Kəmaləddin Heydərovun işçiləri Şamaxıda bir ailəni "düzdə qoyub"...
Hələ də ümid edirik ki, bu məqalənin yayımlanmasından sonra ən azından cənab Nazir problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək
Hər kəsə məlumdur ki, ölkəmizin ərazisində yaşayan hər bir vətəndaşın hüququ ilə bağlı məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapıb. Yəni, bu maddədə göstərilir ki, Azərbaycan dövləti ilə siyasi-hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan hər kəs Azərbaycan Respublikasının vətəndaşı hesab olunur və həmin şəxs dövlətə münasibətdə bir sıra hüquqlara malikdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs dövlət qurumlarından ona aid hüquqların müdafiəsini, qorunmasını, təşkil olunmasını və s. tələb etmək hüquqlarına malik olur. Bütün bunlar Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapsa da, haqqında bəhs etdiyimiz Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlu (Yadigar Rəcəbov 05 avqust 2022-ci il tarixdə dünyasını dəyişmişdir) və onun ailə üzvləri Azərbaycan Respublikası Konstitusiyasının onlara verdiyi hüquqlardan istifadə etmələrinə baxmayaraq, 2014-cü ildən pozulmuş hüquqlarının bərpasına heç cür nail ola bilməyiblər. Yəni, redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, 2012-ci ilin mart ayında rayonun Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi baş verir və 62 ailə torpaq sürüşməsi hadisəsinin fəsadları ilə üz-üzə qalsalar da, 47 ailənin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi tam yarasız vəziyyətə düşür. Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə birlikdə baxış keçirirlər. Həmin vaxt yarasız vəziyyətə düşmüş evlərlə bağlı bu dövlət qurumlarının əməkdaşları tərəfindən akt da tərtib olunur və 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və buna görə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir.
Qeyd edək ki, torpaq sürüşməsi hadisəsindən sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan sakinlərin siyahısı dəqiqləşdirilir və onların sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Layihə-smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evlərinin inşaasına başlanılır və 2014-cü ildə evlər zərərçəkən ailələrə təhfil verilir. Tərtib olunmuş siyahıda mərhum Yadigar Rəcəbov və onun ailə üzvləri (7 nəfərdən ibarət) 46-cı sırada olsalar da, inşa olunmuş evlər sakinlərə təhvil verilərkən bu ailəyə ev verilmir. Belə olan halda mərhum Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına bir neçə şikayət ərizəsi göndərir və baş verən ədalətsizliklərlə bağlı aidiyyatı dövlət qurumlarını lazımınca da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, evlər paylanılarkən Rəcəbovlar ailəsinə verilməli olan ev hansısa maraqlar əsasında başqa bir ailəyə verilir. Yadigar Rəcəbovun etdiyi şikayətlər əsasında isə, həmin evə yerləşdirilmiş ailə üç gündən sonra Şamaxı RİH əməkdaşlarının iştirakı ilə evdən çıxarılır və ev 8 il ərzində boş qalır. Bugünlərdə Rəcəbovlar ailəsindən redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, vaxtilə həmin evdən çıxarılmış ailə təqribən ayyarım bundan öncə Şamaxı RİH əməkdaşlarının himayədarlığı altında təkrar həmin evə yerləşdirilir. Bütün bunlar da onu sübut edir ki, Rəcəbovlar ailəsinə təhvil verilməli olan evlə bağlı yaşanan problemin kökündə, məhz Şamaxı RİH əməkdaşlarının oynadıqları “oyun qaydaları” durur.
Onu da bildirək ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə təhvil verilir. Həmin vaxtlar Yadigar Rəcəbovun ailəsinə ev verilmir. Səbəb də o qeyd olunur ki, guya evlər paylanana qədər Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evlə bağlı nə Fövqəladə Hallar Nazirliyinin, nə də ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda Yadigar Rəcəbovun və onun ailə üzvlərinin adları siyahıda olsa da, az sonra onların adlarının siyahıdan çıxarıldığı bildirilir. Digər səbəb də o göstərilir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə 03 mart 2014-cü il tarixdə bu ailəyə məxsus fərdi yaşayış evinə viziual texniki baxış keçirilmiş və həmin vaxt müvafiq akt da tərtib olunmuşdur. Tərtib olunmuş aktda Yadigar Rəcəbovun ailəsinə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Yəni, verilən cavablarda bildirilir ki, yeni akt tərtib olunana qədər tikilmiş evlər vətəndaşlara paylanılmışdır. Əslində bu cür yanaşmalar, verilən belə bir cavablar baş aldatmaqdan başqa bir şey deyil. O halda ortaya belə bir sual çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir? Nədən həmin vaxtlarda Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilir və akt da tərtib olunur? Amma, Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixdə, yəni iki il sonra həyata keçirilir? Deməli, belə bir yanaşmaların, başaldadıcı cavabların verilməsinin arxasında hansısa maraqlar durur.
Hörmətli oxucular! Artıq bir neçə dəfədir ki, araz.az xəbər portalı olaraq yaşanan belə bir problemin varlığını geniş ictimaiyyətin diqqətinə çatdırırıq və problemin araşdırılması məqsədilə, hətta aidiyyatı dövlət qurumlarına məktublar da göndəririk. Düzdür, ilk vaxtlar elə düşünürdük ki, bu mövzu ilə bağlı məqalə yayımlanarkən cənab Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əməkdaşlarının Şamaxı RİH Aparatında vəzifə sahibi olan bəzi vəzifə sahibləri ilə əlbir olub oynadıqları “oyun qaydaları”nı şəxsi nəzarətinə götürəcək və qısa zaman kəsiyində 7 nəfərdən ibarət Rəcəbovlar ailəsinin üz-üzə qaldıqları problem ədalətli həllini tapacaq. Təəssüflər olsun ki, bu heç də belə olmadı.
Qeyd edək ki, bugünə qədər verilən cavab məktublarında qeyd olunub ki, Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evə 03 mart 2014-cü il tarixdə vizual baxış keçirimiş və bununla bağlı akt da tərtib olunmuşdur. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Şamaxı RİH Aparatı tərəfindən verilən başaldadıcı cavab məktublarına aydınlıq gətirilməsi məqsədilə, adı çəkilən bu dövlət qurumlarına ünvanladığımız məktublara yenə də oxşar cavablar verilir. Yəni, ünvanladığımız suallara Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən lazımi cavabı əldə edə bilmədiyimizdən, bir neçə gün bundan öncə cavab əldə etmək istədiyimiz suallara aydınlıq gətirilməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Nazir cənab Əli Əsədova və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova rəsmi qaydada məktubla müraciət etmək məcburiyyətində qaldıq. Düşünürük ki, ünvanlanan məktublar əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən lazımi cavabı əldə etməyi bacaracağıq. Biz hələ də belə bir düşüncəyə sahibik ki, bu məqalənin yayımlanmasından sonra ən azından cənab Kəmaləddin Heydərov problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq. Bizi izləyin.
araz.az xəbər portalı.
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Şamaxıda zəlzələ oldu
22 fevral 2026 10:47
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
