“Xilaskar lider” - Müslümzadədən İnsanova qədər
Son 30 ildə müxalifətçilərin, hərəkatçıların, bütövlükdə xalqın hansısa siyasətçi, lider, kadr sarıdan umsuq olması hadisələri çox olub.
Bunun mexanizmi belədir: bir cürətli çıxışla, bir hünərvər hərəkətlə xalqın sevimlisi olanlar sonradan kütlələrin onların çiyninə yüklədiyi yükü daşıya, “ağ atlı xilaskar oğlan” ola, gözləntiləri doğrulda bilmirlər, nəticədə öz “qəhrəman” obrazları zədələnir və insanlar məyus olur.
Ən pisi odur ki, xalq da boş durmur, sonra başqa bir “qəhrəman” tapır, onu şişirdir, böyüdür, bütün ümidini ona bağlayır. Yenə axırda məlum olur ki, adam nə Mahatma Qandidir ki, bütün iztirablara, mərhumiyyətlərə dözə, nə Nelson Mandeladır ki, 27 il həbsdə qala, yolundan dönməyə.
Biz illərdir ki, adi, bir az savadlı, bir az cürətli insanların lider olmasını, önə çıxmasını arzulayır, onun az qala təkbaşına bütün problemləri həll edəcyini gözləyirik. İstəyirik ki, o ölümü gözə alsın, ailəsindən, qohum-əqrəbasından keçsin, yerə gəlsə, lap ölsün (eybi yoxdur), amma sona qədər çarpışsın.
Belə olmadıqda deyirik, “eh, bu da fıs çıxdı”, “bu da satıldı”, “bu da döndü” və s.
Son 30 ildə bu kimi “xalqı məyus edən lider”lərə dair misal gətirib ad çəksək, gərək A.-dan Z.-yə qədər gedək. Ancaq 30 ilin o yanında da “xalqı məyus edən” biri vardı. Bu Cahangir Müslümzadə adlı bir partiya xadimi idi, əvvəllər respublika komsomolunun rəhbəri olmuşdu. “Məyusluq” silsiləsinin ilk fiquru o idi.
C.Müslümzadə 1988-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının Sumqayıt şəhər komitəsinin 1-ci katibi olanda şəhərdə DTK-nın və erməni fəalların düzüb-qoşması, bizimkilərin də fitnəyə uyması ilə iğtişaşlar baş vermişdi, nəticədə erməni millətindən olan şəxslər zərər çəkmişdi. Buna görə də Kremlin göstərişi ilə Müslümzadəni vəzifəsindən götürmüşdülər.
Onun adı bir də həmin ilin noyabrında, xalq hərəkatının qızğın dönəmində hallanmağa başladı. Ölkənin paytaxtında və bir çox şəhərlərind keçirilən mitinqlərdə “Vernite Muslumzade”” (“Müslümzadəni qaytarın!”) transparantları qaldırılır, çıxış edənlər onun adını çəkir, nahaq yerə “vurulduğunu” qeyd edirdilər.
Hətta çayxanalarda, talvar altındakı söhbətlərdə belə iddialar vardı ki, Müslümzadə Azərbaycan KP MK-nın birinci katibi olmağa real namizəd olduğu üçün “köhnə qurdlar” (Həsən Həsənov, Ramiz Mehdiyev, Əfrand Daşdəmirov və b.) onun torbasını tikiblər.
Xalq arasında Müslümzadənin “çox savadlı, sanballı, Şıxəli Qurbanov kimi bir kadr olduğu” barədə fikirlər vardı.
Əgər 1988-ci ildə Cahangir Müslümzadə xalq hərəkatına qoşulsaydı, asanlıqla onun liderinlərindən birinə çevrilərdi, hətta 1989-cu ildə AXC yaradılanda təşkilatın 3-5 rəhbərindən biri də ola bilərdi. Amma o, bunu etmədi, partiya xətti ilə vəzifəyə qayıdacağına ümid edə-edə gözlədi.
1990-cı ildə Ali Sovetə keçirilən seçkilərdən qalib çıxanların biri də C.Müslümzadə oldu. O zaman xalq buna görə çox sevincək olmuşdu, hesab edirdi ki, bir “layiqli kadr”a qarşı haqsızlığa son qoyulub.
Gün gəldi, parlamentin canlı translyasiya olunan sessiyası işə başladı, gənc cəbhəçi deputatlar ard-arda o dövr üçün parlaq, cürətli, emosional çıxışlar etdikləri sırada bir gün Müslümzadə də söz aldı. O çıxışında özünü əsl kommunist kimi göstərməyə çalışdı, yeni nəsil siyasətçilərə (hərəkatçılara) mənfi münasibətini büruzə verəndə zaldan kimsə ona söz atdı.
Bu, C.Müslümzadənin bütün potensialının nədən ibarət olduğunu ortaya qoymasını tətiklədi. O boyda ad-sanın yiyəsinin sifət ifadəsi dəyişdi, tribunada hövlləndi və üzünü söz atana tutub son dərəcə əsəbi halda qışqırdı: “Bannama, ə, orda”. Vəssalam. “Layiqli, sanballı kadr” mifi bir cümlə ilə dağıldı.
Ertəsi gün daha heç kəs onun adını “layiqli kadr” kimi çəkmədi. Sonra C.Müslümzadə tamamilə unuduldu. İndi soruşsaq, çox az adam Azərbaycan tarixində elə bir kadrın olduğunu xatırlayar.
Yuxarıda dediyimiz kimi, sonradan “üfürülüb şişirdilmiş şarlar”ın fıss deyə boşalmasını çox gördük və hər şey adiləşdi. İndi baxıram, 3 il öncə türmədən qatı dissident kimi çıxmış, müxalifət liderinə çevriləcəyi gözlənilən Əli İnsanovun bir neçə gün öncə mövcud iqtidarı dəstəkləyəcəyini bildirməsi çox adamı məyus edib. Heç demə, ona da ümid bəsləyənlər, ondan gözləntisi olanlar varmış.
Nəhayət, ölkənin ictimai-siyasi fəalları bu xasiyyətlərini tərgitməlidirlər. Bu ölkədə (eləcə də dünyada) təkbaşına və ya öz xüsusi qrupu ilə bütün problemləri həll edəcək fövqəlinsan yoxdur. Heç kəsə elə böyük ümidlər bağlamaq olmaz. Ətrafında sıx birləşmək üçün yeni bahadır axtarmaq və tapmaq mərəzinə nə qədər tez son qoyulsa, bir o qədər yaxşı olar.
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
6 aprel 2026 19:21
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
3 aprel 2026 23:39
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
2 aprel 2026 20:09
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
