“Ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə uzaqgörənlik edirdi?”
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə ekspertiza rəyləri elan edilib.
Ekspert rəylərindən birində yazılıb ki, müstəntiqin təqdim etdiyi paltar və ayaqqabıdan İlkin Süleymanovun gödəkçəsinin lifləri tapılıb. Həmçinin İlkin Süleymanovun alt paltarından Nərminə aid jaketin lifi tapılıb. Vəkillər buna etiraz edib və rəyin saxtalaşdırıldığını bildiriblər: “Müstəntiqin ekspertizaya təqdim etdiyi paltarlar nə meyitin şəkillərində var, nə üzərindən götürülən paltarların siyahısında, nə də İlkin Süleymanovgilin evindən götürülən əşya və paltarların arasında. Əgər bu paltarlar bir-birinə toxunubsa, deməli, hər ikisinin üzərində bir-birinin lifləri olmalıdır, niyə yoxdur? İsti alt paltarının İlkin saxlanılandan sonra alındığını, polis şöbəsinə təhvil verildiyini məhkəmədə dindirilən şahid ifadələri də göstərdi. Belə görünür ki, paltarları bir-birinə sürtüblər, onunla da iş bitib”.
Vəkil Əlibaba Rzayev meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə də gətirilməsini istəyib: “Meyitin üstündəki qırmızı köynək başqadır, ekspertizaya təqdim olunan başqa. Şəkillərdən də fərq görünür. Biri tam bağlıdır, birinin isə ön hissəsi açıqdır”.
Cinayət işinin materialları elan ediləndə məlum olub ki, rəy vermiş ekspert gəlib müstəntiqlə birlikdə İlkin Süleymanovun dindirməsini aparıb. Vəkilləri ekspertin İlkini dindirməsini qanunsuz hesab edib.
Cinayət işinin materiallarına əsasən, İlkingilin evindən içində neft məhsulu saxlanılan plastik qab götürülüb. İddia olunur ki, meyit həmin qabdakı neft məhsulu vasitəsilə yandırılıb.
“İş materiallarında ərazidə neftin yayılma radiusu var. Baxın görün ki, o qabdakı miqdarla o radiusda yayıla bilərdimi?”, - vəkil qeyd edib.
Vəkil Zabil Qəhrəmanov isə bildirib ki, İlkin Süleymanov həbs olunandan iki həftə sonra onun barəsində həbs qətimkan tədbirilə bağlı apelyasiya şikayətinə baxılarkən hakimlərə üzərindəki xəsarətləri göstərib. Deyib ki, işgəncəyə görə bu işi üzərinə götürməli olub: “Bu məsələ məhkəmənin qərarında da əksini tapıb. Bundan sonra prokurorluqda bu işi aparan müstəntiq Nadir Mirzəyev İlkin Süleymanovun saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova sorğu göndərib. Təcridxanada saxlanılan şəxslər ilk dəfə ora gətiriləndə həkim müayinəsindən keçirilir, üzərində xəsarət olub-olmadığı qeyd olunur. Müstəntiq də təcridxana rəisindən həmin sənədi istəyib ki, İlkin Süleymanov ora daxil olanda üzərində xəsarət vardı, yoxsa yox. Rəis Elnur İsmayılov isə ona cavab yazıb ki, Süleymanov təcridxanaya gəlməmişdən əvvəl keçirilmiş ekspertizanın rəyini ona göndərsinlər. Həmin rəyi görəndən sonra o da cavab yazacaq. İstintaq təcridxanasının rəisinin prokurorluğa göndərdiyi bu cavab biabırçılıqdır. Deməli, İlkin Süleymanovun üstündə xəsarətlər olub, gizlədiblər. Rəis fikirləşib ki, ekspertizanın rəyinə baxsın, orada necədirsə, bu da ona uyğun sənəd hazırlayıb göndərsin. Bu nə deməkdir? Bunun özü İlkinin işgəncəyə məruz qalmasının sübutudur”.
Vəkil qeyd edib ki, meyitdən götürülmüş dişlər və qan nümunəsi ilə bağlı ekspertiza aqibəti naməlum qalıb. Bundan başqa, ekspertizanın rəyi məlum olmamış ovaxtkı Baş prokuror Ombudsmana və başqa aidiyyəti orqanlara məktubunda yazıb ki, Süleymanovların evindən Nərminə məxsus qan tapılıb: “Hələ ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə uzaqgörənlik edirdi? İkincisi, ekspertiza rəy verdi ki, daşın üstündən tapılan qan ləkəsi Nərminə aid deyil. Yalnız darvazanın yanında divardakı xırda ləkənin Nərminin qan qrupu ilə eynilik təşkil etdiyi yazılıb. Yəni ikinci qrupdur. Halbuki o evdəki nəvələr və gəlinlərdən 6 nəfərin qan qrupu ikinci qrupdur”.
İlkingilin evindən götürülmüş saç tükü ilə bağlı ekspertizada isə onların Nərminə aid olmadığı aydınlaşıb.
Məhkəmə növbəti həftə davam etdiriləcək.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
