- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
- Ərdoğan Azərbaycana GƏLİR
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
“Putin Tokayevə dedi, ya xalqa atəş açacaqsan, ya da hakimiyyəti..."

Qazaxıstanda yanvarın əvvəlində qəfil başlayan və sürətlə bütün ölkəni bürüyən, 30 ildən çox ölkəni idarə etmiş Nursultan Nazarbayevin həmin etirazların başlaması ilə bir vaxtda “yoxa çıxması”, ölkəyə sürətlə KTMT qoşunlarının yeridilməsi, elə o cür sürətlə də geri çəkilməsi, etirazçıların ucdantutma “terrorçu” elan edilməsi və kütləvi şəkildə gülləbaran olunması, nəticədə yüzlərlə insanın öldürülməsi dünyanın gündəmində qalmaqdadır.
"Qafqazinfo" xəbər verir ki, virtualaz.org bu hadisələrlə bağlı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri, hazırda mühacirətdə olan general-mayor Alnur Aljaparoviç Musayevlə söhbətləşib.
A.Musayev - peşəkar xəfiyyədir, uzun illər SSRİ DTK-da çalışıb, 1990-cı illərdə Qazaxıstan DTK-nın rəhbərlərindən biri kimi MKİ ilə “Sapfir” xüsusi əməliyyatında iştirak edib.
İki il Qazaxıstan prezidentinin köməkçisi olub, daha sonra prezidentin mühafizə Xidmətinə başçılıq edib. Qazaxıstan hakimiyyəti tərəfindən uzun illər təqib olunub və Avstriyaya qaçıb. Vyanada ona qarşı bir neçə dəfə sui-qəsd və silahlı hücum təşkil olunub. Hazırda Avstriya hakimiyyətinin mühafizəsi altındadır.
Alnur Musaev Qazaxıstandakı etirazların görünən və görünməyən tərəflərindən danışır.
- Necə fikirləşirsiniz, Nursultan Nazarbayev hazırda haradadır?
- Nazarbayevin mətbuat katibi iddia edir ki, o, paytaxtda, Nur-Sultan şəhərindədir. Hökumətdəki digər rəsmi şəxslər də bunu təkrarlayır. Ancaq ölkə üçün böhranlı vəziyyət zamanı Nazarbayevin bir dəfə də olsun üzə çıxmaması faktını nəzərə alsaq, ehtimal etmək olar ki, “Еlbası” ya ciddi xəstədir və koma halındadır, ya da Jirinovskinin bəyan etdiyi kimi, artıq ölüb.
Belarus prezidenti Aleksandr Lukaşenkonun guya Nazarbayevlə telefonla danışdığı barədə sözləri böyük şübhə doğurur. Görünür, Kasım-Jomart Tokayev prezident mövqeyində birdəfəlik möhkəmlənənə qədər Qazaxıstan rəhbərliyi Nazarbayevlə bağlı həqiqəti qəsdən gizlədəcək.
- Tokayev KTMT kontingentinin sülhməramlı missiyasının bitdiyini çox tez bəyan etdi və Moskva dərhal da bununla razılaşdı. Vəziyyətin belə sürətlə dəyişməsinin arxasında nə dayanır?
- Çin və Türkiyənin Moskvaya göstərdiyi ciddi təzyiq. Qazaxıstan müstəqillik əldə etdiyi andan həm Qərblə, həm də Rusiya ilə çoxvektorlu əməkdaşlıq siyasəti yürüdüb. Ancaq bizim ölkəmizin ən yaxın münasibətləri Çin ilə, son vaxtlar isə həm də Türkiyə ilə olub. Bu siyasəti düzgün olaraq Nazarbayevin xidməti sayırlar, ancaq unudurlar ki, Tokayev də prezident olandan sonra həmin siyasəti fəal şəkildə davam etdirir.
30 illik diplomat təcrübəsi olan Tokayev yanvar böhranı zamanı da həmin siyasətdən öz məqsədlərinə çatmaq üçün uğurla istifadə etdi. Əvvəlcə KTMT güclərini köməyə çağırdı, onların sayəsində daxili siyasətdəki böhranın zirvəsində prezident kürsüsünü qoruyub saxlaya bildi, sonra isə Rusiyanın aparıcı təsirindən azad olmaq üçün Çini və Türkiyəni köməyə çağırdı.
Xatırlatmaq istərdim ki, KTMT güclərinin yeridilməsindən dərhal sonra Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu və Çin rəhbərliyinin nümayəndələri Qazaxıstanın suverenliyini birmənalı müdafiə edərək Kremlə başa saldı: onlar Qazaxıstanın ərazisində başqa ölkənin ordusunun mövcudluğu ilə qətiyyən razılaşmayacaqlar.
Bundan sonra KTMT qoşunlarının çıxarılması üçün göstəriş verildi. Hadisələrin bu ardıcıllığında sensasion heç nə yoxdur: Qazaxıstan iqtisadiyyatına nəhəng vəsaitlər qoyan Çin də, Mərkəzi Asiyanın türk dövlətləri ilə fəal şəkildə strateji münasibətlər quran Türkiyə də Qazaxıstanın hətta nəzəri olaraq Moskvanın sərt təsirinə düşməsinə razılaşa bilməz.
Tokayev Çin, Rusiya və Türkiyənin sabit, daxili ziddiyyətlərdən uzaq Qazaxıstandakı maraqlarından məharətlə istifadə edərək, öz hakimiyyətinin stabilliyinə və möhkəmlənməsinə nail oldu, üstəlik, bölgədəki geosiyasi oyunçuların heç biri ilə münasibətləri korlamamağı da bacardı.
- KTMT hərbçiləri etirazların yatırılmasında birbaşa iştirak etdilərmi?
- Mənə dəqiqliyi ilə bəllidir ki, onların işi müxtəlif obyektlərin mühafizəsi, habelə Ust-Kamenoqorsk, Cambul, Almatı, Nur-Sultan və digər şəhərlərin küçələrində patrulluq etməklə məhdudlaşıb. Dəqiq məlumdur ki, KTMT bölmələri etirazçılara atəş açılmasında iştirak etməyib.
- Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsinin (MTK) rəhbəri Kərim Məsimovu dövlət çevrilişinin təşkilində ittiham edir. Guya ki, talançıları mağazaları dağıtmağa və maşınları yandırmağa məhz o göndərib. Sual yaranır, əgər Məsimov MTK-nın imkanlarından Tokayevi həbs etmək və hakimiyyəti ələ keçirmək üçün istifadə edə bilərdisə, onda çevriliş naminə talanlar təşkil etmək onun nəyinə lazımdır?
- Kərim Məsimov son ana qədər Nazarbayevə sadiq adam olaraq qaldı. Eyni zamanda, o, MTK-nın rəhbəri kimi prezident Kasım-Jomart Tokayevə qeyd-şərtsiz tabe idi. Nəticədə, böhran anında Məsimov sadəcə hadisələrdən kənarda qaldı və qayda-qanunun bərpası üçün heç nə etmədi. Məsimovun passivliyi ona gətirib çıxardı ki, Almatıda etirazlar böyüdü və talançılıqla müşayiət olunan xaosa keçdi. Məsimov xəyanət etməyib, o, cinayətkar fəaliyyətsizliyə, vəzifə cinayətinə yol verib, indi də buna görə cavab verməlidir.
- Nazarbayevin onillərlə davam etmiş hakimiyyətində Qazaxıstanın bütün idarəçiliyi istisnasız olaraq onun kadrlarında təşkil olunub. Bu, "Elbası"nın klanının revanşı üçün potensial deyilmi? Bir qədər sabotaj yetərlidir ki, hər şey təkrarlansın…
- Fikrimcə, Nazarbayevin klanının revanş üçün imkanları artıq yoxdur. Onun yaxın əhatəsindəki ən əhəmiyyətli şəxslər artıq ölkədən kənardadır. Yalnız Timur Kulibayev - Nazarbayevin qızı Dariqanın əri qalıb. Onun şəxsi kapitalı 2,6 milyard dollar həcmində dəyərləndirilir, ölkənin ən iri bankı olan Xalq Banka, sıxılmış qazın hasilatına, Kazenergy neft-qaz birliyinə nəzarət edir.
Məncə, o, ölkədə yalnız ona görə qalıb ki, Qazaxıstanın prezidenti vəzifəsinə Nazarbayevin böyük qızı Dariqa və Kasım-Jomart Tokayev iddia edən zaman Kulibayev ailə klanına qarşı çıxaraq, Tokayevin namizədliyini müdafiə etmişdi. Nəzərə alınmalıdır ki, Kulibayevin Dariqanın klanı ilə toqquşması hələ 2017-ci ildə başlayıb.
Məncə, “Elbası”nın ailə üzvləri arasında Kulibayev yeganə şəxsdir ki, Qazaxıstanda öz mövqelərini qoruyub saxlaya bilər. Bu məsələdə Tokayevdə hansısa şübhələr yaransa, ona xatırladacaqlar ki, Timur Kulibayev “Rosnefteqaz”ın direktorlar şurasının üzvüdür, İqor Seçinin rəhbərliyi altında çalışır və Vladimir Putinin şəxsi himayəsinə malikdir.
- Tokayev ölkənin çiçəklənəcəyini və Qazaxıstan vətəndaşlarının rifahının yaxşılaşacağını vəd edir. Bu, inandırıcı görünmür, belə ki, bunları etmək üçün pul lazımdır, kapital isə Nazarbayevin klanında cəmləşib. Tokayev Leninsayağı ekspropriatorların ekspropriasiyasına gedəcəkmi?
- Nəzərə alın ki, Tokayev Nazarbayevin birbaşa yetirməsidir. O, həmişə Nazarbayevə loyallığından danışıb, “Elbası”nın ətrafını qorumağa və müdafiə etməyə vəd verib. Beləliklə, Tokayev Nazabayevin klanına sadiq qalacağına içdiyi andından imtina edə bilməz - ciddi siyasətçi elektoratın nəzərində andını pozmuş görünməməlidir.
Deməli, Kulibayevi də təqib etməyəcək. Üstəlik, Tokayev Putinlə birgə Nazarbayevin şəxsi toxunulmazlığına, habelə “Elbası”nın yaxın əhatəsinin ölkədən maneəsiz çıxışına təminat verib. Artıq Kərim Məsimov əsas “günahkar” elan olunduğundan, Nazarbayevin əhatəsindən heç kəsi repressiya etməyəcək və xaricə daşıdığı kapitalın girovuna çevirməyəcəklər.
Həmin adamlara Qazaxıstanı sakitcə tərk etmək və xaricə daşıdıqları pullardan yararlanmaq imkanı veriləcək - həmin pullar Nazarbayevin ailə üzvləri üçün özünəməxsus “müavinət” olacaq. Ancaq ailənin Qazaxıstanın daxilindəki aktivləri xüsusi Fondun mülkiyyətinə keçməlidir, Tokayev həmin Fondun ehtiyatlarını əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldəcəyini vəd edib.
O ki qaldı Nazarbayevin dövlət idarəçiliyinin müxtəlif qurumlarındakı kadrlarına, Tokayev hökuməti onlardan praktik olaraq təmizləyib. Etirazçıların “Şal, ket!” ("Qoca, get!") şüarı Tokayevin ürəyindən olub. Və Tokayev hazırda xalqın iradəsini misal gətirərək, asanlıqla vəzifəli şəxsləri kənarlaşdıra, Nazarbayevin portretlərini və heykəllərini yığışdıra, küçələrin adlarını dəyişdirə, hətta Qazaxıstanın paytaxtına əvvəlki adını - Astana - qaytara bilər.
Eyni zamanda, Mixail Saakaşvili kimi, Tokayev də köhnə idarəetmə aparatını tamamilə dəyişməyəcək. O, öz adamlarını əsas vəzifələrə, o cümlədən, güc strukturlarının rəhbərliyinə artıq təyin edib. Yerdə qalan idarəçilər isə inzibati “təmizləmə” proseslərini müşahidə edərək, qalib gələn tərəf üçün daha böyük səylə işləməyə başlayacaq. Və ona görə yox ki, Tokayev itaətsizliyə repressiyalarla cavab verə bilər.
Sadəcə, hakimiyyət qarşısında heyranlıq qazaxların mentalitetinin cizgilərindən biridir. Bu, xüsusən də yüksək eşalonun nümayəndələrinə aiddir. Bu səbəbdən Tokayevin hamını ucdantutma dəyişdirməyinə və özünün siyasi rəqiblərinin sayını artırmağına ehtiyac yoxdur.
- Necə oldu ki, Nazarbayevin yaxın qohumları Milli Təhlükəsizlik Komitəsini (MTK) vəhhabilərin mənzil-qərargahını çevirdilər? Deyilənlərə görə, onun bacısı oğlu Kayrat Satıbaldı MTK-nin bütün əməkdaşlarını radikal islama cəlb edib və onların vəhhabilər kimi namaz qıldığına nəzarət etmək üçün iş otaqlarını dolaşır…
- 2000-ci illərin əvvəllərində Nazarbayev Kayrat Satıbaldını MTK sədrinin kadrlar üzrə müavini təyin etdi. Yeri gəlmişkən, Nazarbayevin digər yaxın qohumu Samat Abiş də MTK-nin sədr müavini vəzifəsində çalışırdı. Kayrat sələfi idi və MTK-nın bütün operativ tərkibini islamın məhz bu qolunun adeptinə çevirmək üçün böyük səylər göstərirdi. Samat Abiş da sələfi idi və həmçinin, MTK-nin islamlaşmasında iştirak edirdi, düzdür, tipik major olaraq qalırdı və zəngin həyat tərzi sürməkdə davam edirdi.
Onların hər ikisi çoxlu məscid tikdirib, dini mühitdə böyük nüfuzları vardı, BƏƏ və Səudiyyə Ərəbistanında çoxlu vaxt keçirirdilər… Elə oralarda da böyük biznes qurmuşdular. BƏƏ və Səudiyyə Ərəbistanı Nazarbayevin qohumlarının dini fəallığını həvəsləndirirdi. Hər ikisi təbii ki, yanvar hadisələrində iştirak edib, ancaq birbaşa yox, dini icmalardakı tərəfdarları vasitəsilə. Onların adamları xüsusilə Cambulda və Alma-Atada fəal idi.
- Niyə bütün etirazlar bir qayda olaraq Qərbi Qazaxıstanda başlayır? Sanki yüksək maaşlar olan neftlə zəngin bölgədir...
- Etirazlar ölkənin digər bölgələridə də baş verib. Sadəcə Qərbi Qazaxıstanda sosial təbəqələşmə daha çox gözə çarpır, zəngin azlıqla yoxsul kütlə arasındakı ziddiyyət daha üzdədir. Əksər fəhlələrin aldığı cüzi maaşla dolanmaq çox çətindir. Üstəlik Qərbi Qazaxıstanın əhalisi xaraktercə daha çılğındır. Onlar özlərini qıpçaqlar sayır və istənilən ədalətsizliyə dözümsüzdürlər.
Bu bölgədə ədalətsizlik isə yetərincədir - Qərbi Qazaxıstanda əldə edilən enerji ehtiyatlarının gətirdiyi böyük gəlirlər adi adamların cibindən kənara gedərək, oliqarxların məhdud dairəsinin bank hesablarında toplanır. Bu da kütləvi etirazlara səbəb olur.
- Bir çox ekspertlər qeyd edirlər ki, Tokayev Putinə borcludur. Belə ki Putin ona saray çevrilişi cəhdinin öhdəsindən gəlməkdə yardımçı olub və bununla da Qazaxıstan liderini öz sələfinin çoxvektorlu siyasətini davam etdirmək imkanından məhrum edib...
- Putinin Rusiya qoşunlarının Qazaxıstanda lazım olduğu qədər qalacağını söyləməsinə baxmayaraq, Tokayevin Kremlə borclu olduğunu demək çətindir. O, müddəti kifayət qədər sərt şəkildə on iki gün ərzində qeyd edib ki, KTMT qoşunları həmin zaman kəsiyində Qazaxıstan ərazisini tərk etməlidir. Artıq söylədiyim kimi, Tokayev öz hakimiyyətini möhkəmləndirməyə nail olub, bununla yanaşı, Rusiya prezidenti qarşısında minnətçi düşməyib.
Tokayev yanvarın 5-də KTMT-dən ona görə kömək istəyib ki, güc strukturlarının itaət etməyəcəyi ehtimalından qorxub. Qazaxıstanın “Elbası”dan komanda gözləyən hüquq-mühafizə orqanları öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırıb. Hərçənd onlar, eləcə də, həmin komandanı almayıblar ki, bu da Nursultan Nazarbayevin iş bacarığı olmaması və ya ölməsi versiyasını təsdiqləyir.
O da maraqlıdır ki, Nazarbayev klanından bir nəfər də olsun etirazçıların qarşısına çıxmayıb və özünü üsyanın lideri elan etməyib. Onlar kütləni provokasiya ediblər, sələfiləri ayağa qaldırıblar, gənclərin məzlum kəsimini qızışdırıblar, lakin eləcə də, etiraza rəhbərlik etməyə cürət etməyiblər. Başqa sözlə desək, Nazarbayevin klanı əl altından iş görüb və bu gözdən yayınmayıb.
Tokayev isə KTMT qoşunlarını dəvət etməklə, bir tərəfdən, güc strukturlarına güclü beynəlxalq dəstəyə malik olduğunu göstərib, digər tərəfdən, hüquq-mühafizə orqanlarına atəş açmağı əmr edərkən qətiyyətli və hətta sərt olub. İradə özəlliyi ilə diplomatik çevikliyin uzlaşması Tokayevi, şübhəsiz ki, güclü siyasi lider-avtokrat kimi səciyyələndirir.
Şəxsən mən əminəm ki, Qazaxıstan prezidenti müxtəlif geosiyasi oyunçularla sıx münasibətlərin mühüm əhəmiyyətini əla başa düşür və elə bu səbəbdən də çoxvektorlu siyasətə davam edəcək. Bu, əsasən, Türkiyəyə və türk dünyasına aiddir. Hər şey ona doğru gedir ki, Qazaxıstan-Türkiyə münasibətləri Azərbaycanla Türkiyə arasındakı münaqibətlərədək qalxacaq. Burada, şübhəsiz ki, türk və qazax xalqlarının etnik yaxınlığını, həmçinin, Türk Dövlətləri Təşkilatının perspektivlərini nəzərə almaq lazımdır.
- Mühacirətdə yaşayan, müxalifət hərəkatın lideri Muxtar Ablyazov Qazaxıstandakı etirazları təşkil etdiyini deyir. Ablyazovun sözlərinə görə, Almatıda etiraz edənlər hər gün ondan necə hərəkət etməli olduqlarını soruşublar. O, həmçinin, müvəqqəti hökumətə başçılıq etmək üçün Qazaxıstana qayıdacağını vəd edib...
- Muxtar Ablyazovun qazax müxalifətinə müəyyən təsiri var. Lakin xaricdə oturub Qazaxıstanda dövlət çevrilişi etmək reallıqdan tamamilə uzaqdır.
O ki qaldı yanvar etirazlarının gerçək detonatoruna, bu, əhalinin inflyasiya, sosial ədalətsizlik, oliqarxiya, korrupsiya, yoxsulluğa qarşı qəfil qiyamı olub. Düzdür, etirazların bir neçə nöqtəsində rəhbər əlin əlamətləri sezilib, amma yenə də onların hansısa hazır planın nəticəsi olduğuna heç bir sübut yoxdur.
- Yanvar hadisələrinin qızğın çağında Moskvada yetərincə nüfuzlu şəxslər bəyan ediblər ki, Şimali Qazaxıstan qədimdə Rusiya torpaqları olub. Qazaxıstanın öz Qarabağını əldə etmək perspektivi nə dərəcədə realdır?
- Bu cür təhlükə var, üstəlik, hər ötən il o daha da gerçək mənzərə alır. Rusiyanın ərazi iddiaları ilk növbədə Sibirlə sərhəd olan Şimali Qazaxıstana – Ust-Kamenoqorsk, Petropavlovsk və s.-dir. Məsələn, prezident Putin RSFSR-in sovet dönəmində Qazaxıstan SSR-ə bəxş etdiyi hansısa torpaqlardan danışırdı. Jirinovski, Nikonov, Tolstoy kimi rusiyalı siyasətçilər və digərləri söhbətin Donbas və Krım kimi tarixi Rusiya torpaqlarından getdiyini israr edirlər.
Qazaxıstanda, şübhəsiz ki, bu hədə-qorxuları qulaqardına vurmurlar. Həmin hədələrin zirvəsi isə Rusiya Hava desant qoşunlarının komandanı Andrey Serdyukovun Qazaxıstanda KTMT sülhməramlı qüvvələrinin rəhbəri təyin edilməsi oldu. Xatırlatmaq istəyirəm ki, Rusiya desant-hücum briqadası məhz Serdyukovun rəhbərliyi altında Ukrayna Krımına daxil olub. Qazaxıstanda bunu Moskvanın “xəbərdaredici atəşi” kimi qəbul etdilər.
- Qazaxıstan hakimiyyəti rəsmi olaraq yanvar etirazlarının yatırılması zamanı 225 nəfərin həlak olması və dörd min adamın yaralanması barədə bəyan edib. Bununla bağlı Tokayevin morqlardan terrorçu cəsədlərinin oğurlanması barədə şok effekti yaradan bəyanatını qeyd etmək istəyirəm...
- Terrorçuların cəsədləri oğurlaması barədə bəyanatlar mitinq iştirakçılarına və nümayişçilərə açılan atəşə haqq qazandırmaq cəhdidir. Qazaxıstan prezidenti xəbərdar etmədən atəş açmaq komandasının məsuliyyətini öz üzərinə götürüb və bunu Tokayevə hələ uzun müddət xatırladacaqlar.
Şəxsən məni dünya ictimaiyyətinin etirazçılara atəş açılması faktına yumşaq reaksiyası son dərəcə heyrətləndirdi. Nəticədə, Tokayev bu vəziyyətdən kiçik siyasi itkilərlə çıxa bildi. ABŞ və Aİ “Biz müşahidə edəcəyik”, “Narahatlıq bildiririk” və bu kimi digər bəhanələrlə başdan elədi. Qərbin sonuncu dəfə hər hansı bir dövlət xadiminin xəbərdarlıq etmədən insanlara atəş açmaq əmrinə bu cür reaksiya verdiyini xatırlamıram.
Maraqlıdır ki, 2011-ci ildə Nazarbayevin əmri ilə Janaozendə etiraz nümayişlərinin dağıdılması və on iki nəfərin öldürülməsi faktına Qərbin reaksiyası çox qəddar olmuşdu. Görünür, Qərbin indiki “korluğ”una ABŞ, Niderland, Fransa şirkətlərinin Qazaxıstandakı maraqları səbəb olub.
Tokayevsə ziyalı siyasətçi və peşəkar diplomat imicini kənara ataraq, Putin və Lukaşenkonun söylədiyi kimi, hərəkət etdi: sən ya atəş açacaqsan, ya da hakimiyyəti itirəcəksən. Tokayev üçünsə hakimiyyəti itirmək həyatını itirməyə bərabərdir, onu Səddam Hüseynin aqibəti qorxudur. Nəticədə, Tokayev Nazarbayevin rəhbərliyi altında çalışmış köməksiz, ikinci dərəcəli siyasətçi imicindən azad olaraq sərt, avtoritar və necə deyərlər, sivil diktatora çevrildi.
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
1 iyul 2025 13:44
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 2025 23:59
- Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu
29 iyun 2025 16:02
- Putin Kadırovun oğlu ilə görüşdü
29 iyun 2025 10:31
- Putin Trampı təriflədi: “Kişi adamdır, çətin yol keçib, ona böyük hörmətim var
27 iyun 2025 22:50
- Naxçıvanda 20 illik dostuna -Cibinə siqaret al, qoy- dedi və ÖLDÜRÜLDÜ
27 iyun 2025 15:51
- Sabah Məhərrəmlik başlayır - nələr vacibdir?
25 iyun 2025 22:34
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
25 iyun 2025 22:04
- Orxan İsmayılzadə atalıq testindən qaçır, aliment ödəmir – sabah məhkəmə var
25 iyun 2025 03:08
- Mehriban xanım Prezidentə -bu qızın gözləri gözəldir - dedi... - Video
24 iyun 2025 09:05
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
- Cümşüd Cümşüdlünün ölümünə səbəb olan kanal bu qurumun balansındadır, cinayət işi başlandı
30 iyun 15:48
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 15:30
- Rusiyanın imperiya siyasəti açıq formaya keçir
30 iyun 12:28
- Ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər – daha bir hərbi çağırış məntəqəsində yanğın...
30 iyun 11:20
- ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır
30 iyun 11:13
- Azərbaycanda BAYRAM- Qeyri-iş günü bir də 4 aydan sonra olacaq
30 iyun 10:46
- Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür
30 iyun 09:31
- Kəngərliyə növbəti köç karvanı yola salındı (FOTO)
30 iyun 09:17
- Nazir vurma cədvəlini bilmədi
30 iyun 08:55
- Rusiya ordusu Zelenskinin bunkerini məhv etdi
30 iyun 01:42
- 15 yaşa qədər qız uşaqları peyvəndlənsin – Həkimlərdan ÇAĞIRIŞ
30 iyun 01:33
- Guya polisi görəndə qardaşlarımın ürəyi dayanıb - VİDEO
30 iyun 01:04
- İran rəhbərliyindən yaralı erməniyə xüsusi dəqqət
30 iyun 00:40
- Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..
29 iyun 23:53