- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Ukraynadan qayıdan rus desant Rus ordusu haqda miskin reallığı-ŞOK
Günün sitatı13 avqust 2022 12:35
"Müharibədən qayıtmağımdan ay yarım keçir. Bilirəm ki, "müharibə” sözünü işlətmək olmaz, onu qadağan ediblər. <...> Bu, əsl müharibədir: bizim rus ordumuz Ukrayna ordusuna atəş açır, o da cavab atəşi açır, orada mərmilər və raketlər partlayır. <...> Eyni zamanda, hər iki tərəfdən hərbçilər, eləcə də "xüsusi əməliyyat" adı ilə müharibəyə başlamaq qərarına gəldikləri yerdə yaşamağa "şanslı" olan mülki şəxslər ölürlər”.
Qaynarinfo xəbər verir ki, rus əsgər Pavel Filatyevin Ukraynadan qayıtdıqdan sonra nəşr etdirdiyi xatirələri belə başlayır.
Əslən Volqoqrad vilayətindən olan 33 yaşlı desantçı Pavel Filatyev 2010-cu illərdə Çeçenistanda xidmət edib və ötən ilin avqustunda işlə bağlı problemlər və pulsuzluq səbəbindən yeni xidmət müqaviləsi bağlamağa qərar verib. 56-cı desant-həmlə alayının tərkibində Ukrayna ərazisində müharibədə iştirak edib. Onun bölməsi işğalın ilk günlərində Xersona hücuma göndərilib. Döyüş meydanında aldığı xəsarətlərə görə Filatyev müalicə olunmaq üçün təxliyə edilib və bir daha cəbhəyə qayıtmayıb. İndi Filatyev müharibəyə qarşı çıxır: o, öz gözləri ilə gördükləri həqiqəti danışır. O, xatirələrini "ZOV” kitabında təsvir edib. Rus ordusundakı hərc-mərclik, əsgərlərin müharibəyə münasibəti və mənasız ölümlərdən bəhs edən Pavel Filatyev kitabı "Vajnıye istorii” tərəfindən ixtisarla dərc olunub.

Rusiya hərbçilərinin mülki şəxslərə münasibəti haqqında
Ukraynanın yaşayış məntəqələrində bizi tək-tük insanlar qarşılayıb, küsmüş baxışla yola salırdılar. <...> Bu evlərdən onların vətənpərvərliyinə hörmət hissi ilə yanaşı, narahatlıq və təhlükə hissi də var idi. Başa düşürdüm ki, birdən evlərin birindən <...> mənə təhlükə görünsə, düşünmədən atəş açacağam. Diqqətsizlik və ya gecikmə mənim və ya yoldaşlarımın ölümü deməkdir, şübhələr təhlükəlidir. Amma eyni zamanda heç kimi öldürmək də istəmirdim... <...> Çantalı mülki şəxslər magistral yol boyu kolonun yanından keçirlər: aydın görünür ki, müharibədən qaçanlardır. İnsanlar əsasən, indi irəliləməyə hazırlaşdığımız Xersondan piyada və maşınla gedirdilər. <...> Yanımızdan yüzlərlə videoqeydiyyatı olan avtomaşınlar keçir, bəziləri isə telefonla açıq şəkildə bizi çəkirlər, bu, nə dəlixanadır! <...>
Yolun sağ tərəfindəki mövqelərdə nəsə yanmağa başlayır, 10 dəqiqədən sonra bizim solumuzda da yanğın başlayır. Kimsə mövqelərimizin solunda və sağında quru qamışları yandırdı. Bilinir ki, kimsə bunu qəsdən edib və bu, qətiyyən bizimkilər deyil. <...> Mülki insanlara qarşı müəyyən qəzəb yaranır. Başa düşürəm ki, biz burada çağırılmamış qonağıq, amma öz təhlükəsizlikləri üçün bizdən uzaq dursalar, daha yaxşı olar. Buna görə də mülki şəxslərin davranışları qəzəbləndirir, təəccübləndirir.
Bizim burada nə işimiz var? Bu bizim işimiz deyil. Biz nə polisik, nə də OMON, hamı Ukrayna Silahlı Qüvvələri ilə döyüşü gözləyir və heç kim mülki şəxslərə "biz bura niyə gəldik” izahını vermək istəmir, özümüz də bilmirik. Mübahisə etmək çox gecdir, sən ön cəbhədəsən, ya sən öldürəcəksən, ya da səni. <...>
28 fevralda eşitdim ki, kimsə DDM topu ilə dayanmayan mülki avtomobili vurub. Maşında ana və bir neçə uşaq olub, yalnız bir uşaq sağ qalıb. <...> Günahsız mülki insanların ölümü istənilən müharibədə olub və olacaq, amma ürəyim ağrıyır. Hökumətlərimiz kimin necə yaşayacağını öz aralarında həll edərkən hər iki tərəfin ordusu onların alətinə çevrilir, nəticədə mülki insanlar ölür, onların yaratdıqları dünya dağılır. Bunu dərk edəndə nə edəcəyini bilmirsən. Hər şeyi atıb getsən, qorxaq və xain olacaqsan. Əgər bu işdə iştirak etməyə davam etsən, insanların ölümünə, iztirablarına şərik olacaqsan.
Müharibənin ilk günlərində döyüş meydanındakı hərc-mərclik haqqında
Xersona necə hücum edəcəyimizi düşünürəm: düşünmürəm ki, şəhər meri bizi duz-çörəklə qarşılayacaq, administrasiya binasının üzərində Rusiya Federasiyasının bayrağını qaldıracaq və biz şəhərə paradda olduğu kimi kolonla girəcəyik. <...> Eşitdiyimə görə, Xerson böyük şəhərdir, əgər biz ora kolonla girsək, axırımız çatacaq. Hazırlıq və təşkilatlanma səviyyəmizi bilirdim və ən pisinə hazırlaşırdım. Ukrayna ordusu nə vəziyyətdə olmalıdır ki, komandanlığımız bu şəhəri bir dəfəyə almaq qərarına gəlsin? Şəhəri dünən götürməliydik, dünən bizim tərəfdə sürpriz effekti oldu, amma hər şey həmişəki kimidir. Sülh dövründə hərc-mərclik, müharibə zamanı isə ondan daha da pisi. <...>
<...> İndi düşmənin bizim tərəfə "QRAD"la "işləməsi” gözlənilir və o zaman 200 və 300-lərin (ölənlər və yaralananlar - red.) olacağı dəqiqdir, çünki bizim təyyarələrimiz, helikopterlərimiz uzun müddətdir görünmür, rabitə yoxdur, hamı yorulub yatmaq istəyir, amma heç kim də ölmək istəmir. Bəziləri son gücü ilə intensiv şəkildə tər tökə-tökə səngər qazır.
<...> Burda 500 nəfərik, texnika xaotik düzülüb, səngərlər, xəndəklər qazılır. Anlayıram ki, qumda qazılan xəndəklər bizi reaktiv yaylım atəş sistemindən (RYAS) xilas etməyəcək. <...> Səhərə qədər yaşaya bilməyəcəyimi anlayıram, boğazım quruyur. <...> Qrupların birinə yaxınlaşıb uşaqlarla söhbət edirəm, mənə deyirlər ki, onların 11-ci briqasından cəmi 50 nəfər sağ qalıb. RYAS-nın zərbələri və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları altında şərəfsizcəsinə öləcəyim ehtimalını dərk etdikcə utanıram. <...> Bizim üçün sadəcə qırğın olacaq, tükənmişik, öz torpağımızda deyilik, relyefi bilmirik, rabitə yoxdur, aviasiya və artilleriya dəstəyi yoxdur, irəli gedənlər artıq məhv edilib. <...> Əsas qüvvələr haradadır? Televiziyada göstərlilən "armatalar”, "sarmatlar” və bütün başqa cəfəngiyyatlar haradadır?! <...>
Bütün hazırlığımız yalnız kağız üzərindədir, texnikamız çox köhnəlib. <...> Biz hava-desant taboru olaraq döyüşə UAZ-larla göndərilmişik! Böyük miqdarda texnika sadəcə müharibəyə çata bilmədi, cəmi 200 kilometr gedə bilmədi. Bizim taktikamız hələ də babalarımızınki kimidir! <...> Belə fikirlərlə bölüyümüzün UAZ-ına yaxınlaşdım, kimsə bir şüşə konyak tapıb.

<...> Biz Xersona hücum etməyə hazırlaşırıq ... <...> Hava-Desant Qüvvələrində ciddi texnika və silah-sursat yoxdur, biz əsas ordu deyilik, ölkə üzrə ümumi sayımız maksimum 40 min nəfərdir, onların bəziləri çağırışçılardır və qarnizondadırlar. Bəs ordu haradadır? <...> Çox getmədən irəlidə kiçik bir körpü göründü, bu artıq şəhərin girişidir. Körpüdə kolonumuz düzülüb yerində donub qalıb... Pusqu üçün ideal yerdir, kolon dar yolda dayanıb... Zirehi olmayan UAZ-larımız sadəcə ideal hədəfdir, 20 dəqiqə hərəkətsiz dayanırıq. ... <...> Nəticədə biz <... > yavaş-yavaş geri çəkilirik. Məlum oldu ki, biz lazımi döngəni buraxmışıq.
Məişət əşyalarının olmaması və talanlar haqqında
Hava qaralmağa başlayır, gizlənmək komandası verilir. <...> Çox soyuq idi, şaxta başladı, bəziləri növbə ilə yatır. Heç kimin yataq dəsti yox idi, güclü külək əsdi və şaxta sümüklərə qədər işləməyə başladı. <...> Yatmaq üçün bir şeylər axtarmağa gedirəm. <...> Bəziləri üstlərinə örtmək üçün karton və cır-cındır tapıblar. <...> Fərdi evlərin yanından keçəndə görürəm ki, onlardan biri tərk edilmiş vəziyyətdədir və yaşayışı olana oxşamır. <...> Yaxınlıqdakı, eyni həyətdə yerləşən yaşayış binasına baxaraq, durub içəri girmək, yorğan istəmək istəyi ilə özümlə mübarizə aparıram. Əgər evdə adam yoxdursa, o zaman içəri girib isinmək üçün bir şey götürəcəm... Bir neçə dəqiqədən sonra mən bu fikirdən əl çəkirəm: onların reaksiyası çox fərqli ola bilər. <...> Beynimdə iyrənc fikirlər dövr edir, sanki biz əclaf olaraq sadəcə sağ qalmağa çalışırıq. Bizə düşmən də lazım deyil, komandanlıq bizi elə şəraitə salıb ki, evsizlər daha yaxşı yaşayır. <...> Mən yerə bir kloyanka qoydum, bir oğlanla bir-birimizi qucaqlayıb uzandıq, birtəhər isinmək istəyirdik, üstümüzə başqa bir klyonka örtük, isitmirdi, amma küləkdən bir az qoruyurdu.
Ertəsi gün Xersonun dəniz limanına çatdıq. <...> Hər kəs yorğun və vəhşi kimi görünürdü, hamı yemək, su, duş və yatmağa yer üçün binaları axtarmağa başladı, kimsə kompüterləri və tapa bildikləri digər şeyləri yığmağa başladı. Mən də istisna deyildim: ərazidə sınıq yük maşınında papaq tapdım, götürdüm. Bir neçə nəfər televizor olan otaqda oturub xəbərlərə baxırdılar, orada da bir şüşə şampan tapdılar. <...>
Ofislərdə mətbəx və soyuducusu olan yeməkxana var idi. Biz, vəhşilər kimi, orada olan hər şeyi yedik: çips, mürəbbə, bal, qəhvə ... <...> Artıq heç nə vecimizə deyildi, bizi artıq bu həddə çatdırıblar, bir çoxu rahatlıq, duş və normal yemək olmayan poliqonlarda yaşayıb. Bundan sonra dincəlməyə vaxt vermədən insanları müharibəyə göndəriblər. Hamı yatmağa yer axtarır, duş üçün növbədə söyüşün biri bir qəpikdən. <...> Bir gecədə hər şeyi alt-üst etdik. Qrivna axtarışında qəhvə maşını sındıran əsgərlərə rast gəldim, qrivnanın nəyə lazım olduğunu anlaya bilmədim.

Müharibə yorğunluğu haqqında
Martın 3-də şayiə yayıldı ki, biz Nikolayevə, oradan da Odessaya hücuma gedəcəyik. İnana bilmədim: yuxarıdakılar başa düşmürlər ki, insanlar tükəniblər? <...> İndi biz şayiələr eşitmişik ki, motoatıcı piyadalar kütləvi şəkildə irəli getməkdən imtina edir, ona görə də dincəlmək imkanımız yoxdur. Onlara qəzəb yarandı. <...>
Bundan sonra bir ay ərzində oxşar günlər bir-birlərini əvəzləyirdi. Biz gizlənirdik, artilleriya üstümüzdə işləyirdi, sonra bizim artilleriya Ukrayna Silahlı Qüvvələrinə qarşı işləyirdi, aviasiyamız demək olar ki, görünmürdü. Biz sadəcə cəbhə xəttində səngərlərdə mövqe tuturduq: çimmək yox, yemək yox, yatmaq yox. Hamını saqqal və kir basmışdı, forma və ayaqqabılar sıradan çıxırdı. Biz yüksək komandanlığı görmürdük. <...> Yeməyə heç nə yox idi, hazır yemək qutularından başqa: iki günə bir qutu. <...>
Onlar Çeçenistanda yaraqlıların etdiyi kimi Ukrayna Silahlı Qüvvələrinin hər öldürülən əsgərinə və ya məhv edilmiş texnikaya görə pul ödəyəcəklərini bəyan etdilər. <...> Heç kim bizə yeni forma, ayaqqabı, sursat və isti paltar gətirmirdi. Bir-iki qutu humanitar yardımın içərisində ucuz corab, köynək, şort və sabun olub. Əslində, bizə yalnız Feodosiyadakı qohumlardan və həyat yoldaşlarımızdan bağlamalar gəlirdi. Amma nədənsə bütün bağlamalar ünvan üzrə çatmırdı və ya açılırdı. Yalnız onların sayəsində "normal” yemək yeyə bilirdik. <...>
Kimsə 3 milyon almaq və bu cəhənnəmdən qurtulmaq üçün özünü güllə ilə vururdu. Ukraynalılar bir əsirmizin barmaqlarını və cinsiyyət orqanını kəsmişdilər. Bizimkilər postların birində ölən ukraynalılara adlar verərək maşınların oturacaqlarına qoyurdular. <...>
Artilleriya atəşi nəticəsində yaxınlıqdakı bəzi kəndlər praktiki olaraq yer üzündən silinib. Ətrafdakılar hamısı get-gedə daha da çox qəzəblənirdi. Hansısa nənə pirojkilərlə əsgərlərimizi zəhərlədi. Demək olar ki, hamı göbələk tutdu, kiminsə dişləri töküldü, dərisi soyuldu. Bəziləri yorğunluqdan növbədə yatırdı. <...> Kimsə içməyə başladı, spirti haradan tapdığı isə bəlli deyil. <...>
Hər dəfə atışma zamanı başımı yerə sıxırdım və yenidən beynimdə fikir fırlanırdı: "Ya Rəbbim, sağ qalsam, bunu dəyişmək üçün hər şeyi edəcəyəm!” <...> Mən ölməkdən qorxmurdum, sadəcə belə ölmək istəmirdim, bəlli deyil nəyə, kimə görə? <...> Mənə pis təsir edirdi ki, bizlər yuxarıda oturanların vecinə deyilik. Onlar hər cür nümayiş etdirirlər ki, biz onlar üçün insan deyilik, mal-qara kimiyik. Mənə pis təsir edirdi ki, onların başladıqları müharibədən əvvəl ordumuzu məhv etmək üçün hər şeyi etdilər. <...>
Döyüş bölgəsini tərk edərkən hissləri sözlə ifadə etmək olmur... İki aylıq kir, aclıq, soyuq, tər və ölümə yaxın olmaq hissi. Təəssüf ki, jurnalistlərin cəbhə bölgəsində bizə baş çəkməsinə icazə verilmir, buna görə bütün ölkə öz fəxrlərini - saqqallı, çirkli, arıq və acıqlı olan desantçıları, hətta hərbi əməliyyatlar zamanı əsgərlərin təchizatını təşkil edə bilməyən komandirləri görə bilmir. Bizim uşaqların yarısı Ukrayna forması geyinirdi, çünki onlar daha yaxşı və daha rahatdır, ya da özlərinki cırır-cırıq olmuşdu. Qüdrətli dövlətimiz isə öz ordusunu geyindirmək, təchiz etmək, qidalandırmaq gücündə deyil.
Aprelin ortalarında artilleriya atəşinə görə gözümə torpaq düşdü və keratit başladı. Gözüm artıq bağlanırdı, beş günlük işgəncədən sonra gözümü itirmək təhlükəsi ilə məni axır ki, təxliyyə etdilər. <...>
<...> Məni cəbhə bölgəsindən təxliyəyə göndərən feldşer məndən həkim dəstəsinə şpris və ağrıkəsicilərin olmadığını deməyi xahiş etdi, təsəvvür edin ki, hətta bunlar belə cəbhədə yoxdur. <...> İndi Ukrayna Silahlı Qüvvələrində olan amerikalıların və bizim ilk tibbi yardım qutusunun müqayisəsi kifayətdir. Ən yaxşı paralel "Jiquli" və "Mercedes"in müqayisəsi olardı. <...>
<...> Bizi, hospitaldan çıxanlar və cəbhəyə göndərilməsini gözləmək üçün nəzərdə tutulmuş kazarmalardan birinə gətirdilər. Orada müharibədən qayıdan yüzlərlə insan yaşadıqlarından dəli olurdu və eyni zamanda sağ qaldığına və sivilizasiyaya qayıtdığına görə sevinirdilər. Kimsə kəkələyir, yaddaşını itirən iki nəfər gördüm, çoxu içkiyə qurşanıb qazandığını içir, gecələr fahişələrin yanına gedib gündə 100 min xərcləyir. <...>

Müalicə xərclərini ödəməli, dərmanları öz hesabıma almalı idim. İki ay çalışdım ki, ordu məni müalicə etsin, prokurorluğa getdim, komandanlığa, xəstəxananın rəisinin yanına getdim, prezidentə yazdım. Heç kimin vecinə deyil, heç kim kömək etmədi. Sığorta yox, müalicə yox. <...>
Hər şeyə tüpürüb hərbi həkim komissiyasından keçib səhhətimlə bağlı ordudan getməyə qərar verdim. <...> Komandanlıq mənim xidmətdən yayındığımı bildirdi və cinayət işinin başlanması üçün sənədləri prokurorluğa verdi. Çoxları belə şou göstərərək hərbçiləri geri göndərməyə çalışırlar. <...> Məqsədləri təlim və təchizat olmadan belə mümkün qədər çox insanı cəbhəyə geri çevirməkdir, nədir-nədir kimsə növbəti "ulduz”unu alacaq.
Bir ordu ki, müharibədə olanları, ora qayıtmaq və səbəbsiz yerə ölmək istəməyən əsgərlərini məhv edir... Qohumlarına təzminat ödənilməyən o qədər həlak olanlar var ki. Yaralılar və xəstələr əksər hallarda kompensasiya və sığortadan məhrumdurlar. <...> Alayın yarıdan çoxu yoxdu, kimsə müxtəlif səbəblərdən geri qayıdıb, xəstələr və yaralılar, ölənlər var. Hətta bir qəpik belə almayanlar var, çünki sənəd üzrə onlar orada olmayıblar və Müdafiə Nazirliyinə məktublar da heç bir nəticə vermir. <...> "Putin pulu” adlandırdığımız üç milyonu isə bir çoxları kimi mən də almamışam. "Xüsusi əməliyyat”ın iki ayı üçün kart hesabıma yalnız 215 min rubl düşüb.
Rus ordusunun uğursuzluqlarının səbəbləri haqqında
Rusiya ordusunun Ukraynadakı uğursuzluğunun əsas səbəbi odur ki, bizim başqa ölkəyə, xüsusən də bizə ən yaxın insanlara hücum etməyə mənəvi haqqımız yox idi. <...> Hər şey başlayanda mən nasistlərə inanan və üstəlik Ukrayna ilə döyüşmək istəyən az adam tanıyırdım. Bizdə nifrət yox idi və biz Ukrayna xalqını düşmən saymırdıq.
İkinci səbəb hər şeyin necə başladığıdır. Ukrayna ərazisini artilleriya, aviasiya və raketlərdən atəşə tutmaqla "xüsusi əməliyyat”a başlamaq... Fevralın 24-də insanlar artilleriya, təyyarə və raketlərin partlayışlarından oyanırsa, dinc əhalidən necə qəbul gözləyirdiz? Belə bir başlanğıcdan sonra xalqın işğalçılara qarşı birləşməyəcəyini kim gözləyirdi?
Üçüncü səbəb ordumuzdakı dəhşətli korrupsiya və hərc-mərclik, ordunun mənəvi və texniki cəhətdən köhnəlməsidir. <...> Karyera yüksəlişi yalnız əlaqələr və sistemə sadiqlik olduqda mümkündür. İndiki orduda problem yaşanmaması üçün tam cəfəngiyyat desələr də, səssizcə onların dediklərini yerinə yetirmək lazımdır. <...> Zabitlərə hələ də gənc zabitlərdən yaşlı olan müqaviləli əsgərlərdən ibarət peşəkar ordunu deyil, hərbi xidmətə çağırışçılar ordusunu idarə edilməsi öyrədilir. Ordu üçün seçim sağlam düşüncədən uzaqdır, xidmətə düzəlmək çətindir və oradan çıxmaq daha çətindir. <...> Müqaviləli hərbçi layiqli maaş almır. <...>
Hərbi nizamnamələr keçmiş ordulara uyğun yazılıb və onlar hələ müasir reallıqlara uyğunlaşdırılmayıb. Biz hamımız orada xidməti yola veririk və ordunu gücləndirmirik. <...> Avadanlıqlarımızın çoxu köhnəlib və ya kifayət deyil və yeni avadanlığın kompleks təchizat zənciri effektiv işləmir. Çox şey yalnız kağız üzərində və hesabatlarda mövcuddur. <...> Bizim sursatlarımız və formalarımız narahatdır və keyfiyyətsizdir: əksər hərbçilər ABŞ, Avropa və hətta Ukrayna formaları alıb geyinirlər. <...> Nə üçün 1941-ci ildə olduğu kimi yenə də müasir hərbi reallığa hazır deyilik? Orduda xidmət etmiş milyonlarla kişi bütün bunları bilir. Bəs onlar niyə susurlar?

Rus əsgərləri döyüşmək istəyirmi?
Orduda çoxu orada baş verənlərdən narazıdır, hakimiyyətdən və komandanlıqdan narazıdır, Putindən və onun siyasətindən narazıdır, orduda xidmət etməyən müdafiə nazirindən narazıdır. <...> Hərbçilərin çoxu heç kimi öldürmək istəmir, ümumiyyətlə, müharibə istəmir, amma bizdə vətənpərvərlik, qanunlar, yoldaşlara qarşı günah hissi var, heç kim qorxaq olmaq istəmir. Silahlarımızı atıb qaça bilmərik. <...>
Skabeyevanın, Solovyovun, Kiselyovun, Roqozinin, Lavrovun, Medvedyevin övladlarını səngərdə görmürəm, amma onlardan daim öldürmək çağırışları eşidirəm. Dumanın hansı deputatının oğlu müharibədədir? Onların övladları fəhlə və kəndli övladlarından daha istedadlı və ağıllıdırmı? Yoxsa valideynləri onlara bizim taleyimiz kimi tale arzulamır? Çoxları ora pul qazanmaq şansı kimi baxır. <...>
Hamımız qisas, vətənpərvərlik, pul, borc, karyera, dövlət qorxusu kimi bir çox amillərin girovuna çevrilmişik. Məncə, biz ağını çıxartmışıq. Biz DXR və LXR-ni özümüzə birləşdirmişik, biz dəhşətli müharibə başlatmışıq. Şəhərlərin dağıdıldığı, uşaqların, qadınların və qocaların ölümünə səbəb olan müharibə.
Tərcümə: Nizami Bağırov
Oxşar xəbərlər
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 2026 19:10
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 2026 09:23
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 2026 00:00
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 2026 11:48
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 2026 23:40
- Tağıyevin qızına qulluq edən tələbə 30 ildən sonra danışdı
22 aprel 2026 00:41
- Böyük Qayıdış: Ağdama daha 92 ailə yola salındı
21 aprel 2026 11:54
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 2026 14:47
- Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
16 aprel 2026 14:33
Xəbər lenti
- Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində oldu
02 may 09:40
- Sahibsiz torpaqları ələ keçirib özünü kral elan etdi - Fotolar
02 may 08:53
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
Video & Fotoqalereya
Video
Fotoqalereya
