Onun işıqlı xatirəsi qəlbimizdə yaşayacaq
Onun işıqlı xatirəsi qəlbimizdə yaşayacaq
Bu günlərdə Azərbaycan elminə ağır itki üz vermişdir. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biri, elmi fəaliyyətinin böyük hissəsini nizamişünaslığa həsr etmiş görkəmli alim olan professor Xəlil Yusifli vəfat etmişdir. .
O, 1961-ci ildə "Nizaminin lirikası" mövzusunda namizədlik, 1987-ci ildə isə "Nizami Gəncəvi və Şərq intibahı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edərək nizamişünaslığın az öyrənilmiş, mübahisə doğuran və gərgin əmək tələb edən istiqamətlərində araşdırmalar aparmışdır. Professor Xəlil Yusifli Nizaminin əsərlərinin latın qrafikalı nəşrinin tərtibi sahəsində də böyük iş görmüş, nəşrə daxil olan kitabların bir neçəsinə geniş ön söz yazmışdı. O, Nizaminin "Xosrov və Şirin" əsərini fars dilindən ana dilimizə poemanın bəhrini qorumaqla bədii tərcümə etmişdi.
Xəlil Yusiflinin məqalə və kitablarında qabardılan əsas məsələlərdən biri şairin milli mənsubiyyəti ətrafında gedən mübahisələr olmuşdu. Alimin bu mövzuya müraciət etməsinə səbəb Nizamiyə edilən haqsız hücumlar, onun milli mənsubiyyətini hər vəchlə türk kökündən uzaqlaşdırmağa edilən uğursuz cəhdlər olmuşdu. O, "Xosrov və Şirin" əsərinin mənbələrini aydınlaşdırarkən bu mövzuya xüsusilə geniş yer vermişdi. Alim yazırdı: “Nizaminin bu mövzu ilə bağlı bildikləri, tarixi qaynaqlardan öyrəndikləri, Bərdə əlyazması, Bərdə qocalarından əldə edilən bilgilər və s. məqamlar onun bu süjetə müraciət etmək meylini daha da gücləndirmişdi. Mövzunun Fərhadla bağlı məqamlarının Azərbaycanda geniş yayılması da yeni tipli bir əsər yazmağa imkan verirdi. ...Eyni zamanda, görünür ki, Nizami Şirinin bərdəli bir alban türk qızı olduğunu yaxşı bildiyindən, özü də türk olduğundan bu mövzuda əsər yazmağa daha maraqlı idi".
Xəlil Yusiflinin elmi irsində Nizaminin türk millətinə mənsubluğuna qarşı yönələn yazılara verilən cavablar da özünəməxsus yer tutmuşdur. Alimin 2012-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunan "Nizaminin etnik mənsubiyyəti: həqiqət və uydurmalar" adlı məqaləsi də bu əhəmiyyətli işin mühüm tərkib hissəsidir. O, uydurma üsullarla Nizaminin türklüyü haqqında həqiqəti danmağın mümkünsüz olduğunu bir daha sübuta yetirirdi.
Nizaminin etnik mənsubiyyətinin onun əsərlərindən gün kimi aydın olduğunu deyən müəllif Nizaminin türk dilində də əsərlər yazdığı qənaətinə gəlmişdi. Alim Sultan Mahmudun sarayında yaşamış Mənuçöhri Damğaninin şair dostlarından birinə yazdığı bir beyti əsas alaraq Nizaminin müasiri olduğu dövrdə türk-oğuz şeirinin yazıldığını fakt kimi qeyd edir və dövrün mənzərəsini belə təsvir edirdi: "Türk hökmdarlarının saraylarında türkü yazan, yaza bilən şairlər var idi, ancaq onların yaradıcılığına rəvac verilmirdi... Nizami Gəncəvinin də bir Azərbaycan türkü, özünün dediyi kimi, bir "əcəm türkü" olsa da, farsca yazmasının səbəbini burada axtarmaq lazımdır".
Xəlil Yusiflinin son dövr tədqiqatlarından biri də "Nizami Gəncəvi: sələflər və xələflər" adlı monoqrafiyası idi. Burada Nizaminin "İskəndərnamə" poeması ilə Firdovsinin "Şahnamə"sindəki "İskəndər" dastanını müqayisə edən alim Nüşabə əhvalatı üzərində xüsusi dayanaraq böyük Azərbaycan şairinin əsərində ifadə olunan vətənə, yurda olan sevgisi haqqında yazırdı: "... hadisələri uzaq Andalusdan, mənbələrin bağladığı ərazidən Bərdəyə köçürməklə onsuz da vətənpərvər bir şair kimi hərəkət edən Nizami bu epizodun başlanğıcında verdiyi "Bərdənin təsviri" adı ilə məşhur olan lirik parça ilə bir az da qabarıqlaşdırır”.
Alimin fədakar əməyi daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Klassik ədəbi irsimizin görkəmli tədqiqatçısı Əməkdar elm xadimi, "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Ömrünün 85-ci ilinə qədəm qoyan AMEA-nın Gəncə Bölməsi nəzdində Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Xəlil Yusifli bu günlərdə faciəli şəkildə həyatını itirmişdir. Alimin vəfatı ilə əlaqədar olaraq yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyirik. Onun işıqlı xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İNstitunun Nizami Gəncəvi əlyazmalarını tədqiq şöbəsi
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
