“Peyğəmbər yaşına çatdım ...” - Prezident vəzifədən gedir...
Region13 fevral 2022 12:49
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov səlahiyyət müddətinin bitməsinə 2 il qalmış ölkədə növbədənkənar prezident seçkiləri elan etməsi haqlı suallar doğurub
Keçmiş postsovet məkanının ən qapalı ölkələrindən biri olan Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov səlahiyyət müddətinin bitməsini 2 il qalmış ölkədə növbədənkənar prezident seçkiləri elan edib. Türkmənistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin bu ilin martın 12-nə təyin edildiyini açıqlayıb.
Q.Bedıməhəmmədov parlamentin yuxarı palatası olan Xalq Məsləhətinin xüsusi sessiyasındakı çıxışında yeni prezident seçkilərini “özü haqqında çətin qərar” kimi izah edib. Onun açıqlamasından məlum olub ki, prezident postundan vaxtından əvvəl çəkilməsində məqsədi gənc liderlərin hakimiyyətə yolunu açmaqdır.

Berdiməhəmmədov bildirib ki, iki il əvvəl 63 yaşına - Məhəmməd Peyğəmbərin yaşına çatıb. Siyasətçi onu da bildirib ki, bundan sonrakı fəaliyyətini Türkmənistan parlamentinin yuxarı palatasının sədri kimi davam etdirməyə qərar verib. Prezident “geniş həyat və siyasi təcrübəsinin” parlamentarizmdə tətbiq etməsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Berdiməhəmmədov həmvətənlərini əmin edib ki, o, həm də ölkəsinin rifahı naminə səylərini əsirgəməyəcək.
Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır. Qurbanqulu Berdiməhəmmədovun yeganə oğlu 40 yaşlı Sərdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlaması ilə bağlı iddialar var. Türkmənistan liderinin oğlu Rusiya XİN-in Diplomatiya Akademiyasını bitirib. O, bir müddət Prezident yanında Karbohidrat Ehtiyatlarının İdarə Olunması və İstismarı üzrə Dövlət Agentliyinin rəhbərliyində çalışıb. Daha sonra Sərdar Berdımuxammedov Axal vilayəti prokurorunun köməkçisi, XİN-də departament rəhbəri vəzifələrində işləyib ,hazırda baş nazirin müavinidir.
Moderator.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, türkmənlərin çoxu aylardır avtoritar hökumətin başında gözlənən siyasi dəyişiklikdən danışırlar. Dövlətin nəzarətində olan media isə Sərdarın “düha”sını müzakirə edir. O, “xalqın qayğısına qalan” lider kimi təsvir olunur. Son bir ildə koronavirusa görə Sərdar Berdıməhəmmədov kölgədə qalıb. Bunun əvəzinə Qurbanqulu Berdıməhəmmədov nəvəsi Kərimlə birlikdə ictimaiyyət qarşısına çıxıb.

Berdiməhəmmədov Qazaxıstan hadisələrindən dərhal sonra Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirib, Milli Təhlükəsizlik Nazirliyinə internetdə müstəqil mənbələrin bloklanmasını sərtləşdirmək, təhlükəsizliyi gücləndirmək göstərişi verib
Qurbanqulu Məlikqulu oğlu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.
1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirib. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb. 1995-1997 illər - Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri işləyib.

1997-2001-ci illərdə Türkmənistanın səhiyyə və tibb sənayesi naziri olub. 2001-ci ildən etibarən - Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini işləyib. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.
Türkmənistanın birinci prezidenti Səfərmurad Niyazovun vəfatından Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra edib.
26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb. 11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23 % səs toplayaraq qalib gəlib.
2012-2017-ci illərdə yenidən prezident seçilib.
Oxşar xəbərlər
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
