Əlimərdan bəy Topçubaşının özü ilə eyni gündə doğulan nəticəsi... - Fotolar
Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk sədri, Xarici işlər naziri, Milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının anadan olmasının 160-cı ilidir.
Əlimərdan bəy Topçubaşının böyük qızı Sara Kürdəmirdən (Topçubaşı) 2 nəvəsi olub, Zərifə və Gülnarə Kürdəmir. Hər ikisi də vəfat edib.
.jpg)
Gülnarə Kürdəmir və nəvəsi Aleks Brasak
Qafqazinfo” xəbər verir ki, “HafizTimes” bir neçə ay öncə vəfat edən Gülnarə Kürdəmirin Almaniyada yaşayan nəvəsi Aleks (Aleksandr) Brasakı tapıb, həmsöhbət olmağa çalışıb.
Aleksin anası Nilufer Sander Gülnarə Kürdəmirin qızıdır. Qeyd edək ki, Aleks Brasak Əlimərdan bəy Topçubaşı ilə eyni gündə, yəni mayın 4-də anadan olub.
- Babam Əlimərdan bəylə eyni gündə doğulduğumuzu anam mənə dedi. Çox sevindim, həm də çox təəccübləndim. Əlimərdan bəy böyük şəxsiyyət olub. Həmişə anam, nənəm ondan bəhs edərdilər. Onunla eyni gündə, mayın 4-də doğulmaq mənim üçün xoşbəxtlikdir. Amma mən Brazilyada dünyaya göz açmışam (1976-ci ildə). Həmin vaxt valideynlərim orada yaşayıb.

- Əlimərdan bəy Topçubaşı barədə nələr bilirsiniz?
- O, mənim çox sevdiyim nənəm Gülnarə Kürdəmirin babası olub. Bu yaxınlarda nənəm də vəfat etdi. Onun evində Əlimərdan bəyin çoxlu şəkilləri vardı.

Əlimərdan bəy, nəvələri: Gülnarə və Zərifə Kürdəmir. 1930-cu il, Paris
Nənəm onu çox sevərdi. Mən də ilk dəfə onun haqqında nənəmdən eşitmişəm. Azərbaycan üçün böyük işlər görüb, dövlət qurub. Mən də Əlimərdan bəylə fəxr edirəm. Onun ailəsinin davamçısı olmaq qürurvericidir.
- Sizinlə bağlı bilmək istərik. Harada yaşayırsınız? Nə işlə məşğul olursunuz?
- Mən Almaniyada yaşayıram. Televiziyada çalışıram. Səs üzrə mütəxəssisəm. İşimlə əlaqədar olaraq çox tez-tez xarici ölkələrə səfərlər edirəm. Bir oğlum var.

Nilufer Sander: “Mən də heç vaxt Azərbaycanda olmamışam. Amma Azərbaycandan bir neçə dostum var. Yayda Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gələrdilər. Dərhal onlarla danışardım, nənəmin azərbaycanlı olduğunu söylərdim. Atası Əlimərdan bəy Topçubaşıdan söhbət açardım. Hamı Əlimərdan bəy Topçubaşını tanıyar, ondan heyranlıq və hörmətlə bəhs edərdilər. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Mən də xoşbəxt olardım”.
.jpg)
Gülnarə Kürdəmir və qızı Nilufer Sander
- Sonda oxucularımıza nə demək istərdiniz?
-Salam və sevgimi göndərirəm.

Nilufer Sander və oğlu Aleks Brasak
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- Qəbələdə rəsmi lanç verildi - Fotolar
27 aprel 2026 16:05
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 2026 16:27
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 2026 01:21
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 2026 23:14
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 2026 19:59
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
