Dövlətin verdiyi evlərdə yaşamayan məcburi köçkünlər oradan çıxarıldı
Oktyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında dövlət tərəfindən onlara verilən evlərin əllərindən alındığını deyən məcburi köçkünlər etiraz aksiyası keçiriblər.
Dövlət Komitəsinin Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, həmin şəxslərin müraciətləri ilə əlaqədar araşdırma aparılıb. Məlum olub ki, narazılıq edən şəxslər həmin evlərdə yaşamayıblar: "Şuşa şəhərindən məcburi köçkün Sədirzadə Gülşən Səid qızı 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum sanatoriyası”ndan məcburi köçkün ailələrinin köçürülməsi zamanı Sabunçu rayonunun Ramana qəsəbəsində yeni istifadəyə verilmiş yaşayış kompleksində ikiotaqlı mənzillə təmin edilib. Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin yaşayış kompleksinə xidmət edən mənzil kommunal-istismar sahəsinin (MKİS) əməkdaşlarının müntəzəm apardıqları müşahidə və baxış-yoxlama tədbirləri zamanı G.Sədirzadənin mənzildə yaşamadığı müəyyən edilib. Yaşayış sahəsinin təqdim edildiyi 2021-ci ilin may ayından bu günədək qeyd edilən mənzilin sayğac göstəriciləri (elektrik, qaz və su üzrə) sıfır olub. O özü də ötən gün Dövlət Komitəsində qəbulda olarkən mənzildə yaşamadığını etiraf edib.
Mövcud qanunvericiliyə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayə müqaviləsinə Dövlət Komitəsi tərəfindən xitam verilir. Bu səbəbdən, əvvəlcədən xəbərdarlıq edilməklə, G.Sədrizadə ilə imzalanmış müqaviləyə xitam verilib və ona məxsus mənzil məcburi köçkün şəhid ailəsinə təqdim edilib.
Ağdam rayonundan məcburi köçkün Hacıyeva Şəbnəm Telman qızının tək ana olması və müvəqqəti məskunlaşma yerində pis şəraitdə yaşaması, özünün ağır xəstə olması nəzərə alınaraq Dövlət Komitəsi tərəfindən ona Bakı şəhərinin Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində birotaqlı mənzil təqdim olunub. Həmin mənzil 2017-ci ildə Füzuli rayonundan məcburi köçkün Əmirov Elgün Məzahir oğluna müvəqqəti məskunlaşma üçün verilib. Lakin o, həmin mənzildə yaşamayıb və onu qeyri-qanuni şəkildə başqa şəxslərə kirayəyə verib. Bu səbəbdən Dövlət Komitəsi ilə Elgün Əmirov arasında bağlanmış kirayə müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib. Mənzil boşaldılıb Ş.Hacıyevaya təqdim edilərkən isə əvvəlki məcburi köçkünün qohumları buna mane olmağa cəhd göstəriblər. Buna baxmayaraq, hazırda mənzil qanuni olaraq Ş.Hacıyevaya veriləcək, Dövlət Komitəsi tərəfindən onun mənzildə yerləşdirilməsi təmin ediləcək".
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31