- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Didqoroba döyüşü və ya gürcülərin ən böyük “qıpçaq qələbəsi”
Mədəniyyət16 yanvar 2022 13:13
Zülfüqar Rüfətoğlu
Əvvəlcə, musiqiçilər demiş, prelüddən başlayaq. Onu deyək ki, gürcülərin tarixində ən böyük və bəlkə də yeganə qələbə 1121-ci ilin 12 avqustunda Didqori döyüşündə qazanılıb.
Gürcü tarixində, xüsusilə də bu döyüşdə gürcülərlə İran dövlətinin üz-üzə gəldiyi barədə təsəvvürlər yaradılır. Bu belə deyildi. Çünki 1121-ci ildə İran dövləti yox idi və onu yüzillərdən sonra Azərbaycan-türk oğlu Şah İsmayıl yaradıb farslara "hədiyyə” verəcəkdi.
XII-ci əsrin əvvəllərində Böyük Səlcuq imperatorluğu var idi. Azərbaycan Anadolu ilə birlikdə bu imperatorluğun ürəyi idi. Ona görə də şəstlə deyə bilərik ki, gürcülər 1121-ci ildə Azərbaycana qalib gəliblər. Bizi görməməzliyə vurmaqdandırmı, ya neftimizin kəramətindəndirmi, gürcülər tarixin həmin dövrü üçün Azərbaycan adı çəkmirlər.
Nə isə. O dövrdə balaca Gürcü çarlığı var idi. Paytaxtı Kutaisi idi. Tiflis Səlcuq türklərinin və ya Azərbaycan səlcuqlarının – yəni bizim əlimizdəydi.
Gürcü çarlığı Böyük Səlcuq dövlətinə bac-xərac ödəyirdi. Boş vaxtlarında isə gürcü şahzadələr çaxır içib bir-birini bıçaqlamaqla məşğul idilər. Belə bıçaqlaşmalardan birinin qalibi kimi və şübhəli bir şəraitdə David çar ola bilmişdi. Gürcülər ona IV David və Qurucu David deyirlər.
David hakimiyyətə gələndə Səlcuq imperatorluğu süqut etməkdəydi. 1118-ci ildə Səlcuq imperatoru Məhəmməd Təpər vəfat etmişdi. Ona qədər gürcülərin cınqırı da çıxmırdı. Heç ondan sonra da çıxmırdı, amma hazırlaşmağa başlamışdılar.
Sultan Məhəmməd Təpərin ölümündən (1118-ci il) sonra Mahmud, onun qardaşları Məsud, Toğrul və əmisi Sultan Səncər arasında hakimiyyət uğrunda uzunmüddətli mübarizə başlandı.
Sultan Səncər sultan elan olundu, Mahmud isə bütün imperiyanın varisi təyin edildi. Öz oğlu Davudun (əvvəllər yəhudiliyi qəbul etdiklərindən səlcuqlarda belə adlar vardı) adına Azərbaycanda və digər ərazilərdə xütbə oxunması haqqında əmr verən Mahmudun ölümündən (1131-ci il) sonra onun qardaşı Səlcuq da hakimiyyət uğrunda mübarizə aparmağa başladı.
Bu qardaş qırğını Sultan Səncər 1157-ci ildə əsirlikdə ölənədək davam edəcəkdi.
Başsız Azərbaycan
Qısası həmin dövrdə, Didqori döyüşü baş verəndə Azərbaycan tamamilə başsız idi. Bu ərazi nominal olaraq Səlcuqlu imperiyası olaraq qalırdı.
1136-cı ildə artıq bu ərazidə Eldənizlər dövləti qurulacaqdı. Eldəniz Səlcuq sarayında qıpcaq qullardan biri olmuşdu. Bundan sonra Azərbaycan Eldənizlər dövləti yaranır. Eldənizin qıpçaq olması gürcülərə müttəfiq olmuş qıpçaqların sonrakı davranışlarında birbaşa rol oynayacaqdı.
Belə bir vaxtda rus knyazlar onlara göz verib, işıq verməyən Cənubi Rusiya qıpçaqları ilə daimi döyüşdə idilər.
Nəhayət 1118-ci ildə Vladimir Monomax bunları cənubi Rus çöllərindən "iti qovan kimi” qovdu.
Bəzi mənbələrə görə 200-300 minlik qıpçaq tayfaları Dəryal vadisindən keçib Gürcü çarlığı ərazisinə gəldilər.
Gürcü tarixlərində yazırlar ki, "bunlara ürəyi yanan David” bu qaçqın ordusunu qəbul etdi.
Bu qıpçaqların təxminən 45 mini peşəkar əsgər idi. Yəqin ki, qalanları da rezervist olardı.
Uzun sözü kəsəsi, Davidin onları qəbul etməməyə "bir yeri” çatmazdı.
Bacanaq generaliteti
Amma David bir biclik elədi. Yazdığım kimi Azərbaycan ərazisi – xüsusilə Borçalı-Qazax-Gəncə demək olar müdafiəsiz idi. Həm də səlcuqlar böyük bir hissəsini dinc köçərilər təşkil edən, onlarla çox yaxın dildə danışan qıpçaqlara toxunmadılar. Bunlar sonradan Borçalıdan – Qazaxa, ordan Gəncə və Qarabağa köç edəcəkdilər. Ona görə də bu bölgələrin bugünədək ləhcəsi demək olar eynidir.
David eyni zamanda qıpcaq xanının qızı ilə evləndi və onun qıpçaq bacanaqlardan ibarət bir generaliteti yarandı.
Bunların çoxu o vaxt Gürcüstanda olan səlibçilər tərəfindən xaç suyuna çəkilib xristian ordusu oldu.
Beləliklə qarşıdan gələn döyüş – həmin bu Didqoroba döyüşü (dəqiq adıdır) artıq türkün türkə yox, xristianın müsəlmana qarşı döyüşü şəklini alacaqdı.
Başınızı çox ağrıtmayım. Əlqərəz gürcülər tarixlərinin bu hissəsini, yumşaq desək, yaxşıca saxtalaşdırıblar. Bunların qədim kitablarında gürcü ordusunun tərkibindəki qıpçaqların sayı 45 min süvari olaraq verilir. Belə olanda kim kimin tərkibində olub sualı çıxır ortaya. Bunu dana bilməzlər.
Xanım Lordkipanidze 25 min qıpçağı necə "itirdi”
Bunların müasir tarixçiləri faktları sovet dövründən saxtalaşdırmağa başlayıblar. Qorbaçovun vaxtında isə ayaqları lap yer alıb. Goplarını ingiliscəyə çeviriblər. Mariam Lordkipanidzenin yeri gəlmişkən ingiliscəyə, 1987-ci ildə çox bərbad şəkildə tərcümə edilmiş "Gürcüstan XI-XII əsrlərdə” kitabının 91-ci səhifəsində deyilir:
"40 min qıpçaqdan əlavə çarın 20 min gürcü əsgəri vardı.Onun ordusundakı əsgərlərin sayı 60 min idi”.
Səhifəni çeviririk. 92-ci səhifədə xanım Lordkipanidze yazır:
"Daimi qıpçaq kavaleriyası heç vaxt ordunun bel sütunu olmayıb. Ordunun özəyini çar qvardiyası və feodal gürcü birlikləri təşkil edirdi. Didqori döyüşündə 40 minlik gürcü ordusunda 15 min qıpçaq vardı. Bu döyüşün əsas "cızdağını” gürcü əsgərlər çıxarıblar”.
Kitabda işlənən "burnt” sözü yanmış sözünün (burned) əndrəbadi formasıdır. Yalnız xalis ingilislər bilir bu sözü. Kitabın redaktoru britaniyalıdır. Amma söz bunda deyil.
İki səhifədə - bir vərəqin iki üzündə rəqəmlər arasında fərqə fikir verdinizmi? İndi Vikipediyadan tutmuş başqa internet resurslarınadək gürcülər 92-ci səhifədəkinin "cızdağını” çıxarırlar.
Gürcüstanda depressiya verən çaxır istehlakı və o depressiyanı müvəqqəti aradan qaldıran narkotik probleminin olduğunu bilirəm. Amma bunun akademik dairələrə də sirayət etdiyini düşünmək istəməzdim.
Çünki 25 min qıpçağın hara yoxa çıxmasını başqa cür izah etmək olmur. Yadıma bir köhnə sovet lətifəsi düşür bu yerdə:
Deməli, həbsxananın bir kamerasında bir gürcü, bir erməni, bir azərbaycanlı varmış. Mayın 9-u filanlar imiş yəqin. Bekarçılıqdan gürcü qayıdır ki, "gəlin "parad-parad” oynayaq. Azərbaycanlı və erməni soruşurlar ki, "o nə oyundur elə”. Gürcü deyir ki, "mən Stalin olum, çıxım bu kətilin üstünə, siz də mənim qabağımdan keçib "urra!” qışqırın”. Azərbaycanlı nəşəsini çəkib təzə qurtarıbmış, deyir, "yox qardaş, mən belə oyun oynamıram”. Uzanır öz yerinə və yatır. Bu yatmağında olsun, kamerada bir parad başlanır ki, gəl görəsən. Bir müddət sonra erməni yorulur və deyir ki, "qardaş, mən yoruldum, indi qoy mən çıxım kətilin üstünə, Mikoyan olum, sən də parad ol. Gürcü hirslənir və deyir ki, "ə nə gic-gic danışırsan, Mikoyan nə zibildir ki, Stalin onun qabağında marş eləsin”. Nə isə, dava qızışır, baş tutmayan Mikoyan vurub "Stalini” öldürür. Axşam gəlib kameranı yoxlayanda nəzarətçilər görürlər ki, gürcü ölüb. Ermənidən soruşurlar ki, "buna nə olub, kim öldürüb bunu?” Erməni iki ayağını bir başmağa dirəyir ki, "vallah, xəbərim yoxdur”. Onda üz tuturlar azərbaycanlıya: "Düzünü sən bilərsən, burda üç nəfərsiniz, bu gürcünü hansınız öldürmüsünüz?” Azərbaycanlıya hadisə indi çatır. Qayıdır ki, "nə üç nəfər, ala, bayaqdan burda paraddır e. 50 min adam o yana keçir, 50 min adam bu yana. Bu maygülü də ayaq altda qalıb ölüb də yəqin…”
İki gopçu arasında
Mən, ümumiyyətlə, həmişə bu qənaətdə olmuşam ki, iki Azərbaycanın iki Qafqaz qonşusu var, bəxtindən ikisi də gopçu çıxıb. Amma Xəzərin nefti-qazı olmasa, gürcü gopçu erməni gopçunun əlinə çöp verər. Əlbəttə, söhbət xalqlardan yox, qatı millətçilərdən və millətçiliyə xidmət edən tarixçilərdən gedir.
Nə isə. Bu da sizinçün Didqori döyüşü. Qıpçaqlar oğuzlar üzərində qələbə çalırlar. Döyüşün təfərrüatlarına girməyəcəyəm. Amma bir erməni mənbəyində deyilir ki, bu döyüşdə "bir qıpçaq dörd persi (yəni türkü) qabağına qatıb qoyun kimi qovurdu”.
Sağ olsun, bizim yeni tarixçilər bu gopçuları yavaş-yavaş yerlərində oturdurlar. Əkbər N. Nəcəfin bir yaxşı kitabı var: "Səlculqu dövlətləri və atabəyləri tarixi” (Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər).
Qıpçaq ordusundan istifadənin Gürcü dövlətinə çox baha oturduğunu o yaxşı təsvir edib:
"Bunlar (qıpçaqlar) daha sonra ortodoks xristianlığı qəbul edib Gürcüstanda 1578-ci ilə qədər (Osmanlı fəthinə qədər) öz yerli idarələrini (atabəyliklərini) qurmuşdular. Qıpçaqların Gürcüstana gəlib yerləşdikləri, Abxaz-Kartli krallığının əsgəri sistemini əllərinə keçirdikləri, gürcü krallığında "atabəylik sistemi" təsis edərək qıpçaq bəylərinin gürcü kral və kraliçalarının "hərbi nazirləri" olduqları və Səlcuqlu ölkələrinə qarşı hərbi səfər və yürüşlər təşkil etdikləri 1096-1230-cu illər arasındakı 235 illik dövr Gürcüstan tarixinin ən parlaq dövrünü təşkil etməkdədir. Köçəri həyat tərzi sürdüklərinə görə qıpçaqlar üçün Səlcuqluların əlindəki müsəlman ölkələri böyük qənimət mənasına gəlirdi. Ayrıca bu iki türk boyu arasında dini düşmənçiliyin izləri də möhkəm idi”.
Tarixçi daha sonra yazır:
"Abxaz-Kartli krallığının 40 min qıpçaq döyüşçüsünü öz sarayında yerləşdirdiyi, 500 qıpçaq uşağını da sarayda tərbiyə etdiyi və onlara xristianlığı qəbul etdirdiyi qaynaqlarda qeyd edilməkdədir. Əsgərlər arasında başlayan xristianlaşma daha sonra qıpçaqlar arasında da yayıldı və beləcə, Gürcüstanda yerləşən 200 minlik qıpçaq-türk ailəsi Ortodoks Xristianlığını qəbul edib, müəyyən bir vaxtdan sonra "gürcüləşdilər". 1096-1120-ci illər arasında qıpçaqların bir tərəfdən ordunu əlinə keçirməsi, digər tərəfdən sarayda tərbiyə alan qıpçaqların xristianlaşaraq dövlətin idari mexanizmasında xidmətə başlamasından sonra müasir tarixçilərin "gürcü krallığı" adı verdikləri dövlətin çiçəklənmə dövrü başladı. 1120-ci ildə artıq Abxaz-Kartli krallığı Səlcuqluların vassallığından çıxıb Səlcuqlu dövlətləri və atabəyləri ilə 1230-cu ilə qədər davam edəcək müharibələrə başladı. Bu tarixdə, Abxaz-Kartli kralları əsgər ehtiyaclarını qarşılamaq üçün davamlı olaraq şimaldakı qıpçaqları Gürcüstana köç etməyə təşviq etmişdir. 1121/22-ci ildə qıpçaqlar Tiflisi ələ keçirdilər. Abxaz-Kartli krallığının paytaxtı buraya köçürüldü və bu ərazidə qıpçaqlara geniş sahələr verildi”.
Bu o deməkdir ki, bir türk o biri türkü qovub gürcüyə paytaxt düzəltdi.
"Türkün türkdən başqa dostu yoxdur”, deyirlər, amma bəzən "türkün türkdən böyük düşməni də yoxdur” kəlamı da yerinə düşə bilər.
Borçalıdan Naxçıvanadək
Onu da deyim ki, yuxarıdakı sitatda bir az dəqiqsizlik var. Xristianlığı qəbul edən qıpçaqların kiçik bir qismi idi. Onları da gürcülər gürcüləşdirənədək ermənilər erməniləşdirmişdilər.
Qalan qıpçaq əhali, mənim oxuduğum mənbələrdə arvad-uşaqlı 125 min qıpçaq Borçalıdan Naxçıvanadək ərazidə qalıb İslamı qəbul ediblər.
Didqori döyüşündən tarixi mənbələrdə bir epizod da var:
"Döyüşün əvvəlində IV David tərəfindən öyrədilmiş 200 əsgər döyüş sırasını tərk edərək səlcuqların tərəfinə keçirmiş kimi görüntü yaratmışdı. Döyüşdən əvvəl IV Davidin səlcuqlarla eyni dindən olan döyüşçüləri muzdla tutması haqda söhbət yayıldığından, səlcuq ordusunun avanqard (ön əsas) hissəsi bu görüntüyə aldanmış və onlara xətər yetirməmişdi. Ehtimal olunan ox yağışına qarşı isladılmış yapıncı geymiş döyüşçülər silahlarını gizlətmişdilər. Onlar səlcuqların döyüş sıralarına girər-girməz silahlarını çıxarıb, səlcuqları qırmağa başladıqda orduda çaxnaşma yaranmışdı. 200 əsgər döyüşə-döyüşə əvvəlcədən gizlənmiş səlibçi ordusunun yerinə çəkildi. Onları təqib edən türklər səlibçilərlə üz-üzə gəlmişdi. Döyüş elə başlamışdı ki, səlcuqlar oxçu dəstələrin gücündən yararlana bilməmişdi. Bir yandan IV Davidin başçılıq etdiyi əsas gürcü qoşunu, bir yandan səlibçilər, digər yandan şahzadə Demetrenin başçılıq etdiyi arxa zərbə qüvvəsi səlcuqları çaşqınlığa salmış və buna hazır olmayan ordunun nizamı pozulmuşdu. 3 saatdan çox davam edən Didqori döyüşü IV Davidin ordusunun qələbəsi ilə nəticələndi. Gürcüstan vergi verməkdən azad olmuşdu. Bir il sonra isə Tiflis müsəlman əmirliyi ləğv edilmişdi”.
Qıpçaqların gözləri açıldı
Amma bu Didqori döyüşündən sonra, qıpçaqların deyəsən, gözləri açılır. Ümumiyyətlə onların gözəri bir az çətin və gec açılırdı.
Gürcülərlə qıpçaqlar arasında düşmənçiliyə keçən inciklik barədə tarixi mənbələrdə çox yazılıb. Ərəb tarixçisi İbn əl-Əsir yazır:
"1123-cü ildə gürcülərin İslam dövlətindəki pislikləri artmışdı. Xüsusən də Dərbənd-Şirvan əhalisinə qarşı. Buna görə də onlar sultanın (sonuncu səlcuq sultanı Mahmudun) yanına elçi göndərdilər. Sultan gürcülərə qarşı qoşun çəkdi. Gürcülər də sultana qarşı yürüdülər. Amma sultanın qoşunları gürcüləri (daha doğrusu qıpçaqları) görəndə qorxub duruxdular. Məşhur Nizam ül-Mülkün oğlu vəzir Şəmsəddin Osman, sultana məsləhət gördü ki, qoşun geri qayıtsın. Bu dəmdə şirvanlılar sultana üz tutub yalvardılar: "Biz səninlə döyüşməyə hazırıq, amma sən getsən, müsəlmanlar ruhdan düşüb məhv olacaqlar”. Sultan qərara gəldi ki, səhərədək gözləsin. Qoşun çox narahat bir gecə keçirdi. Amma Allah onlara rahatlıq göndərdi. Gürcülərlə qıpçaqlar arasına ixtilaf və düşmənçilik saldı. Onlar öz aralarında döyüşüb sonra da qaçıb getdilər”.
Bir çox mənbələrdə göstərilir ki, qıpçaq ordusunun arxasında gələn "şanlı gürcü qvardiyası” (Demetre) Şirvan, Gəncə və başqa yerlərdə əhaliyə - yəni azərbaycanlı-oğuz türklərə qarşı çox böyük qansızlıqlara yol verib və qıpçaqların da onlardan üz çevirməsi buna görə olub.
Bu hadisədən sonra 20-30 il ərzində hakimiyyət yavaş-yavaş oğuz sultanlarından əslən qıpçaq olan Eldənizə keçdi. Azərbaycanda Eldənizlər dövləti bərqərar oldu.
İndi qıpçaqlar Borçalıdan Naxçıvanadək məskunlaşdıqları ərazilərdə rahat yaşaya bilərdilər.
13-cü əsrdən isə bu iki türkdilli soyun dilindən müasir Azərbaycan türkcəsinin şahanə dili yarandı.
Bu dilin zirvəsi şeirlərində gen-bol qıpçaq sözləri işlədən bakılı Nəsimi idi...
Miq.Az
Oxşar xəbərlər
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- QAZ ehtiyatına görə dünyanın ən böyük 10 dövləti –SİYAHI
9 may 2026 15:58
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
8 may 2026 14:25
- Böyük Qayıdış: Ağdama daha 92 ailə yola salındı
21 aprel 2026 11:54
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 2026 19:11
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 2026 15:38
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 2026 23:54
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
2 aprel 2026 12:31
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
Xəbər lenti
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
