“Qoyunları göyərtilərimi yediyi üçün Natiqi öldürdüm”
Bakı Beynəlxalq Hava Limanının yaxınlığında baş vermiş qətlin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, Maştağada “Təmənniz” adlanan ərazidəki ünvansız əkin sahəsində qeydə alınan cinayətin qoyunların sahədəki göyərtiləri yeməsinə görə baş verdiyi üzə çıxıb.
Belə ki, ərazidə göy-göyərti əkən qəsəbə sakini Adəm Quliyev orada qoyun otaran həmkəndlisi Natiq Nəcəfova deyib ki, onun qoyunları göyərtilərə ziyan vurur. Bundan sonra tərəflər arasında mübahisə baş verib.
Onlar məsələni aydınlaşdırmaq üçün görüşüb söhbət etmək qərarına gəliblər. Söhbət zamanı Adəm Natiqi ayağından və boğazından bıçaqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan işin gedişatı zamanı Adəm deyib ki, özünü qismən təqsirli bilir: “Mən Natiqə sadəcə xəsarət yetirmək istəmişdim, öldürmək yox. Onu 2-3 ildir tanıyırdım. Natiq mənim tərəvəz əkdiyim sahənin yaxınlığında qoyun-quzu otarırdı. Mən isə şüyüd, turp, keşniş əkirdim. Həmin məhsulu bazarda satıb ailəmi dolandırırdım. Natiqlə münasibətlərimiz yaxşı idi. Hadisədən 10 gün əvvəl Natiq qoyunlarını mənim sahəmə buraxdı. Qoyunlar əkdiyim tərəvəzlərin bir qismini yedi. Təxminən 100-200 manat ziyana düşdüm. Buna görə ona iradımı bildirdim. Natiq isə kobud şəkildə “qiyməti nədirsə, denən verim” dedi. Həmin hadisədən sonra Natiqlə münasibətlərim pisləşdi. Sonra məni görəndə pis tərəvəz satdığımı, buna görə söyüş yiyəsi olduğumu dedi. Mən mübahisə etməmək üçün oradan uzaqlaşdım. Səhəri gün sahəyə gedəndə özümlə bıçaq götürdüm. Natiq dedi ki, qoyunlarını mənim sahəmdə otaracaq. “Oğlan istəyirəm ki, məni vursun, lazım gəlsə, səni də vuraram” ifadəsini işlətdi. Mən də “məni vuran oğlan anasından olmayıb” dedim. Natiqin yaxasından tutaraq itələşməyə başladım. Natiq də mənim gödəkçəmin yaxasından tutdu. Bu zaman cibimdəki bıçağı çıxararaq Natiqin sağ ayağından və boğazından xəsarət yetirdim”.
Adəm Natiqin boğazındakı xəsarəti gördükdə qorxub və dərhal onu avtomobillə xəstəxanaya aparmaq istəyib. Lakin yolda avtomobilin təkəri boşalıb: “Natiq maşında dedi ki, “hər kəsə məni at vurduğunu deyərik, sənə də problem yaranmaz, səhhətimdə ciddi bir şey yoxdur. Asta sür, mənə heç nə olmayacaq, bir balaca kəsilib”. Lakin Natiqin sonra üzü şişdi, nəfəsi kəsildi. Maşını qəsəbəyə sürüb orada tanışların vasitəsilə başqa maşınla Natiqi xəstəxanaya apardım. Sonra özüm evə getdim. Bir neçə saat sonra qardaşım bizə gəldi. Natiqin xəstəxanada öldüyünü dedi. Bundan sonra polisə gedərək təslim oldum. Natiqə xəsarət yetirdiyim bıçağı da bölməyə təqdim etdim”.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən qardaşı Adəmdən heç bir şikayəti olmadığını deyib: “Natiq mübahisə zamanı əlindəki çomağı Adəmin boğazına dirəyib. Qardaşım fiziki cəhətdən güclü olsa da, heç kimlə işi yox idi. Adəm qardaşımı tək öldürməyib. Qardaşımın başında olan yarığı gözlərimlə görmüşəm. Onlar Natiqi xəstəxanaya gec çatdırıblar. Amma Adəmdən şikayət və tələbim yoxdur”.
Məhkəmədə ifadəsi elan edilmiş Natiqin həyat yoldaşı isə hadisədən sonra Natiqlə danışdığını, ərinin ona “yaxşıyam” dediyini bildirib. Lakin az sonra onun ölüm xəbəri gəlib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adəm Quliyev 9 il müddətə azadlıqdan məhrum edilib.
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- Güclü yaddaş üçün banan yeyin
4 yanvar 2026 22:54
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
9 dekabr 2025 12:13
- Rusiyada azərbaycanlı diaspor rəhbəri Teyyub Hüseynov nə üçün SAXLANILDI ?
7 dekabr 2025 20:44
- Keçmiş Prezident həbsxanada BABA oldu
24 oktyabr 2025 23:48
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
24 oktyabr 2025 23:36
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
