməyə verilib.
"Qafqazinfo" xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, onun Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 14 min manata yaxın kredit borcu var. İttihama görə, İ.Təhməzli sahibkarlıq fəaliyyəti üçün agentliklə bağladığı lizinq müqaviləsinin şərtlərindən əmələ gələn öhdəliyi yerinə yetirməyib. Nəticədə Aqrar Kredit və İnkişaf Agentliyi Təhməzlini məhkəməyə verib.
Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata götürülən işə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, İsrafil Təhməzlinin əmisi də dövlət strukturunda yüksək vəzifə tutur. Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli onun əmisidir.
Xəbəri rus dilində oxuyun: На сына директора “MIDA” подали в суд
Fotoda: Qoşqar Təhməzli
.jpg)
Bir müddət öncə İsrafil Təhməzlinin adı mediada Rusiya və Türkiyədən tikinti materiallarının, xüsusilə kafel-metlaxların idxalı ilə məşğul olan “Başaran Group” şirkətinin həmtəsisçisi kimi hallanmışdı. İddialara görə, İsrafil Təhməzli əmisi oğlu Şahbaz Təhməzli ilə birlikdə həmin biznesə rəhbərlik edir. Kommersiya qurumlarının dövlət reyestrində də sözügedən şirkətin qanuni təmsilçisi kimi Şahbaz Təhməzlinin adı görünür.
Bundan başqa İsrafil Təhməzli 2010-cu illərdə Sumqayıtda tarixi “Vaqif” kinoteatrının yenidən tikintisi üçün sifarişçi olub. Lakin daha sonra qeyri-müəyyən səbəblərdən tikinti aparılmayıb.
Xatırladaq ki, İsrafil Təhməzlinin atası Fərhad Təhməzov da biznes fəaliyyəti ilə bir neçə dəfə gündəmə gəlib. Onun Türkiyədə “İlahi İnşaat” (İlahi - Təhməzli qardaşlarının atasının adıdır) adlı şirkəti 2010-cu ildə qeydiyyatdan keçirilib. Şirkət turizm, inşaat və ticarət sektorunda fəaliyyət göstərir. Şirkətin hissələrinin 60 faizi Fərhad Təhməzovun, 40 faizi isə qızı Fidan Təhməzlinin adına rəsmiləşdirilib.
Daha əvvəl Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olan F.Təhməzov 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibindəki MİDA MMC-nin direktoru təyin olunub.
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
9 fevral 2026 20:54
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Mübariz İbrahimovun doğum günüdür
7 fevral 2026 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
6 fevral 2026 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
