Toya termosda konyak aparan, səhnədə güllələnən Xalq artisti
Avqustun 28-i muğam ustası, yanıqlı ifaları ilə yadda qalan, sovet dönəmində belə səsində Cənubi Azərbaycan həsrətini yaşadan Xalq artisti Rübabə Muradovanın anım günüdür.
Lent.az “Bir ulduz axdı” layihəsi çərçivəsində bu dəfə onun ömür yoluna nəzər salacaq.
O yanıqlı səsdə yarım qalmış sevgilərin harayı var idi. Rübabə oxumurdu, öz təzadlı taleyinə, axtarıb tapa bilmədiyi qadın səadətinə ağı deyirdi. Həm ağlayırdı, həm də ağladırdı. O, “içi özünü, çölü özgələrini” yandıran qadın idi.
Ömrü boyu haqqında minlərlə şaiyələr gəzdi, dolandı, əksəriyyəti də xoş deyildi. Adətən Sovet dönəmində məşhur simaların şəxsi həyatı qaranlıq qalardı, onun haqqında isə həddən çox danışılırdı. Onu yıxmaq, ayaqları altında quyu qazmaq istəyən yaxın ətrafının qısqanclığı, paxıllığı ilə yayılırdı bu söhbətlər. Amma o, yenə sevilirdi, yandıqca dirilirdi, Zümrüd quşu kimi.
Taleyində nənəsinin bir kəhanəti yaman bəd rol oynamışdı. 7-8 yaşları olanda ailəsi ilə birlikdə Ərdəbil dağlarında istirahət edərkən ilk dəfə gördüyü bir çiçəyi dərib saçlarına taxmışdı. Nənəsi qızın saçlarındakı çiçəyi görüb vaysınmışdı. İnanca görə, 25 ildə bir dəfə açan bu çiçəyi kim qoparsa, əlləri yara tökər, bəxti, taleyi kəm gələrmiş. Rübabənin o yay əlləri yara tökəndə gələcəyinə dair içini bir qorxu sarır. Təəssüf ki, 10 il sonra qorxuları çin olur.
Həyatında nələr olmadı, anadan olduğu Ərdəbili məcburi tərk etdi, ilk övladını əlindən aldılar, səhnədə olarkən əri tərəfindən atəşə məruz qaldı, ona görə baldızı döyüldü, özünü yandırdı, içkiyə və siqaretə qurşandı.
Rübabə İşraqi Muradova 1933-cü il martın 21-də Ərdəbildə molla ailəsində doğulmuşdu. 5 bacısı, iki qardaşı var idi. 1946-cı ildə atası siyasi mühacir kimi həbs olunur. Həbsdə olan atası zindan rəisi işləyən Xəlil Ağadan ailəsini İrandan çıxarmağı xahiş edir. Özü isə zindanda döyülərək öldürülür. Lakin Rübabə bunu çox sonralar öyrənəcəkdi.
Onlar əvvəlcə Astaraya sonra, Salyana yerləşirlər. Onunla bərabər Arazı keçən Xəlil Ağa 16 yaşına çatmış Rübabə ilə evlənir. Evlənəndən sonra Xəlil Ağa təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova ondan icazəsiz həmkarı Qulu Əsgərovla səhnəyə çıxır və bu onun ailəsinin dağılmasına səbəb olur.
Müğənni seçim edir, azyaşlı qızını da götürüb ərindən ayrılaraq Bakıya köçür. Çünki bir müddət öncə tanınmış aktyor Ələsgər Ələkbərov onu təsadüfən Sabirabad teatrında görmüş və Bakıya Filarmoniyada işləməyə dəvət etmişdi.
Müğənni Bakıda çox tez şöhrət tapır. Səhnələrə çıxır. Keçmiş əri ondan əl çəkməyərək səhnədə ona atəş açır. Xoşbəxtlikdən Rübabə yaralanmır. Rübabə ərindən şikayət edir, Xəlil Ağa həbs olunur, Rübabə xanımın qızı Qəməri əlindən alıb Moskvaya beynəlxalq internata göndərirlər. Sonralar müğənni qızını internatdan geri ala bilir. Qəmər böyüyüncə anasının yox, babasının yolunu gedir, Bakı məclislərində mollalıq etməyə başlayır. Bu ailədə hamının yanğılı səsi var idi. Qəmər səsiylə yas məclislərindən qazanc götürürdü. Əsl adı Qəmərmülk olan bu xanım 2022-ci ilin mart ayında vəfat edib. Hadisələri qabaqlayaraq qeyd edim ki, Rübabə xanımın ikinci qızı da 2021-ci ildə həyatla vidalaşıb.
Rübabə xanım işləyə-işləyə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alır. Müəllimi Seyid Şuşinski və tarzən Əhsən Dadaşovla sevgi münasibətləri yaşaması barədə söz-söhbətlər bu dövrdə yayılır.
Rübabə Muradova İçəri şəhərdə kirayədə qalırdı. Bir gün qonşu qızı onunla birlikdə konsertə gedir. Konsertə getdiyinə görə, qonşu qız qardaşı tacir Tələt tərəfindən möhkəm döyülür. Qız acığa düşüb özünü yandırır. Tələt Rübabənin səsinə görə döyülməyi, yanmağı gözə almış bacısının hərəkətinə təəccüblənir və Rübabənin necə oxuduğunu görmək üçün özü də onun konsertinə gedir. Və Rübabəyə aşiq olur. Rübabə Muradova ikinci dəfə tacir Tələtlə ailə qurur, bu nikahdan Şahnaz dünyaya gəlir. Bu evliliyin də parçalanmasına sənəti səbəb olur. Çox qısqanc adam olan Tələt də Rübabədən sənətdən ayrılmasını tələb edir və müğənni yenə sənətini seçir. Rübabə xanım iki balasını da götürüb dövlət tərəfindən ona verilən evə köçür və bir daha evlənmir.
Ərdəbildə ilk məhəbbətini qoyub gəlmişdi. Deyilənə gör, ikinci ərindən ayrıldıqdan sonra 15 il ilk məhəbbəti olmuş həmin insanla birlikdə yaşayıb, amma münasibətlərini rəsmiləşdirməyiblər. Bunun nə dərəcədə yalan və ya gerçək olmasını kimsə dəqiq bilmir. Hər kəs Rübabənin gözlərindəki işığı görüb, onun ilk sevgisinə qovuşduğunu zənn edib. Bu sevgi əfsanəsinin gizli qəhrəmanı, bu hekayənin necə bitməsi barədə isə məlumat yoxdur.
Gözəl qadın idi, elə ona görə də adı çox tez- tez sevgi hekayələrinin içində hallanırdı. Adını yoldaş qoyan sənətçilərdən bəziləri utanmadan onun pozğun həyat tərzi keçirdiyini, hətta qumar məclislərində oturduğunu dilə gətirirdilər. Onun haqqında şaiyələri məhz sənətkar ola bilməyib kölgəsini qılınclayanlar yayırdılar. Rübabə isə cavab verməkdən çox uzaq idi.
Bir neçə il əvvəl Bakı küçələrində dilənən 55 yaşlı Nailə Muradova adlı qadın Rübabə Muradova və Süleyman Rüstəmin nikahdan kənar doğulan qızı olduğunu söyləməklə gündəmə bomba kimi düşmüşdü. Süleyman Rüstəm və Rübabə xanım sovet dövlətinin ən güclü vaxtlarında Cənubi Azərbaycan həsrətini açıq-açıq dilə gətirə bilən iki tanınmış sima idi. Yəqin elə buna görə adları qoşa çəkilmişdi. Rübabə xanımın ailəsi Nailə Muradovanın psixi xəstə olduğunu, yalan danışdığını deyərək xəbəri təkzib etmişdi.
Deyilənə görə o, Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında tərəf müqabili olmuş, Məcnun rolunu ifa edən Qulu Əsgərova da aşiq olubmuş. Hərçənd, səhnəmizin digər Məcnunu Canəli Əkbərov da Rübabəni Leyli obrazında sevmiş, vurğununa çevrilmişdi.
“Altı Leylim olub, amma nə gizlədim, Rübabənin həqiqi Məcnunu olmuşam. Rübabənin səsi məni öldürüb-dirildirdi”, - deyə o, müsahibələrindən birində demişdi.
Rübabə xanımı toylara dəvət edərdilər, o da sevə- sevə gedərdi. Yüksək vəzifəli şəxslər onu məmnuniyyətlə dəvət edərdilər. Müğənni heç vaxt toy qiyməti danışmazmış. Verilən hədiyyələr danışdığı toy qiymətindən iki-üç dəfə çox olardı və o, qazancını öz kasıb sürücüsüylə də paylaşarmış.
Ona “xala”, “bibi” kimi müraciət olunanda acığı gəlirmiş. Elə bir varı, dövləti yox idi. İçkiyə və siqaretə çox pul xərcləyərmiş. Deyilənə görə, özü ilə toylara termosda konyak apararmış. Elə bu da onda qara ciyər sirrozunun yaranmasına səbəb olub. Şəkər xəstəliyi də bir yandan onu şam kimi əritmişdi. Uzun müddətli xəstəlikdən sonra arıqlayıb, tanınmaz hala düşmüşdü.
Rübabə Muradovanın ölümündən 2 gün əvvəl qeydə alınan lent yazısı Qızıl Fondda saxlanılır. Onun barəsində həkimlərin ümidsiz danışdığını eşidən Əlibaba Məmmədov bu barədə televiziyada məlumat verir və Rübabə xanımın ifasında bir mahnı lentə alınır. Çox arıqlamış və əldən düşmüş müğənni mahnısını oturaraq ifa edir. Bu hadisədən 2 gün sonra o, həyatla vidalaşır. Rübabə xanım 1983-cü ilin avqustun 28-də 50 yaşında dünyasını dəyişir.
Onun vəfatına çox həmkarları sevinir, bir çoxu onun yas mərasiminə gəlmir. Niyə gələydilər ki, sağlığında işləri-gücləri onun haqqında yuxarılara “danos” yazmaq olmuşdu. Hətta bir dəfə yazmışdılar ki, o, Leyli obrazını oynayarkən səhnəyə sərxoş vəziyyətdə çıxıb, tamaşaçıları söyüb. Pərdə dərhal bağlanıb, tamaşa yarımçıq saxlanılıb.
1953-cü ildə Filarmoniyada ilk mahnısını oxuyan Rübabə, üç ildən sonra “Əməkdar artist”, 18 il sonra (38 yaşında) “Xalq artisti” adını almışdı. Belə uğur hər kəsə müyəssər olmurdu. Ona görə paxıllığını çəkənlər çox idi.
Rübabə Muradova ömrünün sonuna qədər Opera və Balet Teatrında məşqçi-pedaqoq vəzifəsində çalışdı.
Şəhriyarın “Heydər Babaya salam” şeiri üstə yazılmış o məşhur mahnı Rübabənin avazında bir başqa cür gözəl idi. Nisgilini oxumuşdu. O mahnıya, mahnı da sənətkara ömür verdi.
Tək arzusu öləndə məzarının üstünə Ərdəbil torpağının tökülməsiydi. Sonralar yollar açılanda qızı Ərdəbildəki ata yurdundan onun məzarına torpaq gətirib tökmüşdü. Görəsən, yanan ürəyinin təşnəsi sönmüşdümü, dərdi özünü, sənəti özgələrini yandıran qadının?
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Vaqif Səmədoğlunun xanımı: Mən istəmədim ki, övladımız olsun
28 yanvar 2026 13:01
- Gürcüstan təcrid olunur – Sabiq baş nazir Bakını və İrəvanı təbrik etdi, hakimiyyəti isə...
25 yanvar 2026 20:19
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
