“20 ildir pensiya alırdım, 6 aydır kəsilib...”
“Birinci Qarabağ müharibəsində döyüşmüşəm və 1992-ci ildə ağır yaralanmışam. Güllə belimdən girib, sinəmdən çıxıb, qarnım yırtıq-yırtıqdır. 1999-cu ildən ikinci qrup əlil kimi pensiya alırdım. 6 aydan çoxdur ki, heç bir əsaslı səbəb göstərmədən pensiyamı kəsiblər”.
Bu barədə “Qafqazinfo”ya Masallı rayonunun Təzə Alvadı kəndindən olan Birinci Qarabağ müharibəsi əlili Hikmət Allahverdiyev müraciət edib.
O bildirib ki, müharibədə aldığı güllə yarasına görə əmək qabiliyyətini itirib. Üç övladını 20 ildən çoxdur ki, əlil kimi aldığı pensiya ilə dolandırıb: “Mən müharibə əliliyəm, əvvəllər Prezident təqaüdü ilə birlikdə 600 manata yaxın pensiya alırdım. 6 aydan çoxdur ki, pensiyamı kəsiblər. İyun ayının 8-i komissiyadan keçsəm də, iyulda mənə “imtina” cavabı gəlib. Bəs bu neçə ildə hökumət mənə pensiyanı boş yerə verib? Bəs mən bu vəziyyətdə nə edim? İndi ac-susuz evimdə oturmuşam. Çox pis gündə yaşayıram, balalarım acdır. Qardaşım 3-5 manat köməklik edir, onun ümidinə yaşayıram...”
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin məktbuat katibi Tural Qurbanov sorğumuza cavab olaraq bildirilib ki, Allahverdiyev Hikmət Ağaverdi oğlu, əlilliyinin qiymətləndirilməsi məqsədilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə edilib: “H. Allahverdiyevin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq ona imtina qərarı verilib”.
Nəzrin Cavadzadə

- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
4 yanvar 2026 00:18
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
1 yanvar 2026 13:44
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 2025 22:44
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Dekabrın 10-da Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
9 dekabr 2025 14:17
- Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
9 dekabr 2025 12:13
- Pensiyalar bu tarixdə veriləcək
8 dekabr 2025 01:13
- Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri II oxunuşda qəbul edildi
2 dekabr 2025 16:54
- MOSSAD İlham Əliyevdən sitat paylaşdı - Foto
07 yanvar 14:07
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
07 yanvar 13:51
- Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər
07 yanvar 13:41
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
07 yanvar 00:24
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
06 yanvar 23:38
- Zelenski həmin bəyannaməni imzaladı - Foto
06 yanvar 23:10
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
06 yanvar 22:12
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
06 yanvar 11:08
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
06 yanvar 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
