“Oğlum biznes şərikindən aldığı pulların hamısını qaytarıb” - “JEK” rəisi

2,5 milyon manatlıq dələduzluqda təqsirləndirilən Xətai RPİ-nin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin atası Elçin Həşimov oğluna qarşı ittihamları qəbul etmir.
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi olan Elçin Həşimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlunun biznes şəriki Möhkəm Səmədov ona qarşı əsassız ittiham səsləndirir.
Qeyd edək ki, M.Səmədovun şikayəti əsasında E.Həşimli barəsində cinayət işi başlanılıb. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
E.Həşimov oğlunun Möhkəm Səmədovdan aldığı pulların hamısını artıqlaması ilə qaytardığını iddia edir: “Elvinin öz obyektləri var idi. Sonra dostu Cavidlə şərikə əlavə bir dükan da götürdü. Cavid Möhkəmin bacısı oğludur. Möhkəm də görüb ki, bunların alveri yaxşı gedir, özü Elvinə təklif edib ki, onu da bu işə qoşsun. Birlikdə siqaret, “zapçast” və telefon biznesi ilə məşğul olublar. Qeyd edim ki, Möhkəm hələ mənim yanıma ilk dəfə 2019-cu ildə gəlib. Nərimanov rayonunda torpaq almaq istədiyini deyib. Mən də ona demişəm ki, torpaq almağa yox, amma torpağın varsa, sənədləşmə işinə kömək edə bilərəm. Hər hansı məbləğ söhbəti etməmişik.
Bir gün isə Möhkəm yanıma gəldi ki, guya oğlumun ona 900 min dollar borcu var. Bu pulu bir neçə dəfəyə verdiyini dedi. Elvinlə danışdım, dedi ki, “ata, mən o pulu artıqlaması ilə qaytarmışam”. Möhkəm Səmədov üçüncü dəfə gələndə dedi ki, borc 1 milyon dollardır. Növbəti dəfə isə 1,5 milyon dollar (2,5 milyon manat) olduğunu dedi. Məbləğin hər dəfə belə dəyişməsi məndə şübhə yaratdı. Möhkəm mənə borc qeydlərinin şəkillərini göndərdi. Həmin qeydlərə baxanda anlamaq olur ki, Elvin bütün pulları qaytarıb. İstintaqa dəfələrlə demişəm ki, o qeydləri işə əlavə edin, amma edilməyib. Vərəqləri istintaqa mən təqdim etmişəm”.
Həmçinin oxuyun: “JEK” rəisinin polis oğlu 2,5 milyonumu aldı, iş yoldaşlarını basqına göndərdi”
Elçin Həşimov şahidlər dindiriləndən sonra hər şeyin üzə çıxacağını bildirib: “Möhkəm deyir ki, Elvin pulu Gürcüstanda qumarda uduzub. Elvin həyatında Gürcüstana getməyib. Amma onun öz bacısı oğlunun pasportunda dəfələrlə Gürcüstana gedib gəlməsini təsdiq edən möhür var. Qeyd edim ki, Möhkəm əvvəl öz bacısıoğlunu da şikayət etmişdi. Bildiyimə görə, orada 700-800 min dollar söhbəti olub. Amma sonra nə baş verdisə, şikayətini geri çəkdi. Möhkəm Səmədov başqa yerdə itirdiyi pulları bizdən çıxarmaq istəyir. Borc Möhkəmin yaxın adamlarının yanında ona qaytarılıb. O, bir ifadədə deyir ki, Elvin 330 min dollar qaytarıb, birində 660 min, digərində 480 min. Üstəlik, bir insanın bu qədər pulu hardandır ki, bu məbləğdə borclar versin? İşin içində başqa hallar da var, amma mən onları açıqlamaq istəmirəm”.
Elçin Həşimov Möhkəm Səmədova məxsus çay evinə polislər tərəfindən edilən basqının oğlu ilə heç bir əlaqəsi olmadığını bildirib. O, oğlunun sahibkarlıqla məşğul olduğu üçün daxili işlər orqanlarından xaric edildiyini təsdiqləyib.
Qeyd edək ki, E.Həşimli həm də Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
2 iyul 2025 19:04
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
1 iyul 2025 16:20
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
1 iyul 2025 13:44
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
1 iyul 2025 11:36
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 2025 23:59
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 2025 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 2025 17:46
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 2025 16:26
- Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür
30 iyun 2025 09:31
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
02 iyul 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
02 iyul 19:15
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
02 iyul 19:04