Əhəd Abıyevin qohumları QOÇULUQ EDİR ...
Masallı sakini Əhəd Əhədov deyir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qohumları onunla ədavət aparır. Onun sözlərinə görə, əslən Masallıdan olan icra başçısının qohumları həm özünə, həm də qohumlarına müxtəlif formada təzyiq göstərir.
“Birinci qrup əlil oğlumu döyüb, qolunu, qabırğasını sındırdılar”
“Əhəd Abıyevin qohumları bizə yaşamağa imkan vermir…”, – 70 yaşlı şikayətçi Meydan TV-yə belə deyib.
Masallı sakininin sözlərinə görə, Azər və Spartak Nadirov qardaşlarının ona və ailə üzvlərinə qarşı törətdiyi hərəkətlərdə icra başçısından tutmuş, polis rəisinə qədər hamı xəbərdardır. Amma onların qarşısını alan yoxdur.
“Birinci qrup əlil olan oğlum – 1979-cu il təvəllüdlü Emin Əhədovu Azər və Spartak küçədə döyüb, qolunu, qabırğasını sındırıblar. Oğlum 1 ay Travmatologiya İnstitutunda yatdı. Hadisə olan yerdə çoxsaylı kameralar var. 49 gün heç bir iş görmədilər. Müstəntiq dəyişəndən sonra müəyyən qədər iş getdi. Təsəvvür elə, şahidlər təqdim edirdik, baxmırdılar, dindirmirdilər. Düzü, daxili işlər nazirinin qəbulunda olandan sonra irəliləyiş oldu, cinayət işi başlandı. Heç bu işin üstünü açıb, günahkarı cəzalandırmamış oğluma qarşı yenidən cinayət törədildi. Düz evimizin qarşısında onu döyüb burnunu sındırdılar…”.![]()
“Aramızdakı ədavət şəhər sovetinin binasına görə başlayıb”
Əhəd Əhədov iddia edir ki, Nadirov qardaşlarını rayonda vəzifədə çalışanlar arasında himayə edənlər var. Bu üzdən onlar məsuliyyətə cəlb olunmur.
Masallı sakinləri Nadirov qardaşlarıyla aralarındakı ədavətin səbəbindən də danışıb. O bildirib ki, Masallıda vaxtilə şəhər sovetinin binası olmuş tikilinin bu ailəyə verilməsinə etiraz etdiyinə görə ona qarşı kin yaranıb:
“Bunlar bir dəfə o binanı almışdılar. Qəzənfər Ağayev icra başçısı gələndən sonra o binanı qaytardı. Çünki qanunsuz verilmişdi. Şahin Məmmədov icra başçısı gələndən sonra Əmlak Komitəsi vasitəsilə yenidən o binanı aldılar. Əslində, qanunsuzluq eləmişdilər. Çünki dövlətin əmlakı hərracda satıla bilər. Hərrac keçirib-eləmədilər. Mən bu məsələ ilə əlaqədar Prezident Administrasiyasına teleqram göndərmişdim, qanunsuzluğa yol verildiyini demişdim. Ədavət də buradan başlayıb. Bu məsələdə mən haqlıyam, ya yox – məsələ bunda deyil. Vətəndaşı hansısa məsələyə münasibətinə, şikayət yazdığına görə terrora məruz qoymaq nə qanunlara sığır, nə də insanlığa. Bir ildir məni bezdiriblər. Əhəd Abıyevin qohumlarıdır deyə, qarşılarını alan da yoxdur”.
“Böhtan və təhqirə görə cəzalandırılsın!”
Nadirovlar isə Əhəd Əhədovun onlara böhtan atdığını iddia edir. Azər Nadirov onun təhqir və böhtana görə cəzalandırılması üçün 2022-ci ilin iyulunda Masallı Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Amma bir müddət sonra məhkəməyə ərizə göndərib ki, şikayətini geri götürür, iddiasına baxılmasın. Məhkəmə də bunu nəzərə alaraq, avqustun 12-də şikayətin icraata götürülməsindən imtina qərarı çıxarıb.
Bir müddət sonra – sentyabrda o, yenidən eyni eyni məzmunlu iddia ərizəsilə Masallı Rayon Məhkəməsinə şikayət edib, Əhəd Əhədovun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib. Bu dəfə də məhkəmə onun şikayətinə baxmaqdan imtina edib.![]()
Cinayət işləri başlanıb
Polis əməkdaşlarının Masallıda Nadirov qardaşlarının özbaşınalıqlarına göz yumması haqda Əhəd Əhədovun iddialarına Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən cavab verilib. İdarənin rəisi Emil Usubov bildirib ki, Əhəd Əhədovun oğlu Eminin döyülüb xəsarət alması faktına əsasən, Masallı Rayon Polis Şöbəsində 13 iyun 2022-ci ildə Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. 27 avqustda Spartak Nadirov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib:
“Cinayət işi nəzarətə götürülməklə, hazırda şikayətdə göstərilən xüsusatlar və işin digər halları araşdırılmaqla, istintaq aparılır”.
Masallı Rayon Prokurorluğundan bildirilib ki, Emin Əhədovun sonradan bir daha döyülməsilə əlaqədar da ayrıca cinayət işi başlanıb:![]()
“Emin Əhədovun döyülüb, yüngül dərəcəli bədən xəsarəti alması faktına əsasən, Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində 15 sentyabr 2022-ci ildə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanmaqla, istintaq aparılır”. //meydan.tv//
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
2 aprel 2026 20:09
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 2026 20:27
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 2026 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
