Maqsudun müğənniləri necə təhdid etdiyi məlum oldu
Ötən ildən axtarışda olan, Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən iş adamı, bloqer Maqsud Mahmudovun tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızıya qarşı törətdiyi cinayət əməlinin detalları üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Mahmudov beynəlxalq axtarışda olduğu vaxt, 2020-ci ildə yutubda əməkdar artist Vasif Məhərrəmlinin şəxsi həyatı barədə ictimai nüfuzuna xələl gətirən fikirlər səsləndirib. Daha sonra Ukrayna mobil nömrəsindən mesaj yazaraq onun özündən yaşca böyük qadınla nikahdankənar münasibətləri və şəxsi həyatı barədə məlumatlara malik olduğunu deyib. M.Mahmudov həmin məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə əməkdar artistdən 1000 manat tələb edib. V.Məhərrəmli isə üçüncü şəxs vasitəsilə pulu M.Mahmudova verib.
İş adamı eyni tələblə müğənni Afət Fərmanqızını da hədələyib. Belə ki, Mahmudov müğənninin intim görüntülərinə malik olduğunu deyib və şəxsi həyatı barədə məlumatları sosial şəbəkələrdə yaymaqla hədələyib. Lakin A.Fərmanqızı M.Mahmudovun tələb etdiyi 1000 manatı ona verməyib. Bundan sonra təqsirləndirilən şəxs yutubda müğənninin şəxsi həyatı ilə bağlı rüsvayedici məlumatlar yayıb.
Vasif Məhərrəmli işlə bağlı dindirilərkən bildirib ki, o, yutubda özü haqqında videonu görəndən sonra Mahmudovla əlaqə yaradıb: “Maqsud adlı şəxs mənim barəmdə təhqir və rüsvayedeci video yaymışdı. Həmin videoya baxanda gördüm ki, bu adam mənim anam yaşında bir qadınla qeyri-rəsmi yaşadığımı və həmin qadına guya 3 otaqlı mənzil alıb orada saxladığımı deyir. Videoda onun yerləşdirdiyi xarici nömrəyə zəng vurub danışdım. Maqsuda bildirdim ki, yaydığı məlumatlar həqiqəti əks etdirmir. Həm də ailəmdə və tanıdığım şəxslər arasında lazımsız söz-söhbətə səbəb olur.
Bir müddət sonra Maqsud həmkarlarım-Manaf Ağayev və Afət Fərmanqızı haqqında da oxşar məlumatlar yaydı. Manaf və Afət xahiş etdilər ki, onları Maqsudla danışdırım. Üçümüz Maqsudla görüntülü danışdıq və xahiş etdik ki, sənət adamları barəsində belə şeylər yaymasın. Bir müddət sonra Maqsud mənə zəng edərək təcili 1000 manat lazım olduğunu, pulu verməsəm, yutubda mənim özümdən yaşca böyük qadınla nikahdankənar münasibətdə olmağımı və məni nüfuzdan salacaq rüsvayedici məlumatlar yayacağını dedi. Bildirdi ki, videoda ağır ittihamlar olacaq və məni elə hörmətdən salacaq ki, çölə çıxmağa üzüm olmayacaq. İllərdir qazandığım hörmət yerə dəyməsin deyə, Maqsudun hədə-qorxusuna inanıb razılaşdım. Pulu göndərdiyi bir adama verdim. Pulu verəndən sonra Maqsud daha haqqımda heç bir məlumat yaymadı. Onun tutulub Azərbaycana gətirildiyini öyrənəndən sonra şikayət etmək qərarına gəldim”.
Müğənni Afət Fərmanqızı isə ifadəsində bildirib ki, yutubda Maqsud Mahmudovun onun barəsində yaydığı videonu görəndən sonra müğənni tanışı Manaf Ağayevdən kömək istəyib: “Manaf mənə Vasif Məhərrəmlinin bu işdə kömək göstərə biləcəyini dedi. Üçümüz vatsapdan Maqsuda görüntülü zəng elədik. O, mənim oğlumun atasının kimliyinin bəlli olmadığını demişdi. Mənim oğlum yetkinlik yaşındadır və bunu görüb depressiv hala düşmüşdü. Hətta özünə qəsd edəcəyindən də ehtiyat etmişdim. Bir müddət sonra Maqsud zəng edib maddi sıxıntıları olduğunu dedi. Bildirdi ki, mənim gürcüstanlı bir adamla intim görüntülərimi əldə edib.
Dedi ki, “1000 manat versən, görüntüləri yaymayacağam”. Amma mənim heç bir gürcüstanlı şəxslə yaxın münasibətim olmadığından Maqsudun hədə-qorxu ilə 1000 manat pul almağa çalışdığını başa düşdüm. Ona görə də pulu verməkdən imtina etdim. Bir neçə gün sonra Maqsud yutubda mənim guya Paşa adlı gürcüstanlı şəxslə intim görüntülərim olduğunu deyərək video yaydı. Daha sonra Ukraynanın səlahiyyətli şəxslərinə müraciət edib Maqsud Mahmudovun qanunsuz əməlləri barədə məlumat verdim. Bir müddət sonra da onun tutularaq Azərbaycana gətirildiyini gördüm”.
Qeyd edək ki, külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov ötən ilin sentyabrında Ukraynada saxlanılıb. Azərbaycana təhvil verilən Mahmudovun 90 nəfəri aldadaraq zərər verdiyi bildirilir.
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Həmid Herisçi AYB-nin üzvü oldu
2 may 2024 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
1 may 2024 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
1 may 2024 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
1 may 2024 11:46
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 2024 19:29
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33