Füzulinin “Bəngü Badə”(Tiryək və Şərab) poeması narkotik və spirtli...

Rəşad Dağlı toylarda və el şənliklərində son illərin “kralı” hesab olunurdu və onun qazandığı şöhrət və pulu bəzilərinin qısqanclıqla qarşıladığı sirr deyil
Tanınmış meyxanaçı Rəşad Dağlının qətl törətməsi son aylar baş verən ən hay-küylü kriminal hadisə sayıla bilər. Məlumatlara görə, meyxanaçının qətlə yetirdiyi qonşusu İskəndər Mehdiyev digər məşhur meyxanaçı, son altı ayda Almaniyada olduğu deyilən Ələkbər Yasamallının dayısı oğludur. Həmçinin öldürülən şəxsin də meyxanaçı olduğu deyilir.
Qətlin söyüş üstündə baş verməsi iddia olunur. Belə ki, İskəndər Mehdiyev qonşusu Rəşad Dağlının arxasınca söyüş söyüb. Bunu eşidən meyxanaçı da onu görüşə çağırıb. Nəticədə mübahisə zamanı Rəşad Dağlı qonşusuna, iddialara görə, 7 bıçaq zərbəsi vuraraq, onu həyatdan məhrum edib. Bakupost.az-ın əldə etdiyi məlumata görə, Rəşad Dağlı və qətlə yetirilən İskəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə ikincinin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.
Sayt məlumatlı mənbəyə istinadla yazır ki, uzun illərdir dostluq edən Rəşad və İskəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İskəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İskəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə “yox” cavabı verməsi isə İskəndərin xoşuna gəlməyib. Mənbə onu da bildirdi ki, bundan sonra İskəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına “ilişib”.
Təxminən 1 həftə öncə toylardan birində Rəşad Dağlı narkotik satanları tövbə etməyə çağıraraq “barıqalar gedib, o malı evinə satsın, atası da pul qatlasın, anası da pul qatlasın”, - deyə qafiyə tutub. Bu da narkotik satan “barıqalar” üçün olduqca ağır gələ bilərdi. İddialara görə, narkotik satanlara ünvanlanmış sözlər İskəndər Mehtiyevin xoşuna gəlməyib və Rəşadın arxasınca söyüb. Bunu eşidən meyxanaçı da özünün “NİVA” markalı avtomobilində İskəndər Mehtiyevlə görüşə gedib. Aralarında yaranan mübahisə zamanı, məlumatlara görə, Rəşad İskəndərin ürək nahiyəsinə 9 bıçaq zərbəsi vurub. Nəticədə o ölüb.
Qətlə yetirilən İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
Rəşad Dağlı noyabrın 10-da prokurorluğa gətirilib. Qaradağ Rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb. Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra istintaq hərəkətləri ilə bağlı hadisə yerinə aparılıb.
“Xəzər” TV-nin efirində yayımlanan “Təsir Dairəsi” verilişində Rəşad Dağlının dostu, prodüser Ataş Hüseynov deyib ki, məşhur meyxanaçı narkomaniyaya qarşı olub. O bildirib ki, Rəşad Dağlını illərdir tanıyır və o, insanlara ziyan verən adam olmayıb: “Mən hadisənin nə şərtlərdə, nə səbəbdən baş verdiyini bilmirəm. Rəşad haqqında bir onu deyə bilərəm ki, gör nə vəziyyət yaradıblar ki, onu vurub. Düşünürəm ki, Rəşad özünü müdafiə edib. Rəşad sülhsevən adam olub. O, heç efirlərə çıxmırdı ki, qalmaqaldan, söz-söhbətdən uzaq olsun. Onu hansı həddə çatdırıblar ki, Rəşad tək gedib görüşməyə. Rəşad Dağlı heç vaxt üzərində bıçaq gəzdirən adam olmayıb. Heç kim deyə bilməz ki, o, nə vaxtsa üstündə bıçaq gəzdirib. Bəlkə də bıçağı qarşı tərəf çıxarıb, kim bilir. Ola bilsin ki, özünü müdafiə edib. Bu məsələlər ekspertizadan sonra dəqiqləşəcək”.
Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atasının qətl törətməsinə ilginc reaksiya verib, hadisəni “tələ” kimi qiymətləndirib. O, sosial media hesabında “Əziz izləyicilər, atamı tələyə saldılar! Dəstəyinizə və dualarınıza görə çox sağ olun! Bizimki də buraya qədər imiş...” sözlərini yazıb.
Pərviz Bülbüləli sosial şəbəkə hesabında Rəşad Dağlı ilə fotosunu paylaşaraq, bu sözləri əlavə edib: “Ağlımın ucundan da keçməzdi ki, səninlə paylaşdığım şəklin şərhində "Allah fərəc versin" yazaram. Allah qapını açsın, şair... Hər ağızda bir Amin var".
Rəşadın yetirməsi olan meyxanaçı Cahangeşt Balaxanlı isə bunları yazıb: “Allah özü sənə yar olsun, qardaşım. Sənin necə insan olduğunu səninlə şəxsi tanışlığı olmayan insan sərrafları da yaxşı bilir. Dualarımız səninlədir. Tezliklə görüşmək ümidi ilə...”
Qeyd edək ki, 1994-cü ilin fevralında meyxanaçı Məşədibaba həm də yaxın dostu olan Elçini öldürmüşdü. Bu iki şəxs eyni kəndin - Maştağanın yetirmələri, həmkar olmaqları ilə yanaşı, yaxın dost olublar. Sonu faciə ilə bitən bu dostluq, deyilənə görə, onların bəzi həmkarlarını da narahat edirmiş. Çünki onlar hər ikisi olduqca istedadlı meyxanaçı və qəzəlxan kimi göz görə-görə rəqiblərini ötüb keçirdilər. Sonu ölümlə nəticələnən bu anlaşılmazlığa dumanlı məclislərin birində Elçinin deyişmə zamanı dediyi çox adi bir ifadə səbəb olub. Sonradan şişirdildiyi kimi, həmin ifadədə “ana, arvad” və s. kimi ifadələr də səslənməyib. Hətta Elçinin o cavabını Məşədibaba təbəssümlə qarşılayıb və dostuna cavab verib, meyxana davam edib. Amma kənarda verilən “fətva”lar sonda Elçinin qətli ilə nəticələndi. Əks halda, bir-birinə bu qədər yaxın olan iki dost arasında ölümlə bitəcək bir problem yarana bilməzdi. Adam öldürməsinə rəğmən Məşədibaba 6 il həbs çəkdi, amma həmin hadisədən sonra bir ömür peşmanlıq yaşadı və sonda faciəvi şəkildə canına qıydı. Rəşad Dağlı toylarda və el şənliklərində son illərin “kralı” hesab olunurdu və onun qazandığı şöhrət və pulu bəzilərinin qısqanclıqla qarşıladığı sirr deyil. İndi Rəşad Dağlı əfsanəsi bitdi və onu rəqib kimi görənlərin bazarı açıldı...
Yazıçı, publisist Həmid Herisçi deyir ki, bu gün İranla qarşıdurma var deyə, bu məsələni də İrana bağlayanlar yanılırlar. O, “Yeni Müsavat”a deyib ki, baş vermiş olaydan istifadə edib meyxana sənətini aşağılamağa çalışanlar da var: “Meyxana sırf Azərbaycan xalqına məxsus olan sənətdir. İranda bu sənət yoxdur. Yeganə xalqıq ki, bədahətən şeir deyirik. Bakılılar buna "dəmyə meyxana" deyir. Bakı, Bakıətrafı kəndlərdə bədahətən şeir deyən insanlar az deyil. Əruz vəzninin bir qədər yayğın formasında deyilir belə şeirlər. Bu da janrın xüsusiyyətidir. Qəzəl klassikadır, meyxana postmoderndir. Meyxana saray ədəbiyyatı deyil, kütləvi bir sənətdir. İndiki dövrün tələbi də kütləvi mədəniyyətdir. Avropalılar bizə kütləvi mədəniyyətlərini sırımaq istəyirlər, ancaq Azərbaycanın öz xüsusiyyəti, mədəniyyəti var - meyxana.
Həmid Herisçi
Rəşad Dağlı söz xiridarıdır, onu da bu yolla sənətdən uzaq saldılar. Bu, meyxananın xüsusiyyətidir, bu sənətdə itkilər həddən artıq çoxdur. Gərək özünü qoruyasan. Bu, şair taleyidir. Bugünkü şair meyxanaçıdır. Əsl şairlər meyxanaçılardır deyə başları daim qalmaqaldadır. Bu, sırf şair taleyidir. Müşfiq, Əliağa Vahid şair talelərini yaşayıblar. Meyxanaçılar şair taleyini cəmiyyətə qaytardılar. Onların sənətinin sifarişçisi xalqdır. Amma xalq sifarişinin öz təhlükələri də var. Bu təhlükə Simurq quşu kimi yanmaq tələb edir.
Həmid Herisçi deyir ki, Məhəmməd Füzulinin “Bəngü Badə”(Tiryək və Şərab) poemasının mövzusu da narkotik və spirtli içkilərə aiddir: “Meyxana, sənət yolu ağrılı yoldur. Burada min cür büdrəmə, bədxahlıq, təhrikçilik, gözügötürməzlik var. Əsl şairlərin bədxahları daim yanlarında, ətraflarında olur. Rəşad Dağlı da xalqın sevdiyi şairdir, şair həyatını da yaşamalı olur”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 2025 20:31
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 2025 17:38
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
8 oktyabr 2025 02:31
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
7 oktyabr 2025 10:06
- Xəzərdə əməliyyat – Sərhəddə 510 KQ narkotik aşkarlandı
4 oktyabr 2025 14:04
- Azərbaycan üzərindən Gürcüstana 200 KİLO (50 MİLYON DOLLAR ) HEROİN keçirən iranlı həbs olundu
29 sentyabr 2025 00:29
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 2025 14:43
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 2025 22:34
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 2025 21:00
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 00:37
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54