8 MİLYONU deputat Ziya Səmədzadə alıb - MTN işi ŞOK
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Mövlam Şıxəliyevə son söz verilib. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin ona qarşı qərəzli mövqedə dayandığını bildirib: “Mənə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham verilib, halbuki həmin maddələr üzrə cəlbetmə müddəti bitib və buna görə də həmin maddələr üzrə ittiham xitam olunmalıdır. 182-ci (hədə qorxu ilə tələb etmə) maddə üzrə saxtadır, mən zərərçəkənlərdən heç birinə hədə-qorxu gəlməmişəm. Onlar sadəcə mənim xahişlərimi hədə-qorxu kimi anlayıblar.
İstintaq Baş İdarəsində çıxarılan hər bir qərar 24 saat ərzində Baş prokurora məruzə olunub. Cinayət işinin başlanması, ittiham aktının təsdiqlənməsi onun səlahiyyətində olub. Mən MTN İstintaq Baş İdarəsinin rəisi olaraq verilən tapşırıqları müstəntiqlərə çatdırmışam və icrasına nəzarət etmişəm. İstintaq Vüsal Ələkbərovun, Yasin Məmmədovun 8 milyon dollar pul alması qənaətinə gəlib. Lakin həmin pulu kimə verdikləri haqda suala cavab verilməyib. 8 milyonu biz yox, Ziyad Səmədzadə alıb. Buna baxmayaraq Ziyad Səmədzadə bu günə qədər dindirilməyib. Bu gün də məlum deyil ki, Ziyad Səmədzadə həmin pulu kimə verib?”

Bundan sonra təqsirləndirilən Yasin Məmmədov son söz deyib. O, ittiham olunduğu cinayətlərlə bağlı sübut bazasının olmadığını bildirib: “MTN-nin dörd bir tərəfi və binanın daxilində hər qarış yer kamera nəzarətindədir. Belə bir halda İbrahim Zeynalovun 8 milyon dolları gizli şəkildə MTN binasına gətirərək mənə verməsi mümkün deyil. 8 milyon Ziyad Səmədzadəyə çatıb. Ziyad Səmədzadə İbrahim Zeynalova 3 milyon dollar kredit almaqda köməklik edib. Mən MTN-in İstintaq Baş İdarəsində heç kim idim. Baş prokuror Zakir Qaralov, onun birinci müavini, İstintaq Baş İdarəsinin rəisi, cənab nazir Eldar Mahmudov olan yerdə mən kim idim ki, qərar verəm? Bu adamların hər biri istintaqa nəzarət edən, gedişatını nəzarətdə saxlayan vəzifəli şəxslər idi. Hər bir qərar Baş Prokurorluqda müzakirə edilirdi, təsdiq olunurdu, razılıq verilirdi, biz də işimizi görürdük. Zərərçəkənlərin maddi durumlarında çətinlikləri var. Gəlin köməkləşək, Əfsəl Həsənəliyevin banka borcunu bağlayaq. Balalarımı yetim, atasız, evsiz-eşksiz qoymayın. Xahiş edirəm ki, barəmdə bəraət hökmü çıxarasınız”.
Digər təqsirləndirilən Sahib Ələkbərov da son sözündə ittihamları qəbul etmədiyini deyib: “Hazırda iş üzrə zərərçəkən statusunda olan şəxslər barəsində məhkəmələrin çıxardığı hökmlər qüvvəsindədir. Belə olan halda onların şikayət etmək haqları yoxdur. Buna baxmayaraq, prokurorluq onların şikayətini qəbul edib. Bu, açıq-aşkar prokurorluğun bizə qarşı qərəzli mövqe tutduğunu göstərir. Mən İstintaq Baş İdarəsində icraçılardan biri olmuşam. Əgər mən məhkum olunaramsa, mənimlə birgə istintaqını apardığım işlər üzrə prokurorlar, hakimlər, məhkəmə tibb ekspertləri də məhkum edilməlidirlər. Belə olan halda məni məhkum etmək qanunsuzdur. Hüquq elmində belə şey yoxdur ki, hökm ləğv edilməmiş həmin hökmün əsaslandığı cinayət işinin istintaqını aparmış müstəntiqə ittiham verilsin. Dünyanın heç bir yerində belə ittiham verilmir. Baş Prokurorluğun İstintaq Başİdarəsi mənə qarşı qərəzli mövqe tutub və süni qaydada ittiham yaratmaqla məhkəməyə yollayıb. Xahiş edirəm ki, mənə bəraət verilsin”.
.jpeg)
Təqsirləndirilən Vüsal Ələkbərov isə daha əvvəl 4 il həbsdə yatdığını, vəziyyətinin ağır olduğunu deyib: “Bütün əziyyətlərim vətənə fəda olsun. Azərbaycan türməsinin divarları mənə doğmadır. Başıma açılan bu oyunların bir səbəbi var, o da, hörmətli Mövlam Şıxəliyevə rahatca ittiham verilməsidir. Özümü günahkar saymıram, barəmdə bəraət hökmü çıxarılmasını istəyirəm”.
Proses sentyabrın 20-də davam etdiriləcək. Həmin prosesdə təqsirləndirilən şəxslər barəsində hökm oxunacağı gözlənilir.
Qeyd edək ki, prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 15 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası verilməsini istəyib.
İttihama görə, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Təbrizə də zərbələr endirildi
28 fevral 2026 16:11
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
