- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
Mövlanə ilə Şəms Təbrizinin qarşılaşdığı tarixi yer... - Fotolar
Bura ziyarətçilərə Türkiyənin digər bölgələri kimi zəngin təbiət və gözəl mənzərələr vəd etmir. Yaşıllıqların azlığı hələ təyyarə şəhərin səmasına yaxınlaşanda hiss olunur. Amma bura ayaq basan hər kəs ilahi ruhun, zəngin tarixin, fəlsəfənin, əsrlərdir davam edən mədəniyyət ənənələrinin sehrinə düşür. Söhbət ərazisinə görə Türkiyənin ən böyük vilayəti, Mövlanənin şəhəri Konyadan gedir.
“Qafqazinfo” xəbər verir ki, sentyabr ayı şəhər üçün həm də ənənəvi musiqi festivalı ilə xarakterikdir. Konyada yaşamış böyük təsəvvüf şairi, filosof Mövlanə Cəlaləddin Ruminin 815-ci doğum ili şərəfinə düzənlənən Konya Mistik Musiqi Festivalında 19 ildir ki, dünyanın onlarla ölkəsinin musiqi xəzinəsi sərgilənir.
Türkiyə Səfirliyi və Türkiyə Turizm İnkişaf Agentliyinin təşkilatçılığı ilə baş tutan səfərimiz festival günlərinə təsadüf etdiyindən şəhəri daha yaxşı tanımaq imkanımız oldu. Bu günlərdə Konya küçələri Mövlanə aşıqləri üçün əsl bayramı xatırladır. Azərbaycan da daxil olmaqla 10-dan artıq ölkənin musiqi qrupunun iştirakı ilə şəhərin Zəfər, Mövlanə meydanları və Konqres Mərkəzi mövləvi musiqilərinə şahidlik edir. Şəhər əhalisi uşaqlı-böyüklü meydanlara toplaşır, Mövlanəni yad edir, bu musiqilərini dinləyirlər. Bu ərəfədə sufi dərvişləri Konyanın hər yerində görmək mümkündür. Sərbəst geyimli, azad düşüncəli, həm də daha müasir görünüşlü dərvişlər müxtəlif irqləri təmsil edirlər.
.jpg)
“Könüllərin şəhəri” Konyanı Mövlanə dövründən 800 illik tarix ayırsa da, dəyişən sadəcə rəqəmlərdir. Konyalıların öz tarix, mədəniyyət və ənənələrinə bu qədər sadiqliyi heyranedicidir. Dünyanın Kiçik Asiya kimi tanıdığı, Anadolunun mərkəzində yerləşən bu şəhəri zəngin keçmişin izlərini daşıyan açıq səma altında muzeyə bənzətmək olar. Burada yaşı yüzilləri ötən tarixi abidələr, məscidlər, kilsələr, hətta tarixi şəxsiyyətlərin əşya və geyimləri belə olduğu kimi qorunub saxlanıb. Şəhərin suyunda, havasında, torpağında bir Mövlanə izi var.
Mövlanə və Şəms Təbrizinin qarşılaşdığı tarixi yer
Şəhəri ziyarətə Əlaəddin təpəsinin önündən - Mövlanə caddəsində ucaldılan abidənin qarşısından başlayırıq. 1244-cü ilin 29 noyabrında Allaha çatmaq üçün eşq yolunu seçənlər - Mövlanə ilə müəllimi Şəms Təbrizi məhz bu nöqtədə qarşılaşıblar. Tarixdə ən böyük dostluq görüşü olan bu hadisə “Meracül-Bəhreyn” (iki dənizin görüşməsi) adlanır.
Antik dövrlərdə ən məşhur adı "İconium" olan Konya sözü şəhərdə hazırlanan heykəl və ikonalarla əlaqələndirilir. Roma və Bizans dövrünün ən əhəmiyyətli şəhərlərindən olması ilə yanaşı, bura həm də xristianlığın ilk illərindən önəmli din mərkəzi olub. Konya 1071-ci ildən sonra həm Səlcuqilər dövlətinin paytaxtı, həm də islam mədəniyyətinin layiqincə təmsil olunduğu Mövləviliyin mərkəzidir.

Şəhərin mərkəzi hissəsi Selcuklu, Meram və Karatay rayonlarına bölünür. Ən bahalı hissəsi Meram hesab olunur. Burada daha çox zadəganların bahalı imarətlərinə rast gəlmək mümkündür. Onların qiyməti isə milyon dollarlarla ölçülür. Konyanın tarixi “Tren istasyonu” da bu ərazidə yerləşir. Yaxınlıqda isə almanlar tərəfindən 1896-cı ildə tikilmiş sarı kiçik evlər yol boyu uzanır. Hazırda yaşayış olmayan həmin binalar administrativ funksiya daşıyır.
Çatalhöyük
Şəhər mərkəzini keçib tarixə səyahət etmək üçün Çumra ilçəsinə yollanırıq. Yolumuz qarğıdalı və şəkər çuğunduru sahələrinin arasından keçir. Öyrənirik ki, Türkiyənin taxıl anbarı hesab olunan Konya həm də şəkər istehsalı sahəsində ölkədə birincidir. Hazırda şəhərdə şəkər istehsal edən 5-6 zavod var. Bələdçimiz yanından keçdiyimiz zavodun yaxın vaxtlarda sökülərək şəhər kənarına köçürüləcəyini deyir. Ola bilər ki, Konyaya növbəti gəlişimizdə onu görməyək...
.jpg)
Şəhərin ən qədim yaşayış məskəni Çatalhöyükə çatırıq. Burada aparılan qazıntılar ərazinin 9 min illik tarixi olduğunu isbatlayır. Ərazidə bir-birinə bitişik evlər torpaq və kərpicdən inşa olunub. Evlərin aralarında küçələr yoxdur, insanlar təhlükəsizliklə bağlı yaşayış yerlərinə damdan daxil olublar. Burada yaşayan qəbilələr öz ölülərini elə həyətlərdə dəfn ediblər. Evlərin divarlarında vəhşi heyvan rəsmləri çəkilib, ovlanmış heyvan qalıqları buynuz və kəllələri mühafizə olunub. Abidə YUNESKO tərəfindən mədəni irs nümanəsi kimi qeydiyyata alınıb.
Sille kəndi
Bu kənd Konyanın 5 min illik tarixə malik ərazisidir. Mərkəzdən təxminən 1 saatlıq məsafədə yerləşən kənddə tarix öz əvvəlki görkəmində qalıb. Kəndin kənarındakı mağaralar qədim yaşayış məskənləri kimi qorunur. Silledəki bütün qədim evlər öz əvvəlki görkəminə uyğun bərpa olunub. Kənddəki koloriti özündə saxlayan ailə kafeləri yerli turistlərin həftə sonları ən çox üz tutduqları məkanlardır.
Kəndin kənarında isə Aya Elena kilsəsi yerləşir. Bizim eranın 327-ci ilində inşa olunsa da, 2 min ilə yaxındır ki, konyalılar onu göz bəbəyi kimi qoruyublar. Xaç formasını xatırladan kilsə 10 il əvvəl restavrasiya olunub. Buraya giriş isə hər kəsə açıqdır. Üzərində yunan hərfləri ilə türk dilində yazılar həkk olunan kilsə burada xristian dininə sitayiş edən türk tayfası - peçeneqlərin yaşadığını sübut edir.
.jpg)
Bələdçimizdən öyrənirik ki, kənd öz zəngin tarixinə görə həmişə diqqət mərkəzində olub. Türkiyədə bir çox seriallar, o cümlədən, “Tək Türkiyə” serialı bu əzəmətli mağaralarda lentə alınıb. Kənddə hazırda hotel kimi istifadə olunan evlərin üzərindəki günəş panelləri diqqətimizdən yayınmır. Məlum olur ki, burada insanlar günəşdən suyu qızdırmaq üçün daha əlverişli enerji mənbəyi kimi istifadə edirlər. Sille turistik məkan olduğundan burada qiymətlərdə mərkəzlə müqayisədə cüzi də olsa fərq hiss olunur.
Yolumuz şəhərin tarixi hissələrindən keçir. Qarşımıza çıxan binalar 4-5 mərtəbədən çox deyil. Bələdçimiz deyir ki, şəhərin tarixini qorumaq üçün bəzi ərazilərdə çoxmərtəbəli binaların tikintisinə icazə verilmir.
.jpg)
Həzrəti Mövlanə türbəsi
Mövlanə Muzeyi və ya Mövlanə Dərgahı deyilən bu türbə Konyanın və Mövləviliyin qəlbi hesab olunur. Ərazi Səlcuqi sultanı Keyqubadın vaxtında Mövlanənin atası Bahəddin Vələdə hədiyyə edilib. Mövlanənin vəfatından -1273-cü ildən sonra buranın türbə kimi ziyarət olunmasına başlanılıb. Türkiyədə bu gün ən çox ziyarət edilən yerlərdən olan muzey Mövlanə dövründən qalan əşyalar, əlyazmalar, kaman, səbir daşları və digər qiymətli nümunələrlə zəngindir. Burada muzeyin həyətində hər biri kiçik günbəzli 17 hücrə var. Hücrələr III Sultan Murad tərəfindən 1584-cü ildə dərvişlərin iqamətgahı üçün inşa edilib. Mövləvidə 1001 gün davam edən və çilə adlanan mənəvi təhsili tamamladıqdan sonra Dədə titulu alanlara hücrələr ayrılırdı. Hazırda həmin otaqlar əvvəlki görkəmində bərpa olunaraq əşyalarla birlikdə saxlanılır.
.jpg)
Muzeydə Mövlanə Cəlaləddin Rumi ilə yanaşı atası Bahəddin Vələd, oğlu Sultan Vələdin və digər yaxınlarının məzarları yerləşir. Muzeyin yuxarı bölməsində yalnız qadınlar əyləşə biliblər. Aşağıda kişilər və musiqiçilər toplaşıblar və Səma mərasimləri təşkil olunub. Səma mərasiminin təşkil edildiyi zalda çilçıraq asılıb. Bu mərasimi həyata keçirən səmazənlər mərasim zamanı çaşmamaq üçün həmin çilçıraqda özləri üçün baxış nöqtəsi müəyyənləşdiriblər.
Dərvişlər dərgaha xidmət edən insanlar olub. Hər kəs dərviş ola bilməzmiş. Onların ilk vəzifələri mətbəxdən başlayıb.
.jpg)
Mövlanənin geyimləri, odövrkü məişət əşyaları, ən məşhur kitabı olan Məsnəvi də muzeydə sərgilənir.
Konyaya gəlmişkən, Mövlanənin ən yaxın dostu və müəllimi, azərbaycanlı Şəms Təbrizinin məzarını da ziyarət etməmək mümkün deyil. O, Mövlanə türbəsinə yaxın bir yerdə, Şəms Təbrizi Məhəlləsində yerləşir.
Panorama Muzeyi
Müasir Konyanın mütləq görülməli olan yerlərindən biri də Konya Panorama Muzeyidir. İkimərtəbəli muzeyin birinci hissəsində Mövlanənin Konyaya gəlişi, tarixi şəxsiyyətlərlə, o cümlədən, Şəms Təbrizi ilə görüşü foto və heykəllərdə əks olunub. Həmçinin Mövlənanənin Bəlxdən Konyaya qədər keçdiyi yol, qaldığı şəhərlərin xəritəsi əks olunub.
.jpg)
Muzeyin aşağı mərtəbəsində isə 13-cü əsr Səlcuqlu dövründəki Konya canlandırılıb. Bu bölümdə tacirlər, sənətkarlar, Anadoluya sığınan alimlər, Konyadakı həyat öz əksini tapıb. Mavi səmadan tutmuş yerdəki daş və torpağa qədər hər şey mükəmməl şəkildə ifadə olunub. Onu da qeyd edək ki, muzeyin eksponatlarının böyük qisminin hazırlanmasında azərbaycanlı rəssamlar iştirak ediblər.
.jpg)
Kəpənək bağçası
2015-ci ildən açılan mərkəz Konyanın turizm baxımından ən uğurlu layihələrindəndir. Burada 5 mindən çox 35 növ kəpənək var. Kəpənək bağçasında temperatur 28 dərəcə və rütubət 80 faizdir. Olduqca qəribə və xoş aurası olan bu məkan kəpənəklər üçün əlverişli olsa da, işçilərə günboyu içəridə qalmağa icazə verilmir. Bir saat içəridə qaldıqdan sonra bir saatlıq fasilə verməlidirlər.
Konyada diqqətçəkən məqamlardan biri də tarixi abidələrin olduğu məkanlara, o cümlədən muzeylərə girişin ödənişsiz olmasıdır. Şəhəri özəl edən bir də insanların mənəvi rahatlığıdır. Bir sözlə, Konya istirahət üçün getdiyimiz sıradan şəhər deyil. Konyaya gedən yol, Konyaya aparan hər addım Həzrəti Mövlanəyə sevgidən, ehtiramdan keçir...
Gülnar Əliyeva




- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 2025 11:16
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
