Alman alim Makronun cavabını verdi Azərbaycanı MÜDAFİƏ ETDİ
Almaniyalı alim, doktor Mixael Reynhard Hess Fransa Prezidenti Emmanuel Makrona açıq etiraz məktubu yazaraq, onun bu il oktyabrın 14-də “France 2” telekanalına verdiyi müsahibədə Azərbaycanla bağlı fikirlərinə tutarlı dəlillərlə tənqidi münasibət bildirib.
NUH.az “Report”a istinadən xəbər verir ki, açıq məktubu alim özünün feysbuk sosial şəbəkəsində paylaşıb.
“Nə Fransa, nə Ermənistan, nə də Azərbaycan vətəndaşıyam, bu ölkələrdə yaşayan xalqlardan heç biri ilə də etnik bağlılığım yoxdur, bununla belə, Ermənistan və Azərbaycan arasında münaqişə barədə bir neçə kitabın və məqalələrin müəllifi olan tədqiqatçı kimi Sizə kiçik bir açıq məktub yazmağı vacib saydım”. E.Makrona müraciətini bu sözlərlə başlayan alman alim, ilk növbədə, Fransa Prezidentinin müsahibədə münaqişə barədə söylədiklərini özünün şəxsi fikri kimi qələmə verməsi ilə razılaşmır və onun mövqeyini həm də Fransanın rəsmi mövqeyi hesab etdiyini bildirir. Bunu aşkar məntiqsizlik kimi səciyyələndirən M.R.Hess yazır: “Çünki, bir tərəfdən siz Fransanı “vasitəçi qüvvələrin bir hissəsi” kimi təsvir edir, digər tərəfdən, həvəslə, böyük emosionallıqla və təsirli şəkildə vurğulayırsınız ki, Fransa bu münaqişədə Ermənistanı dəstəkləyir və ondan “əlini çəkməyəcək”. Mən anlamıram, hər hansı dövlət və ya siyasətçi “vasitəçilik” səylərində iştirak etməklə neytral mövqedə olmalı ikən münaqişə tərəflərindən birinin tərəfini necə saxlaya bilər?”.
Alman alim, həmçinin, hesab edir ki, məhz Fransa kimi tərəfsizliyi bacarmayan dövlətlərin vasitəçilik missiyası yerinə yetirən dövlətlərarası siyasi qurumların (Minsk qrupu kimi) tərkibində olması münaqişənin tənzimlənməsi üçün 1992-ci ildən həyata keçirilən diplomatik səylərin uğursuzluğunun səbəblərindən biridir.
E.Makronun Qarabağla bağlı qaranlıq tarixi, siyasi və hüquqi istinadlarını da qəbul etmədiyini bildirən M.R.Hess Fransa Prezidentinin “Gördüyünüz kimi, Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmadı və buna görə də münaqişə yarandı” sözlərini misal gətirir, keçmiş muxtar vilayətin daim Azərbaycanın tərkibində olduğunu xatırladır. Alman alim “Qarabağdan və Azərbaycanın digər rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması haqqında” 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Fransanın iştirakı ilə qəbul etdiyi qətnamələri də E.Makronun yadına salır. O, həmçinin Fransanın Prezidentinin diqqətini Normandiya əyalətindəki separatçıların, adalarla yaxınlığına görə, bu ərazinin Böyük Britaniyaya birləşdirilməsi barədə iddialara da yönəldir və yazır: “Siz çıxışınızda BMT-nin qəbul etdiyi beynəlxalq hüququn prinsiplərinə açıq və birmənalı şəkildə üstünlük vermir, sanki xalqlar və dövlətlər arasında münasibətlərdə, əksərən yersiz qeyri-rəsmi söhbətlərin istənilən vaxt “mübahisə” üçün dəlil kimi istifadə edildiyi, separatçıların işinə yarayan konsepsiyadan yapışırsınız”.
M.R.Hess “müharibəni Azərbaycanın başlaması, əraziləri işğal etməsi” barədə Fransa Prezidentinin əsassız iddialarına da açıq məktubda tutarlı cavablar verir, 1991-ci ildən başlanan erməni təcavüzü, erməni silahlı dəstələrinin törətdiyi kütləvi qətllər, o cümlədən Xocalı hadisəsi barədə həqiqətləri xatırladır.
Almaniyalı alim ötən əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma “erməni genosidi”ni Ermənistan-Azərbaycan konflikti kontekstində xatırlatmasını isə E.Makronun çıxışının ən təhlükəli məqamı kimi səciyyələndirir.
Fransa Prezidentinin müsahibəsində söylədiklərinin onun bir siyasətçi kimi ölkəsindəki erməni dairələri ilə yaxşı münasibət qurmaq istəyi ilə bağlı olduğunu ehtimal edən M.R.Hess onu qarşı tərəfindən səsini eşitməyə, fransızdilli mühitdə azərbaycanlıların dəlillərini ortaya qoyacaq çox az sayda araşdırmaçıları və publisistləri də görməyə çağırır, həmçinin, münaqişə tərəfləri arasında sülhə nail olmaq naminə E.Makrona vasitəçi və arbitr mövqelərini bir-birinə qarışdırmamağı tövsiyə edir.
Xatırladaq ki, 55 yaşlı alim Mixael Reynhard Hess hazırda Azad Berlin Universitetində və Giezen şəhər Universitetində çalışır. Azərbaycan ədəbiyyatına, tarixinə və mədəni irsinə dair bir neçə kitabın müəllifidir. Onun bu il çapdan çıxmış almanca “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının ADA Universitetində və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində təqdimatı təşkil edilib.
Açıq məktubun fransız dilində mətni ilə bu linkdə tanış olmaq mümkündür.
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 2026 13:14
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 2026 11:57
- Xalq artisti vəfat etdi
13 aprel 2026 18:14
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 2026 14:18
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 2026 12:46
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 2026 11:41
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 2026 23:56
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 2026 19:53
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 2026 00:02
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
