“Dedi ki, “Ay İşığı” restoranı bizimdir, ailəni oğurladıb orada saxlayarıq”
Biznezsmen Vüsal Qasımzadə həyatının təhlükədə olduğunu iddia edir.
“Qafqazinfo”ya müraciət edən iş adamı biznes fəaliyyəti ilə əlaqədar olaraq özünü kriminal aləmin üzvü kimi təqdim edən şəxslər tərəfindən hədələndiyini bildirib. O, 2022-ci ilin mayında Xəyal adlı şəxslə tanış olduğunu, armatur alveri etdiklərini və pul üstündə ona qarşı təhdidlər olduğunu qeyd edib: “Xəyal mənə əlində külli miqdarda armatur ve məftil materialları olduğunu bildirdi. Malın hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxsə məxsus olduğunu dedi. Mən qiymətin tez-tez oynadığını, buna görə ondan topdan mal almağın riskli olduğunu izah etdim. Dedi ki, malın qiyməti düşərsə, qiymət fərqi nəzərə alınacaq. Bu razılaşma əsasında Xəyaldan 210 ton armatur, 30 ton məftil aldım. Hissə-hissə olmaqla avqustun əvvəllərinə qədər Xəyala 195 min manat pul verdim.Həmçinin 43 min manat qiymət fərqinə, 9 min manat yük maşınlarına çıxdığını bildirdim.
Bir neçə gün sonra Xəyal məni görüşə çağırıb 177 min manat verməli olduğumu dedi. Bunun səbəbini soruşanda “bizim hesabımız belədir” dedi. Birdən otağa Bilman adlı şəxs və bir neçə adamı daxil oldu. Bilman özünü kriminal avtoritet kimi təqdim etdi. Pulun ona “perevod” olunduğunu deyib məni və ailəmi ölümlə hədələdi. Dedi ki, “Ay İşığı” restoranı bizimdir, ailəni oğurladıb orada saxlayarıq. Bilmanın yanındakı Bəxtiyar adlı şəxs mənə bıçaq çıxardı. Məni döyməyə başladılar, avtomobilimi isə əlimdən aldılar. Mənə bir gün vaxt verib "evini də adımıza keçirməlisən" dedilər. Bilman ona borclu olduğuma dair zorla ərizə yazdırdı”.
Biznesmen iddia edir ki, bir neçə gün sonra Xəyal ona mesaj yazaraq barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət etdiklərini deyib: "Hədə-qorxular barədə “102”yə şikayət etdim. 16-cı bölmədən (Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsini nəzərdə tutur) bir nəfər zəng edib araşdırılacaq dedi. Sonra Bilman zəng eləyib məni hədələdi ki, bizdən şikayət eləmisən? Boş-boş şikayətlər etmə. Mən bununla bağlı həm prokurorluq orqanlarına, həm də yenidən “102”yə məlumat verdim. Xəyal zəng edib dedi ki, məni yenidən döydürəcəklər.
Səhəri gün mənə zəng gəldi, həmin şəxs özünü BMCMİ əməkdaşı kimi təqdim edərək "Bandotdel"ə gəlməyimi istədi.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın müraciəti araşdırılıb: "Müraciətlə əlaqədar olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırma aparılıb. Lakin iddialar təsdiqini tapmayıb. Bundan başqa, Vüsal Qasımlının vətəndaşlara vurduğu külli miqdarda ziyanla bağlı daxili işlər orqanlarına müraciət daxil olub. Həmin müraciətlə bağlı araşdırma aparılır".
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
