Üzərində kriminal aləmin simvolu olan uşaq geyimləri satılır
Sosial şəbəkələrdə üzərində kriminal aləmə məxsus sözlərin əks olunduğu uşaq “body”lərinin fotoları yayılıb. “Bu evdə mənim sözüm keçər”, “Ağıllı olun, 9 ay içəridə yatdım” tipli cümlələrin uşaq paltarlarının üzərinə yazılması geniş müzakirələrə yol açıb.
NUH.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.az-a açıqlamasında bildirib ki, geyimlərin üzərindəki bu kimi yazılara heç kim nəzarət etmir:
“Qanunvericilikdə öz əksini tapmayıb. Biz dünyanın müxtəlif ölkələrində bu tipdə yazılar çox görmüşük. Qərbin, Avropanın, ABŞ-ın pis adətləri Azərbaycana gəlir, əxlaqa mənfi təsir göstərir. Düşünürəm ki, bizə yaraşmayan bir haldır, belə yazılara nəzarət olmalıdır. Qanunvericilikdə mütləq dəyişiklik edilməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda 1995-ci ildən bəri müsbətə doğru dəyişiklik yoxdur. Dəyişikliklərin hamısı istehlakçıların zərərinədir. Dövlət orqanları, eləcə də biznes qurumları Azərbaycana bu cür malların buraxılmasının qarşısını almalıdırlar. Belə getsə, başqa ölkələrdə gördüyümüz biabırçı şeylər ölkəmizə gələcək, bunun isə yolverilməz olduğunu düşünürəm. Biz istehlakçı təşkilatı olaraq bu kimi məsələlərlə ciddi məşğul oluruq və çalışırıq ki, insanlar belə xidmətlərdən uzaq olsunlar”.
Psixoloq Vəfa Rəşidova isə məsələnin təhsilsizlikdən qaynaqlandığını deyib: “Bu, bir tərz sayıla bilməz, belə uşaq geyimi olmaz. Bunun kökündə təhsilsizlik dayanır. Əgər valideynlər belə “body”ləri alıb uşaqlarına geyindirirlərsə, deməli, onlar da istehsalçıyla eyni təfəkkürdədirlər. Uşağın tərbiyəsi ana bətnindən başlayır. Bizim geyimimizdəki hər bir detal ruh halımıza, psixologiyamıza ciddi təsir göstərir. İnsan bunun fərqində olsa, aldığı hər şeyə diqqətlə yanaşar. Məhz biganə yanaşıldığı üçün bu gün cəmiyyətimizdə davranış pozğunluğu olan insanlar, uşaqlar həddən çoxdur”.
Onun sözlərinə görə, belə paltarların geyindirilməsi, uşaqların bu cür cümlələrlə əzizlənməsi onun bir müddət sonra ailədə dominantlıq etməsinə gətirib çıxara bilir: “Doğrudur, uşaq üzərindəki yazını dərk edəcək yaşda deyil, ancaq bəzən valideyn onu əzizləyəndə belə cümlələr istifadə edə bilir. Biz belə paltarı övladına geyindirən valideynin onu əzizləyərkən bu tip cümlə qurmayacağına zəmanət verə bilmərik. Həmin sözlərlə böyüyən uşaqlar isə dar dünyagörüşü ilə formalaşırlar. Necə ki içdiyimiz suyun, yediyimiz çörəyin ruhumuza təsiri var, eləcə də geyindiyimiz paltar psixologiyamıza təsir göstərir. Məhz belə faktorlara görə uşaqlarımız təhsildən uzaqlaşır, zövqsüzləşirlər.
Geyim şəxsin kim olmasından, hansı mühitdə böyüməsindən xəbər verir. Ona görə də valideynlər diqqətli olmalıdırlar. Bəzən uşaq yeniyetməlik dövrünə çatıb uyğunsuz bir hərəkət edəndə valideyn təəccüblənir, amma bilməlidir ki, körpə ikən dediyi sözlər, tərbiyə üsulu uşağın bugünkü davranışının əsas səbəbidir”.
Psixoloq valideynləri övladlarını uşaq yaşdan rəsmə, musiqiyə, idmana, mütaliəyə yönəltməyə səsləyib: “Ancaq uşağını məhv etmək, kriminal aləmdə görmək istəyən valideyn belə geyimlərə üz tutar. Bəzən valideyn istəyir ki, oğul övladı böyüyəndə ailədə onun sözü keçsin. Az da olsa, bununla qürur duyanlar var. Ona görə də belə geyim seçimləri edə bilirlər. Amma bu cür düşünən analar sonda oğulları tərəfindən döyülür, qocalar evinə yerləşdirilirlər. Uşağa dominantlıq verəndə gələcəyi düşünmək lazımdır. Sevgi belə olmamalıdır. Övladlarımızı cəmiyyətə yararlı yetişdirməliyik. Valideynlər maariflənməlidirlər”.
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 2026 16:49
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 2026 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 2026 17:10
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 2026 18:10
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 2026 18:53
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 2026 11:56
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 2026 14:02
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 2026 22:39
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 17:09
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 16:58
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 16:49
- Azərbaycan və İsrail prezidentləri görüşdü - Fotolar
21 yanvar 16:43
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 17:10
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 16:53
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 16:36
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 13:57
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 13:02
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 12:56
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 12:42
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 00:11
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 00:00
