İcra başçısına 10 min rüşvət verib bələdiyyə sədri oldum...
Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, prosesdə rayonda bələdiyyə sədri işləmiş Qəhrəman Qəhrəmanov ifadə verib. O, bu vəzifəyə keçmək üçün Vilyam Hacıyevə 10 min manat rüşvət verdiyini deyib: “3 kənd üzrə bir bələdiyyə sədri təyin olunurdu. Kredit götürüb haqqımı verib sədr seçildim. 2014-2019-cu illərdə bələdiyyə sədri olmuşam. Bundan başqa SSRİ dövründə Əfqanıstanda döyüşdüyümə görə Moskvadan mənə medal göndərmişdilər. Vilyam Hacıyev dedi ümumi iclasda medalı sənə təqdim etmək üçün 1000 manat verməlisən. Sonra 500 manata razılaşdıq. Medalı sinəmə taxdı, təqdimat elədi. Bələdiyyə sədri seçki ilə seçilməli idi, amma mən qanunsuz seçilmişəm, Vilyam Hacıyevə haqq vermişəm”.
Şahidin ifadəsinə etiraz bildirən Vilham Hacıyevin sözlərindən məlum olub ki, keçmiş icra başçısı bələdiyyə sədrinin qanunsuz əməllərindən Ədliyyə Nazirliyinə şikayət edib: “Bu adam yalan danışır. O qanunsuz işlədiyinə görə şikayət etmişəm. Araşdırma aparılıb və ona İmişli rayon məhkəməsinin qərarı ilə həbs cəzası verilib”.
Məlum olub ki, Q.Qəhrəmanov barəsində həqiqətən də məhkəmə qərarı olub və o 15 sutka həbs yatmaqla yanaşı, 2 min manat cərimə edilib.
Vilyam Hacıyevin vəkili bələdiyyə sədrinə sual verib ki, “əgər siz Vilyam Hacıyevə pul vermişdizsə, niyə sizi şikayət edirdi?”. Şahid cavabında bunun rayon ərazisindəki göllə bağlı olduğunu bildirib.
Daha sonra İH-in şöbə müdiri Mirzə Quliyev ifadə verib: “Mən kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etmişəm. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Vilyam müəllim yaxşı insan olub, amma rüşvətlə bağlı bəzi əməlləri olub. Kimsə kənd icra nümayəndəsi təyin olunurdusa, 5 min, icra nümayəndəsinin müavini təyin olunurdusa, 2 min manat ödəməli idi. Bir dəfə də Dövlət Neft Şirkəti tərəfindən köçürülən 150 min manatı bankdan götürüb Vilyam Hacıyevə vermişəm”.
Şöbə müdiri vəzifəsini itirməkdən qorxduğu üçün bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini deyib.
Daha sonra İH-in Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan Nağıyev ifadə verib. O, Dövlət İdarəçilik Akademiyasına qəbul olunmaq üçün başçının köməkçisinə 2 min verdiyini deyib: “Administirasiyadan müraciət gəlirdi ki, məsləhət olunan əməkdaşların adlarını idarəçilik təhsili ilə bağlı göndərin. Mənim adım birinci dəfə göndəriləndə imtina gəlmişdi. Ona görə də başçının köməkçisi Füzuli müəllimə müraciət etdim. O da akademiyaya qəbul olunmağım üçün 2 min manat istədi, mən də verdim”.
Proses fevralın 21-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
