- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
Alı Qocayev “epopeya”sı...

Bəlli olduğu kimi, Ali Qocayev haqqında mətbuatda məlumatlar səsləndirilir. Paralel.az aktualxeber.az-a istinadla aşağıdakı materialı təqdim edir.
Qocayev Alı İbrahim oğlu 2005-2012-ci illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 18 aprel 2012-ci il tarixdən Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Buradan samuxlulara “8 illik icra başçınızdan razısınızmı” sualını verərdik, amma bizi daş-qalaq edəcəklərindən qorxub, fikrimizdən vaz keçirik.
Samux camaatı öz pulunu Alı Qocayevin dirnaqarası prokuror oğlunun xaricdə bizneslərində, mülklərində, bahalı maşın kolleksiyasında axtara bilər. Başçının oğlu Mehman Qocayevin prokurorluq orqanlarında karyerası ictimaiyyətdə böyük müzakirə predmetinə çevrilib. O, Türkiyədə və diqər ölkələrdə rəsmi bizneslə məşğuldur. Özü də ciddi, çoxmilyonluq bizneslə… Samux camaatının pulu bax, belə xərclənir…
Xalq Qocayevin əlindən niyə bu qədər qəzəblidir, axı? Demə, onun əlindən qəzəbli olan təkcə xalq deyil, həm də yuxarılar imiş. O, Binəqədidə icra başçısı olduğu müddətdə əlinə düşəni yeyib dağıdıb. Tamahı limit bilmirdi. Yeri gəlmişkən, o zaman SOCAR-ın prezidenti Rövnəq Abdullayev də Alı Qocayevi ARDNŞ-ə məxsus əraziləri vətəndaşlara satmaqda ittiham etmişdi. Araşdırmaçı jurnalist Cavanşir Həsənli onun Seyidlər kəndindəki üzüm emalı zavodunu özəlləşdirdiyini yazıb. Araşdırmalardan o da məlum olur ki, fəaliyyəti dövründə Alı Qocayev insanları ən çox narazı salan icra başçılarından olub. Onun rayonun Əhmədbəyli kənd sakini, 2 ildən yığılıb qalmış işıq pulunu ödəyə bilməyən və bunu görə elektrik xətti kəsilən veteran qızı Səlfinaz Bayramovaya “ödəyə bilmirsən, öl” deməsi uzun zaman mətbuatın gündəmindən düşmədi.
Amma bir məsələ var ki, Alı Qocayevin qudası, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov hələ də onu qoruya bilir. Deyəsən, yuxarılar bu “şıltaq qudanın” qanunsuz əməllərinə dözmək istəmir. Xalq da səbirsizliklə Alı Qocayevin digər həmkarları kimi qandallanıb aparılmasını həsrətlə gözləyir. Binəqədidə icra başçısı olarkən 20-25 min manat rüşvət alıb vətəndaşlara saxta sənədlərlə torpaq satan Alı Qocayevin həbsini onlar çoxdan arzulayır.
Misal üçün, Binəqədi rayon sakini Əsgərova Almaz İsa qızı “Aktualxeber.az”ın redaksiyasına şikayət edərək bildirib ki, Samux RİH başçısı Alı Qocayev vaxtilə Binəqədinin icra başçısı vəzifəsində çalışarkən ondan 20000 manat alaraq rayon ərazisindəki torpaq sahəsinin onun mülkiyyətinə keçirəcəyinə söz verib. Daha sonra A.Qocayev onlara həmin pulun müqabilində saxta sənədlər verərək cinayət törədib. Məsələnin üstü Almaz Əsgərovanın həmin ərazidə tikinti işi aparmasından sonra açılıb.
O da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının sayəsində. Yəni bu polis qardaşlarımız hər dəfə gəlib “şirinlik” istəməsəydilər, Almaz xanım da məcbur qalıb sənədləri yoxlatdırmasaydı, onların saxta olduğu bilinməyəcəkdi. O gündən bəri Alı Qocayev bu ailəni “pulu bu gün verəcəm, sabah verəcəm” metodu ilə aldadır. Üstündən 10 ildən çox keçməsinə baxmayaraq şikayətçi pulunu ala bilmir.
Amma Alı Qocayevin saxta sənəd qalmaqalı bununla bitmir…
Vaxtilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olarkən qudası- Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun yüksək vəzifə tutması səbəbindən özünü “toxunulmaz” kimi hiss edən Alı müəllim demək olar ki, torpaqları saxta sənədlərlə satıb. Misal üçün, bir neçə il əvvəl “Yeni Müsavat” qəzetində dərc edilən materiallarda oxuyuruq:“Söhbət əsnasında aydın oldu ki, Binəqədi rayonunun icra başçısı Alı Qocayev neft ərazilərinin 80 faizə yaxınını satıb. İcra başçısının göstərişi ilə neft sahələrində bir sot torpaq sahəsi 1000 manata vətəndaşlara satılır. Buna görə vətəndaşlara heç bir rəsmi sənəd vermir. Vətəndaşı razı salmaq üçün icra nümayəndələri bələdiyyə sədrlərinə tapşırıq verib ki, onlar vətəndaşlara saxta sənədlər versin. Hətta bu sənədlərin saxta olduğu ARDNŞ əməkdaşlarının araşdırmaları zamanı üzə çıxıb. Belə görünməsin ki, başçı təkcə Rəsulzadə qəsəbəsində torpaq alveri ilə məşğuldur. Rayonun boş qalan bütün torpaqları satışa çıxarılıb. Bura 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, Sulutəpə və Xocahəsən qəsəbələri də aiddir. Qəsəbənin II mədən 78-ci korpus ünvanında yaşayanlar isə sosial problemlərdən şikayətçidir. Deyirlər ki, kanalizasiya, su və qaz xətləri yerdən keçir. Ona görə də avtobus keçəndə kommunikasiya xətləri tez-tez partlayır. Kərim adlı sakin köhnə kanalizasiya xəttinin üfunət qoxusu yaydığını söyləyir: “Pəncərələri aça bilmirik. Bütün ölən heyvan cəsədləri və məişət tullantıları da ora atılır. Antisanitariya şəraitində yaşayırıq. Yay aylarında heç dayanmaq olmur”.
“Yeni Müsavat” qəzetində də dərc edilən digər məlumatda isə belə deyilir:
“A.Qocayev 7-ci mikrorayon ərazisində yeni inşa edilməkdə olan “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən parkı hissələrə bölərək satır. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, metro tikintisindən istifadə edən icra başçısı bağdakı ağacları kökündən çıxartdırır. Buna etiraz edən sakinlər deyir ki, çıxarılmış ağacların hava limanına gedən yolun kənarlarına əkildiyi bildirilir: “Bizə deyirlər ki, bağdan çıxarılan ağaclar prezident İlham Əliyevin hər gün keçdiyi hava limanına gedən yolun kənarlarına əkilir. 20-dən artıq yaşı olan iri palıd ağaclarının harasa aparılıb əkilməsi mümkün deyil axı. Sadəcə olaraq, Alı Qocayev prezidentin adından istifadə edir”.
Samuxun icra başçısı Alı Qocayev daha bir qalmaqallı addımı ilə son günlər diqqəti üstünə çəkib. Belə ki, Qocayev hansısa şəxsi marağına görə, ali təhsili olmayan Gəncə şəhər sakini Məmmədbəyova Şəms Elburus qızını Əhmədbəyli kəndindəki körpələr evi-uşaq bağçasına müdirə təyin edib. Ancaq Alı Ocayevin bu təyinatı Əhmədbəyli kənd sakinləri arasında birmənalı qarşılanmayıb. Hələ bu azmış kimi, icra başçısı sanki kənd sakinlərinin acığına Şəms xanımın anası Səadət Məmmədbəyovanı da Sərkar kənd musiqi məktəbinə direktor təyin edib. Alı Qocayevin bu ailəyə olan gözlənilməz (bəlkə də gözlənilən) diqqət və qayğısı bununla da yekunlaşmayıb. Samuxun bakılı “xan”ı Qocayev 2 ildir ki, Əhmədbəyli kəndində müdirəlik edən Şəms xanımı DİM-in imtahanından kənar şəkildə birdən-birə Gəncə Dövlət Universitetinə qəbul etdirib.
Mənbə onu da iddia edir ki, Şəms Məmmədbəyova guya 2011-ci ildə Gəncə Musiqi Texnikumunu bitirib. Çünki o, BB-118511 saylı saxta diplomu qanunsuz yolla əldə edib. Ən maraqlı və diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki,qısa zaman kəsiyində Şəms Məmmədbəyova körpələr evi-uşaq bağçasından aldığı maaşı qəpik-qəpik toplayaraq qiyməti 100.000 manat civarında olan “Nissan”(“Cip” tipli) avtomobili də ala bilib.
“20- EF- 533” dövlət nömrə nişanlı maşını nə Samux polisi, nə də ki, ətraf rayonların Yol Paturul Xidmətinin əməkdaşları saxlaya bilir. Hətta 44 günlük müharibə zamanı Gəncəyə raket düşəndə evləri yararsız hala düşən Ş.Məmmədbəyova birdən-birə Gülüstan qəsəbəsində, məhz icra başçısı Alı Qocayevin qonşuluğunda qiyməti yüz minlərlə ölçülən vilaya da sahiblənib. Bu xanımın qısa zaman kəsiyində geniş maliyyə imkanlarına sahiblənməsi və əldə etdiyi “uğurlar” istər-istəməz ciddi suallar doğurur. Əhmədbəyli sakinləri deyir ki,bəlkə Alı Qocayev bu haqda bir açıqlama versin, biz də sakitcə oturaq yerimizdə.
Samuxdaki mənbəmiz onu da deyir ki, Şəms Məmmədbəyova ürəyi istədiyi vaxt Alı Qocayevin qəbuluna düşə bilir. Lap orada yüzlərlə adam gözləsə belə…
Görəsən, Şəms xanım bu təhsillə, bu yaşam tərzi ilə Əhmədbəyli kəndindəki körpələr üçün rəhbərlik etdiyi uşaq bağçasında elementar təlim-tərbiyə təşkil edə bilirmi? Daha bir ilginc iddia: Samuxdakı mənbə deyir ki, Şəms Məmmədbəyovanın anası Sərkar kənd musiqi məktəbinin direktoru Səadət Məmmədbəyova da saxta diplomla işləyir.O, 2007-ci ildə Gəncə şəhərində yerləşən Müəllimlər İnstitutundan AKQ 087826 saylı saxta diplom əldə edib. Səadət Məmmədbəyova həmin sənəddən istifadə edərək, adları məktəbdə gedən, amma faktiki olaraq işləməyən şəxslərin adına əmək haqqı yazır, uşaqların sayını artırmaqla əlavə sinif açır. Bununla da külli miqdarda dövlət vəsaitini mənimsəyir. Bu addım isə Azərbaycan Respublikası CM-nin 308-ci, (vəzifədən sui-istifadə), 320-ci (saxta sənəd əldə etmə və saxta sənəddən istifadə etmə),313-cü (vəzifə saxtakarlığı) və 179-cu (dövlət əmlakını mənimsəmə) maddələrinin tələblərini pozmaqla cinayət əməllərini törətməsinə dəlalət edir. Məlumata üçün onu da bildirək ki,Məmmədbəyova Şəmsin saxta sənəd əldə etməsi və həmin sənəddən istifadə edərək rəhbər işləməsi də Azərbaycan Respublikası CM-nin 320-ci maddəsi ilə cinayət tərkibi yaradır. Eyni zamanda, bu addım Korrupsiyaya qarşı Mübarizə haqqında Qanunun tələblərinə də ziddir.
- Jukov haqqında həqiqətlər – Marşal doğrudan da talançı olub, Almaniyadan 19 vaqon qənimət gətirib
24 fevral 2025 15:15
- Qardaşımın şəhid xəbərindən 3-4 saat sonra atamın ölüm xəbərini aldım - şəhid Vadim Qocayevin qardaşı
8 dekabr 2024 01:40
- Porsche-dən oğurlanmış 94 minlik Rolex saatı Etibar Pirverdiyevindir?
13 iyun 2024 10:56
- Tanışının qulağını dişlədi - Həbs olundu
4 may 2024 13:39
- Azərbaycan Respublikasının qanunları Sumqayıt İcra Hakimiyyətinə aid deyil ? - FOTO
28 avqust 2023 16:36
- Ən "uzunömrlü" icra başçıları: 31 ildir bu vəzifəni tutan var (SİYAHI)
15 iyun 2023 18:11
- İlham Əliyev əfv sərəncamı imzaladı - Siyahı
8 may 2023 11:33
- Nizami Qocayev getdi, Ələmdar İbrahimov gəldi....
7 yanvar 2023 12:53
- Sumqayıtda 41 yaşlı kişi benzin tökərək qonşularını yandırdı
10 sentyabr 2022 22:18
- 12 min manat rüşvət alan bələdiyyə sədrinə 8 il 6 ay CƏZA...
11 mart 2022 13:10
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48