29 il əvvəlki qətlə görə tutulan şəxs tanınmış ekspertdir
Bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən 29 il əvvəl Bakıda Fikrət İbrahimovun yaşadığı mənzilində güllənərək öldürülməsi cinayətinin üstünün açılması barədə xəbər vermişdik.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uzun illər bağlı qalmış cinayəti törətməkdə şübhəli bilinən, həmin vaxt F.İbrahimovun iş yoldaşı olmuş Nazim Bayramov tanınmış şəxsdir. Keçmiş OMON-çu, Nazim Bayram adı ilə tanınan bu şəxs 1993-cü ildə Surət Hüseynovun dəstəsinə qoşulub, tank alayının komandiri olub. N.Bayram 1993-1994-cü illərdə dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı uzun müddət (10 ildən artıq) həbsxana həyatı yaşayıb. O, qətlə yetirdiyi deyilən Fikrət İbrahimovla birgə Surət Hüseynovun rəhbərliyi altında fəaliyyət göstəriblər. F.İbrahimov həmin vaxt S.Hüseynovun rəhbərlik etdiyi təşkilatın maliyyəçisi olub”.
Fotoda: 1993-cü ildə qətlə yetirilən Fikrət İbrahimov
.jpg)
Mərhum F.İbrahimovun bacısı Nurcahan Şəmsiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, N.Bayram qardaşı F.İbrahimovu sifarişlə qətlə yetirib: “Qardaşım Surət Hüseynovun rəhbərlik etdiyi qurumda iqtisadçı vəzifəsini tuturdu. 1993-cü ilin noyabr ayında qardaşım təhvil-təslim edib. Həmin vaxt o, dövlət qurumlarından birində yüksək vəzifəyə təyin olunacaqdı. Lakin təhvil-təslimdən dərhal sonra qardaşımı evdə başına bir neçə dəfə atəş açaraq qətlə yetirdilər. Özü də deyilənə görə Nazimlə qardaşım dost olublar. Yayılan məlumatlarda hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilsə də, mən bu versiya ilə razı deyiləm”.
N.Şəmsiyeva əlavə edib ki, həmin dövrdə qardaşı Nərimanov rayonundakı mənzildə tək yaşayırmış: “Hadisədən 3 gün əvvəl ət gətirmişdi ki, ona dolma bişirim. Ondan sonra ondan xəbər tuta bilmədik. Daha sonra digər qardaşıma dedim ki, Fikrət yoxdur, maraqlansın. 3 gün ondan xəbər olmadı və belə bir hadisənin baş verdiyi məlum oldu”.
N.Şəmsiyeva qeyd edib ki, başlanmış cinayət işinin gedişatı ilə bağlı bu gün onu prokurorluğa dəvət ediblər.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, 26 noyabr 1993-cü ildə zərərçəkmişin iş yoldaşı Nazim Bayramov Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşıb. 28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə istintaq davam etdirilir.
Onu da qeyd edək ki, Nazim Bayram cəmiyyətdə veteran hərbçi və hərbi ekspert kimi də tanınır. O, Vətən Müharibəsində veteranlardan təşkil edilmiş dəstədə də iştirak edib.
Nizam Rza
Fotoda: Nazim Bayram


- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
