Ukraynadakı “qaçaq səfir” Bakıda dələduzluq işində izlərini itirməyə....
Pulun məhz səfirin oğlu Həbib Axundova verilməsini təsdiqləyən sənədlər, səs yazıları ilə yanaşı SMS yazışmaları da var
Rusiya-Ukrayna müharibəsinin ikinci günü Kiyevdən qaçan səfir Elmira Axundova Bakıda pul davasına başlayıb.
Belə məlum olur ki, qaçaq səfir Bakıya çatar-çatmaz məhkəmə icraçıları ilə əlaqəyə keçib və cinayətə bərabər məhkəmə hökmü üzrə pul qazanmağa çalışır. Elmira Axundova və oğlu Həbibovun adları illərdir ki, 8 milyonluq dələduzluq işinin əsas fiqurantları kimi hallanır. Məsələni mahiyyəti budur ki, hələ deputat olarkən Elmira Axundova tanıyıb-bildiyi şəxslərə oğlu Həbibin qurduğu katric biznesinə pul yatırmağı və divident qazanmağı təklif edib. Deputatın çağırışı özünü çox gözəltməyib və oğlu Həbib Axundova yatırım olaraq külli miqdarda vəsait verilib. Pul verənlərdən biri də Elmira Axundovanın “qardaşım” deyib 2 dəfə parlament seçkilərində səlahiyyətli nümayəndə seçdiyi müharibə veteranı Fərman Məmmədov olub. Bir neçə aylıq divident ödənişindən sonra Elmira Axundova tanıyıb-bildiyi şəxslərə “biznes batdı” deyib. Həmin gündən sonrakı müddət ərzində Elmira Axundova və oğlunun əmlak siyahısı olduqca sürətlə artmağa başlayıb. Ana-balanın ümumilikdə 100 min manat civarında olan varidatları “biznes batdı” elanından sonra az qala 50 milyon manata yaxınlaşıb. big_1539206152_elm.jpg (31 KB) Elmira Axundova Bakının mərkəzində 5 mərtəbəli, ümumi sahəsi 10 min kvadrat metri aşan biznes mərkəzi, “Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri, Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Bakıda çoxsaylı evlərə və bir-birindən bahalı maşınlara sahiblənməyə başlayıb. Oğlu da anasından geri qalmayıb. Həbib Axundov Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis, “Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri alıb və bahalı maşınların kolleksiyaçısına çevrilib. Elmira deleduzluq ishi.jpg (338 KB) 03.10.2013-cü ildə 2012-ci ildə istehsal olunan “Porsche Cayenne” minik avtomobili, Az 90 CF 900 nömrə nişanı; 19.05.2014-cü ildə 2012-ci ildə istehsal olunan “Porsche Cayenne” minik avtomobili, həmin avtomobilə Az 10 HH 111 nömrə nişanı; 02.07.2014-ci ildə 2013-cü ildə istehsal olunan “Jeep Wrangler” minik avtomobil, Az 90 XX 111 nömrə nişanı; 8 gün sonra, 15.02.2014-cü ildə 2013-cü ildə istehsal olunan “Porsche Panamera” minik avtomobili, Az 90 RR 111 nömrə nişanı; “K-45" adlı ABB 1278 bort nömrəli ”Yamaha 242 Limited S" tipli gəzinti kateri - yaxta 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb. Bundan başqa, bir neçə skuterə də sahiblənib. Bu, Həbib Axundovun əmlaklarının tam siyahı deyil. Bütün bu əmlaklar Elmira Axundovanın məlum elanından sonra əldə olunub. Həmin günlərdə Elmira Axundovanın məsləhəti ilə oğlu Həbib Axundova külli miqdarda pul verən zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib dələduzluğa məruz qaldıqlarını yazırdılar. O günlərdə Elmira Axundova və oğlu Həbib Axundov onları ölkə prezidentinə şikayət yazmaqdan çəkindirmək üçün məhkəmələrlə hədələyirdi. Nəhayətdə Elmira Axundovanın evinin daimi qonağı Elnur İbrahimovu “günah keçisi”nə çevirib ortalığa çıxardılar. Milyonlarla manat pulu Elnur İbrahimovun təkbaşına mənimsəməsi “nağılı” ortaya atıldı. Elnur İbrahimov Qəbələyə Elmira Axundovanın yanına aparıldı və oradan izləri itdi. Azərbaycan hüquq-mühafizə orqanları Elnur İbrahimovu 1 ildən artıq axtardı. Sonda məlum oldu ki, Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə məsləhətləşəndən sonra Gürcüstana, oradan da Elmira Axundovanın doğulduğu Rusiya paytaxtına qaçıb, orada gizlənib. Zərərçəkənlər pullarının geri qaytarılması üçün Elmira Axundovaya, oğlu Həbib Axundova dəfələrlə müraciətlər etsələr də, xeyri olmadı. Elmira Axundova Ramiz Mehdiyevin əlindən medal alma ərəfəsində Fərman Məmmədovan aldığı 250 min manatın 125 min manatını qaytardı. Qalan hissəsini isə qaytaracağına söz verdi. Oğlu da ayrılıqda öz ünvanına nalayiq söyüş söyüb pulun qaytarılacağını dedi. FÉrman MÉmmÉdov ile ilgili görsel sonucu Elmira Axundovanın Fərman Məmmədovla səs yazısı var. Orada qaçaq səfir Fərman Məmmədova “sənin pulunu qaytaracağıq” deyir. Oğlu Həbib Axundovun da “Fərman əmi, sənin pulunu qaytarmasam oğ... olaram” dediyi səs yazısı mövcuddur. Amma 2013-cü ildə dələduzluqla ələ keçirilən pul bu günə qədər Fərman Məmmədova qaytarılmayıb. Fərman Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində dəfələrlə bildirdi ki, o, pulu Elmira Axundovanın məsləhəti ilə onun oğlu Həbib Axundova verib, Elnur İbrahimova pul verməyib. Pulun məhz Həbib Axundova verilməsini təsdiqləyən sənədlər, səs yazıları ilə yanaşı Elnur İbrahimovla Həbib Axundov arasında SMS yazışmalar da var. Həmin yazışmalardan o da aydın olur ki, Elnur İbrahimov günaşırı Elmira Axundovaya 5 min manat pul göndərirmiş. Sənədlər, səs yazıları, SMS yazışmalar cinayət dosyesində olsa da, nə ibtidai istintaqda, nə də məhkəmədə araşdırıldı, müvafiq hüquqi qiymət verildi. Cinayət işində Fərman Məmmədov tərəfindən pulun Həbib Axundova verilməsini təsdiq edən sənədlər ola-ola, Elnur İbrahimov 9 il müddətinə azadlıqdan məhrum olundu. Elmira Axundova Kiyevdən Bakıya qaçandan sonra xəbər çıxdı ki, məsləhət verdiyi Elnur İbrahimovun cəzası da endirilib. Bu qalmaqallı məhkəmə işində 8 milyon manatın dələduzluqla ələ keçirilməsi təsdiqlənsə də, ələ keçirən şəxs kimi yalnız Elnur İbrahimov məhbəsə yola salınıb. Faktiki isə dələduzluq işi üzərindən 30 milyon manatın ələ keçirilməsi haqda təkzib olunmayan məlumatlar var. Məhkəmə Elnur İbrahimov haqda hökm çıxarana qədər isə Elmira Axundova və oğlu Həbib Axundova zərərçəkənlərin susdurulması istiqamətində hərəkətə keçmişdilər. Ana-bala Axundovlar Binəqədi Rayon Məhkəməsinə iddia verib zərərçəkənlərin prezidentə müraciətlərinin yasaqlanmasını, dələduzluq işində olan Elmira Axudovanın səs yazılarının yayılmasının qadağan edilməsinə çalışırdılar. Binəqədi məhkəməsində 3 hakimin dəyişdirilməsi və 3 ilə yaxın davam edən məhkəmənin sonunda Elmira Axundova ondan pullarını geri tələb edən zərərçəkənləri 10 min manat cərimələtməyə nail oldu. Bu hökmün verilməsinə o zaman Elmira Axundovanın bəy tərifi vurduğu PA rəhbəri Ramiz Mehdiyevin adı da qarışmışdı. Belə iddialar vardı ki, qərəzli məhkəmə hökmü “telefon zəngi hüququ” ilə verilib. Gələn məlumatlara görə, Elmira Axundova Kiyevdən Bakıya qaçıb yerini rahatlayandan sonra burada köhnə işləri yekunlaşdırmaq qərarına gəlib. O, Fərman Məmmədovdan 10 min manat cərimənin alınması üçün məhkəmə icraçılarına təzyiq göstərir. Artıq Fərman Məmmədova məhkəmə icraçıları zəng edib qaçaq səfirin bank hesabını da təqdim ediblər. Fərman Məmmədov “Yeni Müsavat”a bu məlumatı təsdiqləyib. Bildirib ki, qanunsuz və əsassız məhkəmə hökmü üzrə cəriməni səfirə 5 qəpiklərlə ödəmək fikrindədir. Zərərçəkən üzləşdiyi dələduzluq cinayətinin yenidən araşdırılmasını istəyir.
![]()
E.MƏMMƏDƏLİYEV, “Yeni Müsavat”
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər (VİDEO)
30 yanvar 2026 12:14
- Vaqif Səmədoğlunun xanımı: Mən istəmədim ki, övladımız olsun
28 yanvar 2026 13:01
- Abbas Abbasovun evində AXTARIŞ: Mehdiyev işi ALOVLANDI
28 yanvar 2026 12:07
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
02 fevral 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
02 fevral 13:26
