Qadın şirkətin 423000 dolların mənimsədi - 100 min dollarını sevgilisinə
Bakı Ağır Cinayətlər Məhkəməsində film kimi cinayət işi araşdırma mövzüsudur.
İstintaqın qənaətinə görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov "Avto Tranasyol"un baş direktoru olub. Bu vəzifədə olarkən mühakimə olunub. Bundan sonra o, "Murov TSK" MMC yaradıb. 2018-ci ildə hazırda məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində dayanan Nelli Fabriçnayanı şirkətə işə götürüb.
Bu şirkət "Azərbaycan Dəmir Yolları" QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan Zeynalov işlərin görülməsi üçün kadrlar şöbəsinin müdiri olan Nelli Fabriçnayaya etibarnamə verib.
İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, tenderlərdən əldə olunan pulları orada yerləşdirilən seyfdə saxlayıb. İddia olunur ki, Nelli Fabriçnaya 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Həmin pullardan ümumilikdə 423 min dolları mənimsəyib.
İstintaqa ifadəsində Nelli Fabriçnaya deyib ki, pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib. O, xadimə və sevgilisinə ümumilikdə 103 min xərclədiyini açıqlayıb.
Əfqan Zeynalov iddia edib ki, Nelliyə etibar etdiyindən seyfi onun evinə qoyub. Onun etibarından istifadə edən Nelli Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib: "Guya, mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi".
Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin cinayət işi başlanması rədd edilib. Bu qərar Əfqan Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu məsələ ilə bağlı yenidən araşdırma aparsın.
İstintaq orqanı tərəfindən Nelli Fabriçnaya Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunub.
Təqsirləndirilən tərəf iddia edir ki, Əfqan Zeynalov yoxa çıxan vəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Nelli Fabriçnayanı şərləyir.
Əfqan Zeynalovun rəhbərlik etdiyi "Murov TSK" şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub.
Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan sonuncu prosesdə Sevinc Xəlilibadi ifadə verib. O istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirib ki, Nelli Fabriçnayanı, onun yaxın rəfiqəsi Mehriban Atakişiyevaya görə tanıyıb: "Mehriban Nellini mənə xeyirxah, ona mütəmadi maddi dəstək olan şəxs kimi tanıdıb. Mehriban bizə gəldi, dedi ki, yıxılmışam, qolum zədələnib. Həmin vaxt Əfqan Zeyanlov ona zəng etdi. Ünvan verdi, dedi ki, gəl görüşək. Mən də Mehribana qoşularaq Əfqanın yanına getdik. Həmin vaxt Nelli də Əfqanın yanında idi. İlk dəfə Nellini orada görmüşəm".
Şahid zərərçəkmiş Əfqan Zeynalovun suallarını cavablandırarkən deyib ki, həmin görüş zamanı onların arasında pul mübahisəsi barədə məlumatlı olmayıb və bu məbləği istintaq dövründə eşidib: "Məni Nəsimi rayon Prokurorluğuna çağırdılar. Bununla bağlı Mehribana zəng vurdum, soruşdum ki, məni niyə prokurorluğa çağırırlar, mənim bu işə nə adiyyatım var. Mehriban heç nə demədi. İfadə verməyə getdim. Müstəntiq səsimi özümə dinlətdi. Nelli, Əfqan, Mehribanla birlikdə olanda səsimi yazıblar".
Şahid deyib ki, Mehribanla həm qonşu, həm də rəfiqə olublar:
"Mehriban çox kasıb yaşayırdı. Teatrda xidimə işləyirdi. Votsapda hər gün qəmli statuslar paylaşırdı. Təxminən 2020-ci ildə Mehribanda yaxşılığa doğru ciddi dəyişikliklər getdi, adamın üzü gülürdü, yaşayış tərzi dəyişmişdi. Ondan bunun səbəbini soruşdum, dedi ki, Allah Nellinin köməyi olsun, bütün bunların hamısı onun sayəsində olub. Mehriban dedi ki, teatrdan başqa bir şirkətə də işə düzəlmişəm. Həmin şirkətin işçisi Nellinin ona köməklik etdiyini, oğlunun xəstəliyi ilə bağlı pul verib, kreditlərini bağladığını deyib. Nelliyə qədər Mehribanın hamıya borcu olub. Sonradan məlum oldu ki, Nellinin Mehribana xərclədiyi pullar şirkətin sahibinin imiş. Mehriban da bundan çox qorxmuşdu, Nelli də pullarını ondan geri istəyirdi. Sonra Əfqan müəllim dedi ki, ortada mənimsənilən pul 50 mindən çoxdur. Mehriban da borc-xərc edib, bu pulu ödədi. Mehribana görə qızıllarımı lombarda qoydum, pul götürdüm. Həmin pulu da Mehribana verdim. 7-8 minlik qızılların bu günə kimi də lombardadır".
Növbəti proses oktyabrın 27-ə təyin olunub. // Yeni Müsavat
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
- Millimiz Gürcüstana 0:6 uduzdu
6 fevral 2026 18:34
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
4 fevral 2026 18:27
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
