Azərbaycan səfirliyinə hücum edən “Mehdi nökərləri”nin lideri kimdir? DOSYE
Maqazin6 avqust 2022 10:17
4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Qaynarinfo xəbər verir ki, hücumun məsuliyyətini "Mehdinin nökərləri” radikal dini qruplaşması öz üzərinə götürüb.
Əldə edilən məlumata görə, təşkilatın lideri Yasir Yəhya Abdullah əl-Həbibdir.
Yasir Yəhya Abdullah əl-Həbib (ərəb. ياسر يحيى عبد الله الحبيب) Məhəmməd peyğəmbərin səhabələrini tənqid etməklə tanınan şiə ruhanisidir. İranda müsəlmanlar arasında nifrəti qızışdırdığı üçün onun çıxışlarına qulaq asmaq qadağandır.
Məhkumluq və əfv
1979-cu ildə Küveyt şəhərində anadan olub. Hələ Küveyt Universitetində oxuyarkən İslamın ilkin tarixi ilə bağlı fikirləri ilə məşhurlaşır, nəticədə 2003-cü ilin dekabrında Məhəmməd peyğəmbərin səhabələri - Əbu Bəkr, Ömər, Aişə və ona böhtan atmaqda ittiham edilərək həbs olunub və on il müddətinə azadlıqdan məhrum edilib. Ancaq artıq 2004-cü ilin fevralında Küveytin azad edilməsi şərəfinə milli bayram münasibətilə həbsdən buraxılıb. Bundan sonra Yasir əl-Həbib əvvəlcə İraqa, daha sonra İrana köçüb, sonra isə Böyük Britaniyadan siyasi sığınacaq istəyib. Yasir əl-Həbib özü sonradan azadlığa çıxmasını belə təsvir edir:
"Oraya çatanda gördüm ki, bir polis məmuru əlində bir neçə ad yazılmış kağız parçası tutub və o, məndən "Sən Yasir əl-Həbibsən” deyə soruşdu. "Bəli” deyə cavab verdim. "Siz Qurtuluş Günü münasibətilə əmir tərəfindən əfv olundunuz, sadəcə olaraq 1000 Küveyt dinarı məbləğində cərimə ödəmək kifayətdir”.
2004-cü ilin dekabrından Böyük Britaniyada yaşayır.
Dini baxışları
Yasir əl-Həbib hələ Küveytdə işləyərkən Məhəmmədin qızı Fatimənin ölümündə Əbu Bəkr, Ömər, Aişə və başqalarının əli olduğuna inanırdı. Artıq Böyük Britaniyada belə əsərlər nəşr etdirib:
Məhəmməd peyğəmbəri kim öldürdü?
Niyə şiələr Ömər ibn əl-Xəttaba nifrət edirlər?
Küveytin "Əl-Şaab” qəzeti Yasir əl-Həbibi "xain və mürtəd” adlandıran məqalə dərc edib.
Vəhabilik haqqında
Yaser əl-Həbib hesab edir ki, vəhabilik "üç əsr əvvəl ruhi xəstə olan bir şəxs tərəfindən əsası qoyulmuş cinayət və zorakılıq ideologiyasıdır. Bu hərəkatın əsas nəzəriyyəsi budur ki, Allahın seçilmişlərinə təvəssül edən və onların qəbirlərini ziyarət edən müsəlmanlar kafir və müşrikdirlər. Beləliklə, onların mallarının, canlarının və qadınlarının ələ keçirilməsi caiz olduğu kimi, digər kafirlərə qarşı da qanuni və caizdir”.
Fəaliyyəti
2010-cu ilin iyununda Yasir əl-Həbibin ofisi Londonda yeni binaya köçür və orada din xadiminin işi davam edir və açılış mərasimində o, bir daha öz mövqeyini təkrarlayır: "Biz heç vaxt Əbu Bəkr və Ömərə xeyirxahlıq etməyəcəyik. Bütün qövmlər Fatimə ehtiramından üz çevirdi”.
2010-cu ilin sentyabrında Küveyt hökuməti Yasir əl-Həbibin ekstradisiyası üçün İnterpola müraciət etsə də, bu sorğu "dini və məzhəbçilik təqiblər üçün əsas deyil” ifadəsi ilə rədd edilib. Buna cavab olaraq sentyabrın 20-də Yasir əl-Həbib Küveyt vətəndaşlığından məhrum edilib.
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
