Yardımlıda məktəb direktoru baldızını zorla özünə arvad etmək istəyr...
Yardımlı rayonunun Arvana kənd orta məktəbinin direktorunun öz həyat yoldaşının bacısını kəbin kəsdirməyə məcbur etməsi, onu təhdid etməsi ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, həmin şəxs qadını boğaraq zorla arvadı olmağa məcbur edib. Qadın isə öz uşağı ilə birlikdə qaçaraq sözügedən birliyin sığınacağına yerləşib: “Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap-sağlam olan bacısının mövcud ərinin onu evlənməyə məcbur etməsi, ailəsinin – ata və qardaşının bu izdivacda həmin "ərə" yardım etməsidir. Həmin şəxs qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq zorla onda ərdə olmasını tələb edib. Orta əsr qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur”.
M. Zeynalova həmçinin qeyd edib ki, Yardımlı Rayon Polis əməkdaşı zəng edərək sığınacağın ünvanını, qadının orada olub-olmamasını öyrənib və ailəyə kömək edərək onları sığınacağa gətirib: “Xəbərdarlıq etdim ki, yeri qətiyyən onlara bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisi yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırsa da, cavabında həmin şəxs “adam axtarışa verilib, gətirməliydim” deyib. Qardaş polisin yanında hədə-qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb”.
M. Zeynalova bildirib ki, həmçinin qadının və uşağın sənədlərini ailəsi girov kimi saxlayıb və özünə verməkdən imtina edir.
Sadalanan ittihamlarla bağlı Arvana kənd orta məktəbinin direktoru Kamran İsayevlə əlaqə saxladıq. O, sözügedən ittihamların doğru olmadığını bildirdi: “Hamısı şərdir, böhtandır, mən o barədə danışmaq istəmirəm. Kəbin-filan da kəsilməyib. Orada yüz söz yazılıbsa, onun 10-u düzdür, 90-ı yalandır...”
Mehriban Zeynalova isə əlavə edib ki, direktor sığınacağa gəlməsi ilə bağlı məlumatı təkzib edib. Amma o, direktorun sığınacağa gəldiyini əks etdirən görüntüləri paylaşıb:
.jpg)
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə də sorğu ünvanladıq. Nazirliyin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirildi ki, məsələ nəzarətə götürülüb: “Hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır”.
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 2025 03:41
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
24 oktyabr 2025 23:36
- Hər gün mixək çubuğu çeynəyin...
24 oktyabr 2025 11:24
- Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada, o biri ...
24 oktyabr 2025 11:01
- General Mövlam Şıxəliyev HƏBSXANADA KEFDƏDİR, HƏR AY 2O MİN DOLLAR XƏRCLƏYİR
24 oktyabr 2025 00:22
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 2025 13:33
- Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi
23 oktyabr 2025 11:26
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 2025 11:16
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 2025 00:58
- Bakı metrosunda sərnişin öldü
22 oktyabr 2025 21:55
- Qurultayda DAVA düşdü, Fəzail Ağamalı oğlu ilə ƏLBƏYAXA OLDU...
25 oktyabr 16:25
- MEYİT-dən ilk dəfə QARACİYƏR köçürülən Mənzər Şərifova: Yenidən həyata qovuşdum
25 oktyabr 13:11
- Zəfər Günü hamı bulvarda olacaq
25 oktyabr 12:42
- Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...
25 oktyabr 12:19
- İlham Əliyev Tokayevi təbrik etdi
25 oktyabr 12:10
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 03:41
- Prezidentdən Qubadlının azad olunması münasibətilə paylaşım
25 oktyabr 01:55
- Pezeşkian: Neftimiz, qazımız var, amma xalqımız acdır
25 oktyabr 01:39
- Putin İlham Əliyevə zəng etdi
24 oktyabr 23:55
- Keçmiş Prezident həbsxanada BABA oldu
24 oktyabr 23:48
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
24 oktyabr 23:36
- Şahin quşunu qanunsuz ovlayanlar saxlanıldı - Hərəsinə 2 min manat cərimə-Fotolar
24 oktyabr 23:29
- Veteranlara verilən 80 manat artırılacaq?
24 oktyabr 22:42
- Sərdar Səfərova general-mayor rütbəsi və yüksək vəzifə verildi
24 oktyabr 22:05
- İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil... - Zahid Orucdan MÜHÜM ÇIXIŞ
24 oktyabr 12:45
- Parlamentdə Ramiz Mehdiyevlə bağlı ŞOK ÇIXIŞ
24 oktyabr 12:41
- Bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi - Siyahı
24 oktyabr 12:20
- Hər gün mixək çubuğu çeynəyin...
24 oktyabr 11:24
- Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada, o biri ...
24 oktyabr 11:01
- Noyabrda 12 gün iş olmayacaq - Tarixlər
24 oktyabr 01:34
- General Mövlam Şıxəliyev HƏBSXANADA KEFDƏDİR, HƏR AY 2O MİN DOLLAR XƏRCLƏYİR
24 oktyabr 00:22
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 00:04
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
23 oktyabr 22:02
- Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
23 oktyabr 15:37
- Həlak olan daha 1000 əsgərin CƏSƏDİ Ukraynaya qaytarıldı
23 oktyabr 15:09
- İqbal Məmmədovun MİLYONLARLA VERGİ BORCU VAR
23 oktyabr 15:01
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 13:31
- Bir şəklin tarixçəsi: Fəzail Ağamalı Ramiz Mehdiyevin önündə məruzə edir
23 oktyabr 11:41
- Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi
23 oktyabr 11:26
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:16
