" O, çoxdan bəri siyasi meyitdir, özü də üfunət verən meyit..."
Maraqlı6 fevral 2022 21:27
Paşinyanın bütün uğursuzluqlarına rəğmən, Köçəryanla Sarkisyan Ermənistan üçün daha çox bəla olub, var və olacaq
Biz layiq olduğumuzu almışıq. Ağır və ağrılı da olsa, bunu etiraf etməliyik. Ermənistan və Artsaxla ( Dağlıq Qarabağ-red.) bağlı baş verənlərin günahını bizə xəyanət edən Rusiyanın, Azərbaycana və Türkiyəyə güclü təsir etməyən Qərbin üzərinə atmaq çox asandır, fəqət, həqiqət ondan ibarətdir ki, onlar öz maraqlarından çıxış edərək hərəkət edib. Bizim bütün bəlalarımızın günahı bizim öz üzərimizdədir.
Hazırda hər bir şeydə indiki hakimiyyəti suçlamaq dəbdədir. Guya ki, Nikol Paşinyan özünü göstərdiyi kimi deyil. O, xalqın etmadını doğrultmayıb, bircə məsələnin də öhdəsindən gələ bilməyib. O, gerçək hərbi və siyasi durumu düzgün dəyərləndirə bilməyib, düşmənə Artsaxın 70 faizini, özü də onun 40 faizini döyüşsüz işğal etməsinə imkan verib.
Bütün bunlar belədir. Lakin biz özümüz bu siyasi cəhətdən nadanı hakimiyyətə gətirdik. Biz onu Ermənistanın və Artsaxın bütün problemlərini bir yellənişlə həll edə biləcək "sehrli çubuq" qismində görmək qədər ağıllı olduq. Biz ona mövcud olmayan strategiya və taktikanın mahir bilicisi, parlaq polemikaçı, savadlı sərkərdə adlarını verdik. Biz ilğıma inandıq. Və özümüzdən savayı heç kimi günahlandırmamalıyıq.
Biz yalnız bircə fenomenin izahını axtarmalıyıq. Axı, necə ola bilərdi ki, müharibədə uduzandan, Artsaxın üçdə ikisi işğal olunandan, beş mindən artıq qəhrəmanlarımız həlak olandan sonra biz Paşinyan və onun komandasının hakimiyyətdə qalmasına imkan verək? Bunun izahı üzdədir, Nikola alternativ olan sabiqlərdə, ilk növbədə Robert Köçəryandadır.
Aydın məsələdir ki, bizi apriori olaraq inanılmaz dərəcədə ağır seçim qarşısında qoydular. Biz Nikolu seçərək, rüsvayçılıqla barışaraq, yaxşılığa doğru dəyişikliklərə ümid etdik. Köçəryanı seçsəydik, biz bu rüsvayçılıqdan yaxa qurtara bilməsək də, müharibənin yekunları dəyişməsə də, perspektivdə yaxşılığa doğru dəyişiklikləri birdəfəlik yaddan çıxarmalı olacaqdıq. Üstəgəl biz Qərbin dəstəyindən də məhrum olaraq tərdicən Belarusa çevriləcəkdik.
Bəli, Köşəryanın qələbəsi Vladimir Putinin qələbəsi və nəticədə bizim üçün dəhşət demək olacaqdı. Ona görə də xalq iki pis şeydən az pisi seçməyə qərar verdi. İndi də biz ağlasığmaz fantastik prosesləri müşahidə edirik. Bizə soyqırımı unutmağı, Türkiyədə, Artsaxda, Azərbaycanda olan torpaqlarımızı iqtisadi perspektivlərə dəyişməyi təklif edirlər.
Belə perspektivlər, nə gizlədək, mövcuddur. Amma buna getməyə dəyərmi? Mən hesab edirəm ki, dəyməz. Kimsə başqa cür düşünür. Lakin problem bundadır ki, bunun lehinə və ya əleyhinə çıxan bizlərdən daha heç nə asılı deyil. Hər şey tamamilə başqa səviyyədə, Ermənistanın və Artsaxın vətəndaşlarının rəyi nəzərə alınmadan, amma Azərbaycanın və Türkiyənin təcavüzü zamanı Rusiyanın xəyanəti və Qərbin susqunluğu nəticəsində yaranan mövcud gerçəklikləri nəzərə almaqla həll edilir.
Bəli, faciənin baş verməsində indi xalqın ağrıları, onun ləyaqət hissinin təhqir olunması ilə fəal şəkildə oynayanların günahı Paşinyandan heç də az deyil. İlk növbədə bu, Robert Köçəryan və Serj Sarkisyandır. Onlar on illklər ərzində bizi talan edərək, nağıllara bənzəyən varidata sahiblənib. Onlar bizə döyüş meydanında olan vəziyyət, həmçinin danışıqlar prosesinin gerçəklikləri haqqında yalanlar danışıb.
İndi onlar özlərini günahsız quzular kimi göstərir, əslində isə qoç dərisinə bürünən klassik qurdlardır. Lakin, nə qədər paradoksal olsa da, axı, təkcə onlar günahkar deyil. Bu müdhiş yalana inanmağa özünə rəvac bilən bizlər də günahkarıq. Bu yalan qulaqlarımıza xoş gəlirdi, bizim mənliyimizi məmnun edirdi və bütün qonşularımıza yuxarıdan aşağı baxmağa sövq edidi. Lakin hansı tərəfdən yanaşsaq da, bu, yalan idi.
Ona görə də Paşinyanın bütün uğursuzluqlarına rəğmən, Köşəryanla Sarkisyan Ermənistan üçün bəla olub, var və olacaq
Bunları Levon Ter-Petrosyan haqqında da demək olar. Onun riyakarlığı sərhəd tanımır. O, hamıya, ilk növbədə özünə sübut etməyə cəhd edir ki, hələ də fəal siyasi fiqur olaraq qalır. Gerçəkdə isə o, çoxdan bəri siyasi meyitdir. Özü də üfunət verən meyit.
Rəsmi Facebook səhifəsində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 2021-ci il yanvarın 1-də Artsax xalqına təbrik məktubunda yazılanları başqa cür adlandırmaq olmur. Bu, siyasi hoqqabazlıq idi. Ter-Petrosyan yeni reallıqları anlayaraq, özünü günahsız hesab edir, Artsax uğrunda mətin mübariz cildində təqdim edib. Belə bir adamın dövlətimizin başında olmasına görə yadplanetlilər deyil, biz özümüz günahkarıq. Bax, vəziyyət belədir. Qəddar, amma dürüst.
Razmik Akopcanyan, ArmenianReport
Oxşar xəbərlər
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
