Avropa İttifaqı niyə Ukraynanın ittifaqa üzv qəbul etmədi ?
Dünya11 mart 2022 09:09
Avropa İttifaqının (Aİ) liderləri Ukrayna ilə əlaqələri və tərəfdaşlığı daha da gücləndirmək niyyətlərini bildiriblər, ölkənin Aİ üzvlüyünə namizəd statusunun verilməsindən söhbət getmir.
"Report” xəbər verir ki, nəticələr Aİ-nin martın 10-11-də Versalda (Fransa) keçirilən qeyri-rəsmi sammiti çərçivəsində qəbul edilib. Ukrayna məsələsinin müzakirəsi cümə axşamı yerli vaxtla saat 21.30-da (Bakı vaxtı ilə saat 00:30) başlayıb və cümə günü saat 2:30-da (Bakı vaxtı ilə saat 5:30) başa çatıb.
"Avropa Şurası Assosiasiya sazişində qeyd olunduğu kimi, Avropanın istəklərini və Ukraynanın Avropa seçimini tanıyıb. 28 fevral 2022-ci ildə Ukraynanın öz müqəddəratını seçmək hüququndan istifadə edərək, Ukrayna Prezidenti ölkənin Avropa İttifaqına daxil olması üçün müraciət edib. Şura dərhal hərəkətə keçib və Komissiyaya müqavilələrin müvafiq müddəalarına uyğun olaraq bu ərizəyə rəyini bildirməyə çağırıb. Bunu gözləyərək və gecikmədən Ukraynanın Avropa yolu ilə hərəkətinə dəstək olmaq üçün əlaqələrimizi daha da gücləndirəcək və tərəfdaşlığımızı dərinləşdirəcəyik. Ukrayna bizim Avropa ailəmizə aiddir”, - qətnamədə deyilir.
Aİ liderləri Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun təhqiqat başlamaq qərarını alqışlayıblar. "Biz Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyini Beynəlxalq Atom Enerjisi Agentliyinin köməyi ilə dərhal təmin etməyə çağırırıq. Rusiyadan hərbi əməliyyatları dayandırmağı, Ukraynanın bütün ərazisindən dərhal və qeyd-şərtsiz bütün qüvvə və hərbi texnikanı çıxarmasını, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət etməyi tələb edirik.
Bundan əlavə, sənəddə deyilir ki, Aİ liderləri Ukrayna xalqına öz ölkələrini və ümumi azadlıq və demokratiya dəyərlərimizi müdafiə etməkdə göstərdikləri cəsarətə görə təşəkkür edirlər. "Biz onları tək qoymayacağıq. Aİ və onun üzv dövlətləri əlaqələndirilmiş siyasi, maliyyə, maddi və humanitar dəstəyi davam etdirəcəklər. Biz Rusiyanın hücumu bitdikdən sonra demokratik Ukraynanın bərpasını dəstəkləməkdə qərarlıyıq. Biz Rusiya və Belarusa təzyiqlərimizi daha da artırmaqda qərarlıyıq. Qəbul etdiyimiz sanksiyaların tam şəkildə həyata keçirilməsini təmin edəcəyik və lazım gəldikdə növbəti sanksiyalarla operativ şəkildə hərəkət etməyə hazır olacağıq”, - sammitin yekun sənədində qeyd olunub.
Eyni zamanda Aİ liderləri Ukraynadan olan bütün müharibə qaçqınlarını müvəqqəti mühafizə təkliflərini vurğulayıblar. "Biz Avropa ölkələrinə, xüsusən də Ukrayna ilə sərhəddə yerləşən ölkələrə müharibədən ukraynalı qaçqınların qəbulunda böyük həmrəylik nümayiş etdirdiklərinə görə təşəkkür edirik. Aİ və onun üzv dövlətləri bütün qaçqınlara və onları qəbul edən ölkələrə həmrəylik nümayiş etdirməyə və humanitar, tibbi və maliyyə yardımı göstərməyə davam edəcəklər”, - yekun sənəddə qeyd olunur.
Bu baxımdan, liderlər Avropada Qaçqınlar üçün Birləşmiş Hərəkətlər (CARE) təklifinin sürətlə qəbul edilməsi və "ReactEU” qanunu vasitəsilə vəsaitlərin təxirə salınmadan istifadəyə verilməsinə çağırıblar.
"Biz Rusiyanı beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə tam əməl etməyə çağırırıq. O, Ukraynadakı qurbanlara və məcburi köçkünlərə təhlükəsiz və maneəsiz humanitar çıxışı təmin etməli, habelə oranı tərk etmək istəyən mülki şəxslərin təhlükəsiz keçidini təmin etməlidir”, - yekunda qeyd olunur.
Oxşar xəbərlər
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 2026 20:00
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 2026 00:06
Xəbər lenti
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
Video & Fotoqalereya
Video
Fotoqalereya
