- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
Həbslər, dəhşətli işgəncələr, elektrik cərəyanı - “6 həftəlik cəhənnəm”
Rusiya-Ukrayna müharibəsinin ilk günündən hərbi xidmətə çağırış yaşında olan bir çox kişi itkin düşüb. Sərhəd bölgələrindəki tərk edilmiş evlərin zirzəmilərində, polis bölmələrində və düşərgələrdə günlərlə sorğu-sual edilən bu mülki şəxslərin çoxundan xəbər alınmır. Sağ qala bilən şanslılardan biri həmin günlərdə yaşadıqlarını "altı həftəlik cəhənnəm" kimi təsvir edib...
Vasili 37 yaşlı avtomexanikdir. O, Ukraynanın şimalında, ölkənin ikinci böyük şəhəri olan Xarkovda yaşayır. Fevralın sonunda Rusiya Ukraynaya hücum edənə qədər Vasili həyat yoldaşı və uşaqları ilə birgə olduqca sadə həyatı yaşayıb. Amma rahat günlər öz yerini bir anda iztirab dolu həftələrə verib…
Musavat.com xəbər verir ki, “New York Times” qəzetində müharibənin ən dəhşətli üzündən bəhs edən yazı dərc olunub.
Məqalədə qeyd olunub ki, müharibənin başlanğıcında rus əsgərləri meydanda gözlənilməz müqavimətlə qarşılaşıb və planlaşdırdıqları irəliləyişə nail ola bilməyiblər.
Həmin günlərin birində Vasili arvadı və qonşusu ilə küçədə gedərkən rus əsgərləri tərəfindən saxlanıb. Onlar Vasilini gözləri və əlləri bağlı halda avtobusa mindiriblər.
Onun öz təbirincə desək, “altı həftəlik cəhənnəm” belə başlayıb...

Vasili
Başına təhlükəli bir şey gələcəyindən qorxaraq soyadını açıqlamaq istəməyən Vasili “New York Times” qəzetinə deyib ki, tez-tez bir təcridxanadan digərinə aparılıb, daim döyülüb və sorğu-sual zamanı bədəninə bir neçə dəfə elektrik cərəyanı verilib. Vasili əlavə edib ki, çox vaxt harada olduğunu və niyə həbs edildiyini belə bilməyib.
Vasili bunları yaşayan yeganə ukraynalı deyil. Təxminən 7 aya yaxın davam edən müharibədə əksəriyyəti hərbi xidmətə çağırış yaşında olan yüzlərlə mülki şəxs bir anda itkin düşüb. Rus əsgərləri və ya Rusiyaya işləyən milislər tərəfindən saxlanan bu mülki şəxslər günlərlə Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində müxtəlif binaların zirzəmilərində, polis bölmələrində və düşərgələrdə saxlanıb, daha sonra Rusiyadakı həbsxanalara göndərilib.
Rusiya həbsxanalarına göndərilənlərin dəqiq sayı açıqlanmır.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Müşahidə Təşkilatının Ukraynadakı Missiyası indiyədək 287 zorla yoxa çıxma və əsassız həbs faktını qeydə alıb. Qurumdan verilən açıqlamalarda ümumi sayın xeyli çox olduğu bildirilib.
CƏHƏNNƏMDƏN SAĞ ÇIXMAĞI BACARDI

Vasili ruslar tərəfindən saxlananlar arasında şanslılardandır. Çünki o, Rusiyaya aparıldıqdan 6 həftə sonra sərbəst buraxılıb və təxminən üç aya yaxın davam edən ağır yoldan sonra vətənə dönə bilib.
"Utancverici idi, dəhşətli idi, amma heç olmasa sağ qala bildim. Bundan da pis də ola bilərdi - güllələnənlər var idi” - Vasili sağ qaldığına görə şükür etdiyini bildirib.
Təbii ki, bütün ukraynalılar Vasili və onun ailəsi qədər şanslı deyillər. Aylardır itkin düşmüş yaxınlarını axtaran və onların sağ olub-olmadığını belə bilməyənlər var.
Onlardan biri də 64 yaşlı Olqadır. "Gecələr ağlayaraq yatıram, səhərlər ağlayaraq oyanıram" deyən qadının oğlu rus əsgərləri tərəfindən saxlanıb və huşunu itirənə qədər döyülüb. O, 3 gün sonra evə buraxılsa da, nəvəsi Mikitanın bəxti gətirməyib. Beynəlxalq Qırmızı Xaç Komitəsindən verilən məlumata görə, 20 yaşlı Mikita Rusiyada mühakimə olunacaq şəxslərin saxlandığı təcridxanaya göndərilib.
Olqanın ailəsi ilə birlikdə yaşadığı Vilxivka kəndi Xarkovdan bir qədər aralıda yerləşir. Kənd mart ayında rus əsgərləri tərəfindən işğal edilib. Bir tərəfdən döyüş təyyarələri bombardmanlar edir, digər tərəfdən də əsgərlər kəndlilərə evlərini boşaltmaq üçün bir saat vaxt verirmişlər.
“Onlar bizə “Vilxivka məhv ediləcək” dedilər”, – yaşlı qadın deyib.
Olqa ailəsi və digər kəndlilərlə birgə yola düşüb. Kənd sakinlərinə 8 kilometr aralıda rus ordusuna məxsus yük maşınının onları gözlədiyi bildirilib. Lakin yük maşını onları daha da uzağa aparıb…
MİKİTA İNDİ HARADADIR?

Oğlu və nəvəsi onlara çatmadığı üçün Olqanın gəlini geri qayıdıb. Olqa isə mindiyi avtobusun pəncərəsindən rus əsgərlərinin sarğılı iki gənci itələdiyini görüb.
Ruslar digər sərnişinlərin gözü qarşısında yaralı Ukrayna əsgərləri olan iki gənci qanlar içində qalana qədər döyüblər. Sonra yaxın məsafədən onların başına atəş açaraq öldürüblər.
"Cəsədləri meşəyə atıb getdilər. Gözlərimi yumub ağlamağa başladım" - yaşlı qadın deyib.
O gündən bəri heç kim Mikitanı görməyib. Gəlini ilə birlikdə Rusiyaya təxliyə edilən Olqa pansionata yerləşdirilib. İyul ayında evə qayıdan qadın sağ qalan ərinə qovuşub. Lakin oğlu və gəlini Mikitanı axtarmaq üçün Rusiyada qalıb.
Onlar Mikita ilə telefonla belə danışa bilmədiklərini, uşağın cinayət məsuliyyətinə cəlb edilib-edilmədiyi barədə zərrə qədər fikirlərinin olmadığını bildiriblər.
RUSİYA İTTİHAMLARI RƏDD EDİR
Rusiya tərəfindən verilən bəyanatlarda ukraynalı mülki şəxslərin işgəncələrə məruz qaldığı və ya öldürüldüyü qəti şəkildə təkzib edilir. Rusiya hakimiyyəti bildirir ki, onlar yalnız hərbi hədəflərə hücum edirlər. Rusiyanın saxladığı mülki şəxslərin əksəriyyəti ya keçmişdə, ya da hazırda hərbi xidmətdə olan kişilərdir.
İnsan haqları rəsmiləri isə bildirirlər ki, işğal olunmuş ərazilərdə fəallar, yerli idarəçilər və jurnalistlər, xüsusən də liderlik qabiliyyəti olan mülki şəxslər saxlanır.
VASİLİ NECƏ TUTULUB?

Arvadına və qonşu qadına evə getməyi tapşıran Vasilinin əlləri yapışqan lentlə bağlanıb. Əsgərlərin Vasilini avtobusa itələdiyi anlarda bir qrup maskalı şəxs yaxınlıqdakı evə soxularaq dörd nəfəri silah gücü ilə yerə yıxıb, həmin adamları da həbs edib, Vasili ilə eyni avtobusa mindiriblər.
Həmin dörd kişidən biri 36 yaşlı Vadim olub. Qaynaqçı Vadim həyat yoldaşı və körpə oğlu ilə birlikdə Tsirkuni kəndində yaşayıb. Bacısı Daryanın dediyinə görə, Vadim körpəyə uşaq bezi və süd almaq üçün evdən çıxıb. Darya saxlananların bəzilərinin 2014-cü ildə münaqişə zamanı sərhədçi kimi xidmət göstərdiyini, lakin qardaşının hərbçilərlə heç bir əlaqəsinin olmadığını deyib.
Vasili bildirib ki, məhbuslar kənddə bir evin zirzəmisində saxlanıb. Orada döyülərək dindirilən ukraynalı kişilər daha sonra başqa kəndə aparılıb. Onların sayı təxminən 25 nəfər olub. Üç həftə sonra Vasili 10-12 nəfərlə birlikdə Ukraynanın şimal sərhədindəki təcridxanaya aparılıb.
"Kimin hansı səbəbdən saxlandığını başa düşmək çətindir. Bir yaşlı kişi gətirdilər. Adamın niyə saxlandığı barədə zərrə qədər fikri yox idi. O, əlində qarğıdalı kisəsi ilə velosiped sürərkən tutulmuşdu. Balaca bir uşaq da gətirdilər. Həmin uşaq isə velosipedlə nənəsinin evinə gedəndə saxlanmışdı” - Vasili qeyd edib.
Saxlanan şəxslər bir-bir dindirilib. Dindirilmə zamanı döyülüb, başlarından zərbə alıblar.
Vasili bədəninə elektrik cərəyanın verilməsini belə təsvir edib: "Sanki bütün bədənimə iynə batırırdılar".
O, sözlərinə davam edib: "Gündə bir dəfə yemək-içmək verilirdi. Bəzən iki-üç gün yeməyə heç nə olmurdu. Tualet yox idi, ehtiyacımızı ödəmək üçün şüşə verirdilər. Hamımız maşın təkərində yatırdıq”.
Rusiya Ukraynaya qarşı hücuma başlayanda onun irəli sürdüyü əsas səbəb ölkəni nasist qalıqlarından təmizləmək olub. Sorğu-sual edən əsgərlərin də oxşar ritorikadan ifadə etdiyini deyən Vasili vurğulayıb:
"Bizi nasistlərdən və Ukrayna dövlətindən xilas etməyə gəldiklərini dedilər. Dedilər ki, daha yaxşı bir həyat yaşayacağıq. Onlara bildirdim ki, bu müddət ərzində mən heç bir nasist görməmişəm. Hər şey yaxşı idi. Bu cavabım sorğu-sual edənləri qəzəbləndirdi. Mənə dedilər ki, yalan deyirsən, burada nasistlər var. Qruplar yaradılıb. Hamınızın bədənində tatuaj var…”

Evə basqın zamanı saxlanan Vadim və üç dostu üçüncü həftənin sonunda başqa yerə aparılıb. O vaxtdan bəri onlardan heç kim xəbər tutmayıb.
Vasili elə bilib ki, Vadim azadlığa çıxıb. Lakin o, iyunun sonunda yaşadığı kəndə gedəndə geri qayıdan tək adam olduğunu görüb şoka düşüb.
Vadimin 19 yaşlı bacısı Darya aylardır ki, qardaşını axtarır. Məktublar yazan və internetdəki bütün mənbələri araşdıtan gənc qıza, nəhayət, Ukrayna hökuməti tərəfindən qardaşının rusların əlində olduğu xəbəri verilib. Sonra bir dostu rus Vadimin həbsxanada çəkilmiş şəklini tapıb.
"Düzünü desəm, şəkli görəndə dəli oldum, çünki o adam qardaşımın yarısı boyda idi. Çox arıqlamışdı. Gözünün altı gömgöy idi. Arıqlıqdan sümükləri aydın görünürdü" - Darya deyib.
Darya göz yaşları içində sözlərinə davam edib: "Hal-hazırda heç nə bilmirik. Onunla heç bir əlaqəmiz yoxdur".
Vasilinin bəxti onda gətirib ki, tərkibində olduğu kiçik dəstəni həbsdə saxlayan rus əsgərlərinin komandiri dəyişib. Bu dəyişiklikdən sonra saxlananlar dərhal sərbəst buraxılıb.
Münaqişələrə görə Rusiyaya köçmək məcburiyyətində qalan Vasili və digərləri bu dəfə Rusiya kəşfiyyat idarəsi FSB-nin agentləri tərəfindən saxlanıb.
Agentlər ona pul və iş təklif edib, lakin rədd cavabı alıblar.
Evə qayıtmağa çalışan Vasili dostundan aldığı pul hesabına yeni sənədlər hazırlayıb. Bu sənədlərlə Rusiyadan Baltikyanı ölkələrə, oradan Polşaya gedib. Nəhayət, sonda Ukraynaya qayıtmağa müvəffəq olub.
Nigar Cəfərli,
Musavat.com
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Prezident sakinlərlə görüşdü, Zangilan City Park Hotelin təməlini qoydu (YENİLƏNİB)
10 may 2026 13:46
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
9 may 2026 18:45
- Bu gün işdən 1 saat tez çıxacağıq - 9, 10, 11 may tarixləri istirahət günləridir.
8 may 2026 10:46
- Kurbanovlar =klanının= yeni qurbanları: Leyla Medical Center və… — Cinayətkar şəbəkənin ən fəalı haqqında yazdıqlarımızın doğruluğu rəsmən təsdiqləndi
6 may 2026 15:30
- Prezident yeni rektor təyin etdi
5 may 2026 17:18
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 2026 16:27
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
3 may 2026 13:17
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
