Sabiq deputatın mülklərinin siyahısı yayıldı

Bir neçə gün əvvəl Nəriman Əliyevin Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçırması barədə məlumat yaymışdıq.
Məlumat şikayətçi Qarabağ qazisinin müraciəti əsasında hazırlanmışdı. Belə ki, işçilər “Ştutqart” MMC-də iş şəraitindən və maaş səviyyəsindən narazı qalaraq könüllü olaraq işdən çıxıblar. Amma onların sözlərinə görə, Nəriman Əliyev onların qalıq maaşlarını ödəmək istəmir.
“Ştutqart” MMC-nin sabiq işçisi Şahsuvar Talıbov maaşları verməkdən boyun qaçıran Nəriman Əliyevin mülklərinin siyahısını göndərib.
Bizimyol.info Şahsuvar Talıbovun məktubunu təqdim edir:
“Son günlər, 70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyevin adı saytlardan və sosial mediadan düşmür. Gah Bakının mərkəzində ağac kəsməsi ilə, gah da Qarabağ müharibəsi qazilərinin də olduğu 64 nəfər işçinin əmək haqqını kəsməklə “gündəm yaradan” eks deputat, bu problemlərlə bağlı edilən zənglərə bəzən qarmaqarışıq cavablar verməklə, özünə məxsus obyekti özünə kirayə verdiyini söyləməklə problemi daha da dərinləşdirir, bəzən isə ümumiyyətlə, telefonu götürmür, bir növ susmaqla qarşılıq verir. “Susmaq qızıldır” deyiminin bu kimi hallarda işləmədiyini hörmətli Nəriman müəllimə yaxınlarından kimsə izah etsə, yaxşı olar.
Bir anlıq düşünürsən ki, görəsən, Bakının mərkəzində hektarlarla əraziyə, ölkənin dörd tərəfində şəbəkə mağazalara sahib olan, istədiyi vaxt kütləvi ağac kəsən, istədiyi adamı işlədib pulunu kəsən bu şəxs kimdir və bu mövqeyə hansı yolla gəlib çıxıb?
“Nəriman Əliyev” yazıb internet araşdırması etsəniz, qarşınıza istər rəsmi sahibi olduğu “Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı iqtisadi-biznes adamı olaraq, istərsə də 10 il deputat olmuş biri kimi, siyasətçi olaraq hansısa müsbət yazı, xoşagələn fakt tapmaq çətin məsələdir. Bir az dərindən araşdırsanız, eks deputatın 2004-cü ildən, 2015-ci ilədək 11 illik müddətdə Eldar Mahmudovun qəyyumluğu altında böyük bir şəbəkəyə rəhbərlik etməsi ilə bağlı faktlara və hətta bu faktlara malik olan canlı mənbələrə rast gələ bilərsiniz.
70 saylı Masallı şəhər dairəsindən 2010-2019-cu illərdə deputat olmuş Nəriman Əliyevin sahib olduğu böyük biznes şəbəkəsi, saysız əmlaklar, avtomobillər və milyonlarla pulun hansı yollarla qazanıldığı ilə bağlı bəzi faktları sizinlə bölüşmək istəyirəm. Belə ki, Nəriman Əliyev indiki vəziyyətə çatmaq üçün qaranlıq işlərdən, qanunsuz əməllərdən və özü kimi qaranlıq işlərlə məşğul olan ortaqlardan istifadə etmişdir. Bu qanunsuzluqların tarixi xeyli əvvələ, 2004-cü ilə qədər gedib çıxır.
2004- cü ildə hələ Masallı şəhərində yaşayan Nəriman Əliyev bir məsələ ilə bağlı həbs edilərək Bakıya, Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinə gətirilir. Bu vaxt onu həbsdən qurtarmaq üçün qohumları hansısa əlaqələrin hesabına o vaxtlar Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışan Eldar Mahmudovdan xahiş edirlər. Nəriman Əliyevin həbsdən qurtarılmasında rolu olan Eldar Mahmudovla elə o vaxtdan əlaqələri yaranır və bu əlaqələr sonrakı illərdə Eldar Mahmudovun qanunsuz işlərinə nəzarət etməkdən, ta şərikliyə qədər gəlib çıxır.
İlk iş olaraq Babək prospektində “Karkas” ehtiyat hissələri mağazası açılır və bütün rəhbərlik Nəriman Əliyevə həvalə olunur. 2004-cü ilin iyul ayında Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra bu əməkdaşlıq daha da artır.
Növbəti iş birliyi kimi “Ştutqart” mağazalar şəbəkəsi yaradılır və bunun da tam idarəsi və rəhbərliyi Nəriman Əliyevə tapşırılır. Xatırladaq ki, bu mağazalar şəbəkəsi əvvəlcə qeyri-rəsmi, sonralar isə, bu günə qədər rəsmi olaraq Nəriman Əliyevin öz adınadır. Halbuki, deputatın bizneslə məşğul olması qanunla qadağandır. Bu biznes isə, məhz deputat olduğu dövrdə şəxsən özü tərəfindən yaradılıb və birbaşa özü tərəfindən rəhbərlik edilib.
O cümlədən, Eldar Mahmudovun “Balıq və kürü biznesi”-nə də şəxsən Nəriman Əliyev rəhbərlik edirdi. Hətta bu biznes üçün ayrılmış mərkəzi mağaza da Babək prospektində, “Karkas” ehtiyat hissələri dükanının yanında yerləşirdi.
Xaricə pul köçürülməsi və pul daşınmaları işinə də birbaşa Nəriman Əliyev nəzarət edirdi ki, bunun da sabiq nazir Eldar Mahmudovun qeyri-qanuni qazanc yerlərindən biri olduğu heç kimə sirr deyil. Bundan başqa sabiq nazir həm də “Briliyant biznesi” şəbəkəsi qurmuşdu. Bu biznesin də nəzarəti ən yaxın və sadiq adam sayılan Nəriman Əliyevdə idi. Bütün bu və digər bizneslərdən gələn çirkli pulların yuyulması işinə də Nəriman Əliyev rəhbərlik edirdi. O, gördüyü işlərlə bağlı ay ərzində ən azı 3-4 dəfə Eldar Mahmudovla görüşdüyünü, günaşırı isə sabiq nazirin əmisi oğlu və köməkçisi Vüqar Mahmudovla əlaqə saxlayıb hesabat verdiyini heç vaxt gizlətmirdi. Hətta yaxınlıq dərəcəsini göstərmək üçün, oturduğu bütün məclislərdə, Eldar Mahmudovun yanına gedərkən, MTN-in yalnız nazirə yaxın 3-4 adamın istifadə etdiyi lifti ilə qalxıb-endiyini fəxrlə danışırdı.
Eldar Mahmudovun nazir olduğu 11 il ərzində həm onun qanunsuz işlərinə rəhbərlik edən, həm də onun sayəsində öz qanunsuz işlərini genişləndirən, milyonlarla vergidən yayınan Nəriman Əliyev siyasi karyerasının da pik nöqtəsinə gəlib çatmış və deputat olmuşdu. Bu müddət ərzində dəyəri milyonlarla ölçülən sərvət sahibi olan Nəriman Əliyev, Eldar Mahmudovun vəzifədən azad olunduğu 17 oktyabr 2015-ci il tarixində “Karkas” ehtiyat hissələri dükanında olan, dəyəri milyonlarla ölçülən malı bir gecədə başqa ünvana, Babək prospektindəki “Azpetrol”la üzbəüz 5 mərtəbəli obyektə köçürmüş və bunu öz yaxınlarına belə izah etmişdi ki, “Eldar Mahmudova görə bütün mallar müsadirə oluna bilər. Ən tez zamanda obyekti boşaltmalıyıq ki, bizə ilişən olmasın”. Obyekt tam boşaldıldıqdan sonra isə o hesabat vermək üçün sabiq nazirin köməkçilərindən biri ilə görüşə getdiyini demişdi.
Bu illər ərzində qeyri-qanuni yollarla böyük bir şəbəkə quran Nəriman Əliyev həm də mülklər, avtomobillər və sairə daşınan və daşınmaz əmlaklara sahib olub. Bu mülklərdən bəzilərinin ünvanları və çıxarışları, o cümlədən özünə və ailəsinə məxsus avtomobillərin siyahısı da əlimzidədir. Bu mülklər onun öz adına, ailə üzvlərinin adına və bir qismi də dayısı oğlu Azər Abbas oğlu Abbasovun adına rəsmləşdirilib. Azər Abbasov dəyəri cəmi-cümlətanı 10 min manat olan avtomobildə gəzərkən, adına 10 milyonluq mülklər olması faktı özü hər şeyi deyir. Eks deputatın sadəcə, boş mülklərinin dəyəri 100 milyondan artıqdır”.
Məktub müəllifi eks deputat Nəriman Əliyevə məxsus olan, dəyəri 100 milyonlarla ölçüləcək mal-mülk, obyekt, ev və avtomobillərin siyahısını, mülklərin çıxarışını (kupça) bizə təqdim edib. Biz də əlimizdə olan faktları dəyərli oxucularımızla bölüşmək qərarına gəldik.
Siyahıya baxın və özünüz düşünün, cəmi on ilin içində bu qədər var-dövlət düzgünlüklə, halal bizneslə qazanıla bilərmi?
Nəriman Əliyevə məxsus mülklərin, torpaq sahələrinin, evlərin, obyektlərin və avtomobillərin (bir hissəsinin) siyahısı:
1. Bakı şəhəri, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində 5 mərtəbədən ibarət yaşayış evi (Faktiki yaşadığı ünvan)
2. Bakı şəhəri, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində 2 mərtəbədən ibarət avtomobil dayanacağı və yaşayış evi.
3. Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində 46 sot boş torpaq sahəsi,3 mərtəbəli anbar və 3 mərtəbəli ofis. Bu anbar və ofislər “Ştutqart” şirkətinin mərkəzi anbarı kimi fəaliyyət göstərir.
4. Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində 8 hektar torpaq sahəsi. Bu ərazi Nəriman Əliyevin dayısı oğlu Azər Abbasovun adına rəsmiləşdirilib. Ərazi şərikli olduğundan 25 faizi Nəriman Əliyevin payına düşür.
5. Bakı şəhəri, Babək prospekti, 2224-cü məhəllə, 37c ünvanında 4690.4 kv.m-lik 3 mərtəbədən ibarət qeyri-yaşayış binası. Burada əlavə bir zirzəmi və bir mansard mövcuddur. Həmçinin obyektin arxa tərəfində boş sahə və digər tikililər var. Hazırda bura “Ştutqart Mərkəz” mağazası kimi fəaliyyət göstərir.
6. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18 ünvanında 264.8 kv-lıq qeyri-yaşayış binası. Hazırda bura “Ştutqart Yasamal” filialı kimi fəaliyyət göstərir.
7. Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində bir zirzəmi daxil olmaqla 2 mərtəbədən ibarət qeyri-yaşayış sahəsi. Bu obyektin bir hissəsi icarəyə verilib. Digər hissəsi isə “Ştutqart Biləcəri” filialı kimi fəaliyyət göstərir.
8. Bakı şəhəri, Bilgəh qəsəbəsində 60 sot ərazisi olmaqla 4 mərtəbədən ibarət bağ evi – villa
9. Sumqayıt şəhəri, Bakı küçəsi 39a ünvanında, 426.9 kv-lıq 2 mərtəbədən ibarət qeyri-yaşayış binası. Hazırda bura “Ştutqart Sumqayıt” filialı kimi fəaliyyət göstərir.
10. Masallı şəhəri, Heydər Əliyev prospekti, 35 ünvanında “Masallı Konserv” ASC-nin yerləşdiyi 1.21711 ha boş torpaq ərazisi, 11691.7 kv.m –də tikilmiş qeyri-yaşayış binası
11. Masallı şəhəri, Xətai küçəsində 2914.3 kv-lıq “Masallı şirniyyat zavodu” adı altında inşa edilmiş bina və 1.43 ha boş ərazi.
12. Masallı şəhəri, Bakı prospektində (keçmiş Digah yaşayış massivi) xüsusi mülkiyyətində olan 15825.9 kv-lik “Masallı Bazarı” adı altında fəaliyyət göstərən bazar.
13. Masallı şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında 1484.9 kv-lıq 3 mərtəbədə qeyri-yaşayış binası. Hazırda bura “Ştutqart Masallı” filialı kimi fəaliyyət göstərir.
14. Masallı şəhəri, Heydər Əliyev prospekti (Ştutqart Masallı filialı ilə üzbəüz) 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsi (bu obyekt Nəriman Əliyevlə digər şəxsin şərikli obyektidir)
15. Masallı şəhəri, Heydər Əliyev prospekti (Ştutqart Masallı filialıilə üzbəüz) 3 hektar sahəsində inşa edilmiş anbarlar (hazırda icarəyə verilib)
16. Masallı şəhərində mövcud olan “Daş Bazarı”
17. Masallı şəhəri, Heydər Əliyev prospekti, 35 ünvanında “Masallı Konserv”lə üzbəüz köhnə sement bazası (bu obyekt şəriklidir)
18. Masallı şəhəri, İstisu istirahət mərkəzində 5 hektara yaxın ərazi (bu ərazi şəriklidir və şəriklər ərazidə öz istirahətləri üçün müxtəlif tikililər inşa ediblər)
19. 10 AA 133 dövlət nömrə nişanlı “Mercedes S Class” avtomobili
20. 90 AA 490 dövlət nömrə nişanlı “Lexsus 460” avtomobili
21. 10 AA 633 dövlət nömrə nişanlı “Range Rover” avtomobili
22. 10 VE 444 nömrə nişanlı “Toyota Camry” markalı avtomobili
23. “Ştutqart” MMC-nin anbarlarında saxlanılan, dəyəri 40 milyon manat olan avtomobil ehtiyat hissələri qalığı
Sayt bildirir ki, Nəriman Əliyev sorğulara cavab verməkdən imtina edib, onunla əlaqə saxlayıb sual verməyə qadağa qoyub.
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 2025 10:58
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 2025 13:11
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 2025 11:07
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 2025 10:58
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
7 oktyabr 2025 15:34
- Oqtay Şirəliyev VƏFAT ETDİ
3 oktyabr 2025 21:06
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06