- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
"Allah eləsin, “Muğam müsabiqəsi” bərpa olunmasın"
Müsahibə14 fevral 2022 14:46
Xalq artisti, tanınmış muğam ifaçısı, xanəndə Zabit Nəbizadənin Qaynarinfo-ya qalmaqal yaradacaq müsahibəsi:
- Əvvəllər "Muğam televiziya müsabiqəsi” keçirilirdi. Pandemiya səbəbindən təxirə salınıb. Məlumat var ki, yaxın vaxtlarda sözügedən müsabiqə yenidən başlanacaq. Bununla bağlı nə deyə bilərsiniz?
- Allah eləsin, "Muğam müsabiqəsi” heç bərpa olunmasın.
- Niyə?
- Çünki həmin müsabiqənin xeyrindən çox ziyanı var. Mən bunu bilirəm və sübut da edərəm. Bütün muğam müsabiqəsində iştirak edənlər yığışıb gəlsin yanıma, mənim üçün toyda bir dəsgah oxusun, görüm oxuya bilərlər?
- Yəni oxuya bilmərlər, deyirsiniz?
- Heç nəfəsi də çatmaz. Çünki müsabiqə dövründə nə öyrəniblərsə, bu gün onu oxuyurlar. Müsabiqədə də dəsgahı tamam öyrənməyiblər, heç öyrətməyiblər də. Bu - bir, sonra daha bir problem var. Həmin ərəfədə müsabiqə iştirakçıları efirdə olur, xalq onları tanıyır və sevir. Şou dili ilə desək, dəbdə, gündəmdə olurlar. Xalq onları sevir və toy şənliklərinə aparır, orda da öyrəndiklərini oxuyurlar. İndi bizim toylarımız da iki-üç saatlıq olub. Hərə 10 dəqiqə oxuyur, vəssalam... Əvəllər iki gün toy olardı, hamısında da dəsgahlar oxunardı. Düzünü deyim, özüm oxumağı unutmuşam, qəzəllər yadımdan çıxıb. Cavanları qınamıram. İndi də pandemiya... İki ildən yuxarıdır ki, istədiyimiz şəkildə toy şənlikləri də yoxdur. Nə qədər ki, "palatka” – mağar kənd toyları vardı, orada dəsgaha tələbat da vardı, tamaşaçı tələb edirdi. İndi toylarda da heç kəs özünü əziyyətə salmır, hər kəs asan musiqilər seçir, onu oxuyurlar. Gəlib kimsə hansısa mahnını sifariş edəndə deyir, bilmirəm, yaxud da oxumuram, "mənim repertuarım budur” deyirlər. Sərf eləmir axı ona.
- Yola verirlər?
- Bəli, mən də daxil olmaqla hamımız yola verə-verə gedirik. Gələcəyi yaxşı görünmür. Mən muğam müsabiqələrinin tam əleyhinə deyiləm, amma iki ildən bir də belə müsabiqəyə ehtiyac görmürəm. Çox tezdir... Gərək arada fasilə uzun olsun. Bundan əlavə, həmin müsabiqə dövründə yaxşı oxuyanlar kənarda qaldı. Münsiflər heyəti yaxşının içindən pisi seçdilər, sonra pisin içindən yaxşı axtardılar.
- Münsif üzvləri öz tələbələrini qabağa verirdi?
- Yox, elə deyil. Mən özüm münsif üzvü deyildim, amma tələbələrim müsabiqədə iştirak edirdi. Hər uğuru qismətin üstünə atıram.
- Bu gün Zabit Nəbizadənin fəaliyyəti nədir? Toylar gedirsiniz, yoxsa müəllim olaraq tələbə yetişdirirsiniz?
- Müəlliməm, ancaq dərs deyirəm.
- Sizin dərs dediyiniz tələbələrinizlə bu gün üzdə olan şanlı-şöhrətli xanəndələrin dərs verdiyi tələbələr arasında fərq var. Bir müəllim, xanəndə olaraq bunu görürsünüz?
- Pis müəllim yoxdur, pis tələbə ola bilər. Bütün müəllimlər mənim həmkarlarımdır. Müəllim dərsin keçir, tələbə isə öyrənən-öyrənir, öyrənməyənə isə istəyirsən gözünün yağını yedizdir, yenə də xeyri yoxdur. Allah rəhmət eləsin, bir dəfə kaman ifaçısı Habil Əliyevə sual verdilər ki, təzə oxuyanlar çıxır, siz onları necə qiymətləndirirsiniz? Habil müəllim sualı göydə tutdu, bildi, söhbət kimdən gedir. Onun oğlu təzə başlamışdı oxumağa, başa düşdü ki, jurnalist sualı onun onun oğluna görə verib. Dedi: "Qızım şadlıq evlərinə gedirsən, toylarda eyni tərkibli salatlar verirlər. Hamısı bir-birinə oxşayır, onların arasında bir salat var ki, hər kəs şadlıq evinin adını qoyur. Məsələn, filan şadlıq evi "kral” salatı ilə məşhurdur. Mən həmin oxuyanları həmin salatlara bənzədirəm, ondan biri də bizim evin içində var”. Habil Əliyevin bu sözündən sonra onun oğlu oxumağa son verdi. Doğrudan da oxumadı. Öyrənməyən tələbələrdən məndə də var. Öyrənənə can qoymuram, amma öyrənməyənə çox can yandırıram. Əvəzini də görmürəm. Pis müəllim yoxdur, ola da bilməz.
- Qarabağa edilən səfərlərə sizi də aparıblar?
- Bəli, Şuşaya dəvət aldım. Şuşanı gəzdim, Allah nəsib elədi, bayram namazını da orada qıldım. Həmişə arzusunda olmuşdum ki, Şuşanı görüm. Şuşanı heç vaxt görməmişdim. Allah nəsib eləsin bir də gedim. Mənim Şuşa haqqında mahnım var - "Can şuşalı qız”. Qismət olsa, ona orada klip çəkdirəcəyəm.
- Konsert vermək haqqında düşünürsünüz?
- Planımda yoxdur. Konservatoriyanın daxilində müəllim-tələbə birlikdə vermək olar. Dərslər açılsın, baxarıq.
Bahar Rüstəmli
Oxşar xəbərlər
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 2026 00:52
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 2026 13:13
- Sevil Əliyevadan atası ilə bağlı paylaşım - Foto
11 may 2026 00:55
- Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi
10 may 2026 14:20
Xəbər lenti
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
