Tatu ustası: “Partnyorunu dəli etmək istəyən qızlar gəlib bikini..."
Bu gün cəmiyyətdə geniş marağa səbəb olan və artıq gözlərin öyrəşdiyi bir ənənədən danışacağıq. Tarixi qədim olan döymə ənənəsi. Əslində bu bir qədər dəyişikliklərə uğrayaraq günümüzə gəlib çatıb, lakin bütün hallarda özündə müəyyən simvolizasiya ehtiva edir. Qədim yunanlılar və romalılar tatunu günahkarlar və kölələrə edirmişlər. Hər döymənin özünəməxsud anlamı, mistik mənası olub. Hətta bu müəyyən dövrlərdə gizli, qorunmalı olan məxfi məlumatların daşınması kimi də istifadə edilib.
Lakin bu gün döymə incəsənətin bir növünə çevrilib. Tək fərq rəsmlər kətan üzərində deyil, canlı insan dərisi üzərində vəsf elənir.
Azərbaycanda tatulara münasibət hər zaman fərqli olub, bu gün də elədir. Lakin əvvəlki dövrlərlə müqayisədə bu gün qınaqlar nisbətən azalıb.
Elə paytaxtda gənc nəslin tatu üçün müraciət etdiyi tatu ustası Yana Yubimenkoda deyir ki, tatu insanın cəsarətli çıxışı, özünüifadə formasıdır.
Oxu.Az tatu ustası Yana Yubimenko ilə müsahibəni təqdim edir:
Artıq 7 ildən çoxdur bu işlə məşğul olan Y.Yubimenko ailəlidir, iki övladı var. Bakıda 3 ildir fəaliyyət göstərən tatu studiyası var. Tatuya tələbatın artdığını söyləyən Y. Yubimenka havaların isinməsi ilə yanaşı, Bakıya gələn turistlərin də tatuya maraq göstərdiyini söyləyir.
- Necə düşünürsüz, azərbaycanlılar tatunu sevirmi?
- Bir müddət öncə bunu deyə bilməzdim, amma bu gün bəli,sevirlər. Nəinki gənclər hətta orta yaşlı insanlar da tatu üçün müraciət edir. Əvvəllər qınaq çox olurdu, lakin bu mərhələli şəkildə aradan qalxdı. Bu gün çox insan həmin qınaqlara fikir vermir, istəyirlərsə, dəqiq qərar verib tatu etdirirlər. Həm də bu gün cəmiyyət artıq döyməli insanlar görməyə öyrəşib.
- Bu gün hansı tatular -rəsmlər yoxsa yazılar dəbdədir?
- Yazılar hər zaman dəbdə olur. Rəsmlər istəyən də olur, lakin imzalar və yazılardan ibarət tatular liderlik edir. İnsanların çoxu mentalitet səbəbindən çox kiçik, minimalist tatulara üstünlük verir. Nadir hallarda kimsə böyük həcmli tatular istəyir, hansı ki, bədənin bir bütün qolunu, ayağını, kürək nahiyyəsini əhatə etsin.
- Qadınlar ya kişilər daha çox tatuya maraq göstərir?
- Bu çox maraqlıdır. Mənə müraciət edənlərin 60 faizi qızlardır, 40 faizi bəylər. Sadəcə qızlara qız usta ilə işləmək daha rahatdır deyə, müaciət edirlər. Həm də mentalitet də burada öz sözünü deyir. Çünki kişilər əslində bədənində tatu olan qızları bəyənirlər, amma həyat yoldaşlarının kişi ustaların yanına getməyə izn vermirlər.
- Ən çox bədənin hansı nahiyyələrinə tatu istəyirlər?
- Gənclər daha çox bədənin daha çox göz önündə olan nahiyyələrinə - qollar, ayaqlar, əllərin üstünə tatu döydürmək. Qızlar daha çox görünməyən nahiyyələrinə-qabırğalara, sinənin altı, kürək nahiyyəsinə tatu döydürür. Daha çox özlərinə xoş olsun deyə. Yəni, bu seçimlər fərqlidir, kimi ətraf görsün istəyir, kimisi isə sadəcə əri və ya partnyoru üçün elətdirir.
Qapalı yerlərə tatu etdirənlərin böyük əksəriyyəti ya vacib tarixləri, ya həyatlarınən hər hansı önəmli, mənalı hadisələrini, ya da sevdiklərinin adlarını döydürürlər.
- Həyat yoldaşı üçün dediniz, maraqlı gəldi. İntim nahiyyələrə tatu döydürmək istəyənlər olurmu?
- Əlbəttə olur, amma xanımları qəbul edirəm. Bilirsiz bu cür istəklə gələn kişilərə prosedur etmirəm, çünki anlamaq olmur ki, onlar nə məqsədlə gəlir. Təəssüf ki, reallıq fərqli ola bilir. Amma xanımları qəbul edirəm, bikini nahiyyəsinə də tatu etdirən olur. Çox deyil, amma partnyorlarını, ərlərini dəli etmək istəyən qadınlar da az deyil.
- Tatuda daha çox hansı simvollardan istifadə edilir?
- Daha çox qədimi simvollara üstünlük verilir. Bura Skandinaviya, Buddizm simvolları, eləcə də Kelt simvolları aiddir. Dini simvollar istisna olmaqla, digər simvollardan istənilən formada gözəl əsərlər yaratmaq olar. Dini simvollarla bir qədər ehtiyatlı davranmaqda fayda var.
- İnsanlar çox kapriz edirmi yoxsa nəticə onları qane edir?
- Deməzdim ki müraciət edənlər arasında kaprizli müştərilərim olub. Daha rahatdırlar, çünki müraciət edənlər əvvəlcə tatu ustasının əl işləri ilə tanış olur, araşdırır, onun işində peşəkarlığını öyrənir. Bu kimi araşdırmalardan sonra qərar verən şəxs artıq kapriz edəcək bir məqam tapa bilmir. Əsas odur ki etibar etdiyin peşəkar usta ilə çalışasan.
- Sizin özünüzdə də tatular var. Sayını unutmamısızsa, nə qədərdir?
-Düzünü desəm, tam yadımda qalmayıb. Amma təxminən 15-dən çox tatu var. Amma mənim bədənimdəki tatular kiçik deyil, böyük layihələrdir. Onları sanki bir-iki ayrı tatu hesab etmək olsa da, əslində bir layihə kimi qəbul etmək lazımdır.
- Öz-özünüzə tatu vurmusuz yoxsa başqa ustalar işləyib?
- Mənim də dostlarım arasında peşəkar tatu ustaları var. Əl işlərinə etibar etdiyim dostlarıma həvalə edirəm.
- Yeddi il ərzində müəllifi olduğunuz ən bahalı tatu nə olub və qiyməti?
- Prinsipcə, böyük layihələrin hər biri bahalıdır. Bütün kürək, ayaq, qol üzərində işlənilən əsərlər bahalıdır. Bu bir seansa deyil, bir neçə seansa tamamlanır. Mənim üçün konkret bahalı və ya kreativ tatu deyə bir işim yoxdur. Hər bir tatu öz sahibinə dəyərlidir.
Mənim tələbədən tutmuş, səhnə adamlarına eləcə də məmurlara qədər müştərilərim olub. Tanınmış şəxslər arasında da mənim əl işim olan tatuların daşıyıcıları var. Çalışıram münasibətləri və eləcə də qiymətləri daha münasib saxlayım ki, hər kəs müraciət edə bilsin. Hətta deyərdim ki, mənim təklif etdiyim qiymətlər digər tatu ustalarında çox daha şişirdilmiş qiymətlərədir. Mən bunu düzgün hesab etmirəm.
- Qiymətlərdən söz düşmüşkən, dediyiniz ortalama və hər kəs üçün əlçatan olan qiymətlər hansı aralıqda dəyişir?
- Minimum və maksimum qiymətlərimiz 70-2000 manat arasında dəyişir. Bu tatunun növündən, çətinliyindən, xırda detalların çoxluğundan asılıdır. Bütün bədən üçün tatu istəyənlər gərək yaxşı pul qazansın. Çünki, həcmindən, xırda detallardan asılı olaraq 30 minə qədər vəsait lazımdır.
- Bir tatunun üzərinə silmək, üstünü örtmək məqsədilə neçə dəfə tatu döydürmək olar?
- Əsasən bir tatunun üzərinə iki dəfəyə qədər tatu döydürmək oar, amma məsləhətdir ki, ehtiyac olmadıqca edilməsin. Buna görə də tatu ilə bağlı qərar verərkən çox düşünmək lazımdır. Tatunu silmək də mümkündür, lazer vasitəsilə bu proses həyata keçirilir.
- Bu dərinin teksturasına görə dəyişir? Ümumiyyətlə bədənin dərisinə ziyandırmı?
- Yox, deməzdim ki, ziyandır. Lakin dərinin teksturası və dərinin keyfiyyətinə görə dəyişir. Allergik reaksiya da ola bilər. Amma belə dəriyə ziyan deyil.
- Gözün içərisinə necə tatu etmək olar?
- Məncə buna gərək yoxdur, lakin edən tatu ustaları var. Mən etmirəm, tövsiyə də etmirəm. Bizim bir yoldaş var, o gözünün ağına göy rəngdə tatu döydürmüşdü. Amma digər nahiyyələrə edilən tatudan fərqli olaraq gözün içərisinə edilən tatu silinmir.
Ümumiyyətlə mənə müraciət edənlər üzə, qaşa, boyun və boğaz nahiyyəsinə, biləyinə tatu döydürmək istəyəndə mən onlara tövsiyə etmirəm. Çünki bu həyat tərzinə çevrilməlidir. İlk tatu görünməyən nahiyyədə olmalıdır və insan bununla yaşamağı, cəmiyyətin buna qınağı ilə barışmağı öyrənmək lazımdır. Artıq sonra istəsələr göz önündə olan “underground” tatulara risk etsinlər.
- Pandemiya dövründə necə, fəaliyyətinizdə durğunluq yaşandımı?
- Demək olar ki, studiyanın açılışı elə pandemiya ərəfəsinə təsadüf etdi. Bu səbəbdən də kifayət qədər çətinlik oldu. Hətta az qaldı ki, studiyanı bağlayaq. Amma müştərilərimiz sağ olsun, bizi tək qoymadılar. Çətinlikləri geridə qoyduq.
- Bəs hər kəs tatu döyə bilər?
- Tatu döyə bilmək üçün mütləq qaydada sizin rəssamlıq qabiliyyətiniz olmalıdır. Steril olmaq önəmlidir. İstedadın olmasa nə eskiz hazırlaya bilərsən, nə də yaxşı heç nə hazırlaya bilməzsən. Ancaq internetdən standart fotolar çap edib, onların çərçivələrini doldura bilərsən. Tatu işi isə özü ayrı bir aləmdir, incəsənətdir.
- Bütün bədənə tatu etdirmək istəyənlər necə, çoxdurmu?
- Gənclər var ki, müraciət edirlər. Amma 18 yaşı tamam olmayanları qəbul etmirik. Bir tatu üçün ən aşağısı 1 saat vaxt lazımdır. Mən ümid edirəm ki, bir gün bir müştəri gələcək və al bu 30 mini və bütün bədənimə tatu döy deyəcək (gülür). Bu həm gəlirli, həm də çox kreativ iş olacaq. Ümumiyyətlə tatu aludəçilik yaradan işdir. İlk addımı atdıqdan sonra ardı gələcək. Bəzən bunu narkotiklə də müqayisə edirlər.
- Tatunun baxımı çətindirmi?
- Elə də çətin deyil, həmin gün tatu döyülən yerə su dəyməməlidir. Onun özünün kremi var, bitdikdən sonra vurulur və üzəri “streç”lənir. Müəyyən müddət dənizə getmək, gün şüası və idman etmək olmaz. Qeyri-adi xüsusi bir qulluq tələb edilmir. İlk növbədə əgər tatu ustası peşəkardısa, o, işinin gigiyenik tərəfinə diqqət yetirməlidir. Daha sonra isə bu təmizliyi döymə sahibi davam etdirməlidir. İnsanlar tatu etdirərkən pis xəstəliklərə yoluxmaq istəmirlərsə, təmizliyə diqqət yetirməlidirlər.
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 2026 10:21
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 2026 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 2026 11:05
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 2026 11:03
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
