- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
Əylislidən Anar haqqında ŞOK açıqlamalar: “Həsənov, Ramiz Mehdiyev...”

Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı arxada qalsa da, yazıçı Əkrəm Əylisli yeni mübahisələrə səbəb olacaq sensasion açıqlama verib. O, Yenisabah.az-a müsahibəsində 35 il əvvəl Anarın AYB-yə necə sədr seçildiyini, AYB-nin o vaxtkı sədri İsmayıl Şıxlıya qarşı kimin sifarişi ilə “üsyan” qaldırıldığını açıqlayıb.
“O vaxt Anarı vəzifəyə təklif edənlərdən biri mən olmuşam. Təklif isə Mərkəzi Komitənin katibi Həsən Həsənovdan gəlib. O, mənə və bu gün orada Anarı müdafiə edənlərin hamısına bircə-bircə zəng edib demişdi ki, İsmayıl Şıxlını yıxın, Anarı onun yerinə gətirin. Biz də bunu etmişdik, mən də etmişəm, çünki Həsən Həsənov ziyalılar arasında çox böyük avtoritet sahibi idi. İndi deyirlər ki, guya azad şəkildə seçki oldu və Anar seçildi, xeyr, Anarı Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov tapşırmışdı. Bilmirəm, Kamran Bağırov niyə İsmayıl Şıxlını oradan çıxarıb Anarı gətirmək istəyirdi, amma bunu etdi. Bu gün də bunun səbəbini bilmirəm. İndi Anar deyir ki, İsmayıl Şıxlı özü gedib, xeyr, İsmayıl Şıxlı getmək fikrində deyildi. Həmin iclasa Ramiz Mehdiyev də gəlmişdi. Mehdiyev gəlib dedi ki, Rəyasət Heyəti qərar çıxarıb ki, İsmayıl Şıxlı yerində qalsın və məsələyə baxılmayacaq. Ramiz Mehdiyevin tələbini mən pozdum, bunu da Həsən Həsənovun xatirinə etdim, küyə getdim. Hətta sonradan Həsən Həsənov mənə zəng edib Kamran Bağırovun təşəkkürünü də çatdırdı”.
Baba Vəziroğlu: “Biz o vaxt Əkrəm Əylisliyə ustad deyirdik... ”
Ə.Əylisli Baba Vəziroğlunun “biz gənc yazarlar olaraq yığışdıq, Əkrəm Əylisli bizdən böyük idi, onunla da məsləhətləşib vəzifəyə Anarı təklif etdik” fikrinə belə reaksiya verib: “Yalan deyir! Onların hamısına Həsən Həsənov zəng eləyib tapşırmışdı. Həsən Həsənov sağdır, kim istəsə, ondan da soruşsun. Məni bu məsələyə görə zorla rayondan gətirtdilər, rayonda ev tikdirirdim, raykomun katibi gəldi yalvardı ki, sən Bakıya get, çağırırlar, mən işçilərin üstündə dayanaram. Mən də gəldim, haradan bilərdim ki, bu adam bu qədər mənsəbpərəst, vəzifəpərəst, hər şeyini vəzifəyə qurban verə biləcək biridir. Mən bunu bilmirdim, bilsəydim, belə şey eləməzdim. Həsən Həsənov olmasaydı, başqa bir dövlət adamı məndən bunu istəsəydi, etməzdim. Sadəcə, Həsən Həsənova böyük hörmətim var idi. O, həmin vaxt Azərbaycan yazıçılarını yaxşı tanıyırdı, bizim keşiyimizdə dayanmışdı, hörmət edirdi, böyük ziyalı idi. O qədər şey var ki, bu gün desən də camaatı inandırmaq olmur”.
O, Anarı müdafiə edənlərin ədəbiyyat qayğısında olmadığını bildirib: “İndi Anarı mədh edənlər ədəbiyyat qayğısında deyillər, onlar ədəbiyyatın inkişafında maraqlı deyillər. İdeologiya faktiki olaraq belə adamların əlinə düşüb, onlar da kefləri istədiyi kimi onu oynadırlar. Sabiq, güclü bir mərkəz yoxdur ki, buna nəzarət etsin. Zəmanə tamamilə dəyişib”.
Xatırladaq ki, xalq yazıçısı İsmayıl Şıxlı 1986-87-ci ildə, yəni yalnız bir il ərzində Azərbaycan Yazıçılar Birliyinin rəhbəri vəzifəsində çalışıb. 1987-ci ildən (35 il) bu günə qədər isə Anar quruma rəhbərlik edir. Sonuncu dəfə o, bu ilin oktyabr ayında qurumun 13-cü qurultayında yenidən bu vəzifəyə seçildi. Qurultaydan bir müddət keçməsinə baxmayaraq, onun ətrafında gedən müzakirələr hələ də davam edir.
Maraqlıdır, 35 il əvvəl həqiqətən də Anar “yuxarılar”ın göstərişi və əli ilə AYB-yə sədr seçilib? Xalq yazıçısı İsmayıl Şıxlının oğlu Elçin Şıxlı atasının AYB sədrliyindən getməsi barədə Əkrəm Əylisinin dediyi faktları bilirdimi?
Elçin Şıxlı: “Deyilən faktlar ailəmizə bəlli idi... ”
Məsələ ilə bağlı Elçin Şıxlı “Yeni Müsavat”a danışıb. O, deyilən faktları inkar etməyib: “Ola bilsin ki, bu məsələ ictimaiyyət üçün sensasiyalı bir faktdır, lakin mənim və ailəm üçün heç də sensasiya deyil. Çünki hər şey bəlli idi və müəyyən detallar var ki, onu da Həsən Həsənov, yaxud sağ qalan adamlardan soruşmaq lazımdır. Yəni bəli, belə proseslərin getdiyini bilirdim. Deyilən həmin Rəyasət Heyətinin toplantısı atamın şəxsi istəyi ilə çağırılıb və səsvermə 2 dəfə olub. Atam ərizəsini təqdim edib və bildirib ki, "mən gedirəm". Beləliklə, iki dəfə səsvermə olub və səsvermələrin ikisində də atamın ərizəsini rədd ediblər. Axırda atam deyib ki, “mən zarafat etmirəm, siz mənim lehimə nə qədər səs versəniz də mən gedirəm və fikrim, qərarım qətidir!” Bundan sonra Anarın namizədliyi verilib və seçilib".
Elçin Şıxlı Anarın 35 il əvvəl və sonuncu 13-cü qurultayda sədr seçilməsini bu cür dəyərləndirdi: "35 il əvvəl də, indi də yazıçılar yığışıb, onu seçdilər. O ki qaldı bundan narazı qalanlara, narazılar həmişə var. Bu, ədəbiyyat ictimaiyyətinin işidir. İstəmirlərsə, yığışıb başqasını seçərlər. Lakin qurultay keçiriləndə gördüm ki, zalda hamı onu istəyir".
Rəşad Məcid: “O yaşda yazıçıya o cür danışmağı yaraşdırmıram”
AYB-nin sədr müavini Rəşad Məcid isə 35 il əvvəl baş verən prosesi bu cür xatırladı: “Xatırlayıram ki, həmin toplantı, Anarın AYB sədri seçilməsi ilə bağlı təkliflər, müzakirələr necə olmuşdu.
Belə bir ictimai təşkilata rəhbər seçilməsində həm yazıçıların, həm də dövlət qurumlarının, yəni ümumi bir rəy olur. Hətta Anarın “Unudulmaz görüşlər” əsərində bu məsələ ilə bağlı hələ 1987-ci ildən öncə müzakirələr getdiyi göstərilir. Həmin vaxt Azərbaycan ədəbi ictimai fikrində belə bir ümumi rəy var idi ki, AYB-nin sədri Anar olsun, onu arzulayırdılar. Mən də cavan idim və xatırlayıram ki, çayxanalarda cavanların çoxu Anarın AYB sədri olmasını istəyirdi. Əkrəm Əylisinin dediklərinə gəldikdə, bu yaşda olan yazıçının o cür qeyri-etik leksikonla danışmasını yaraşdırmadım. Ümumiyyətlə isə Əkrəm Əylisli müxtəlif dövrlərdə bu mövzunu qaldırıb. Anarın da həmişə ona cavabı olub ki, həmin vaxt onun namizədliyini dəstəkləyənlərdən biri elə Əkrəm Əylisli olub. Hesab edirəm ki, bu məsələyə medianın qarışması heç lazım deyil. Çünki Əkrəm Əylisinin danışıqlarında həmişə təzadlı məqamlar olub".
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu da onu “yalançı” adlandıran Əkrəm Əylisliyə cavab verib. Yenisabah.az saytına danışan Baba Vəziroğlu qeyd edib: “Əkrəm Əylislinin açıqlamasını oxudum. O öz versiyasını deyib, mən də öz versiyamı demişəm. Mənim versiyam özümə görə dəqiqdir, çünki mən bilirəm ki, mənə heç kəs Anarın seçilməsi ilə bağlı nə isə deməyib. Nə Həsən Həsənov, nə də qeyri bir hökumət adamı mənə hər hansı tapşırıq verməyib. Mən o vaxt gənc yazar idim, partiya orqanları ilə ünsiyyətim yox idi ki, mənə tapşırıq verəydilər. Biz özümüz - Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Mövlud Süleymanlı yığışdıq və bu qərara gəldik ki, Anar sədr olsun. O vaxt Əkrəm müəllimin ətrafında idik, ona ustad deyirdik. Elə indi də ona ustad deyirik, Əkrəm Əylisli böyük yazıçıdır. Bundan sonra plenum oldu və orada Anarın namizədliyini verdik. İsmayıl Şıxlı da orada özünü çox mərdi-mərdanə apardı, elə ilk çıxışında Azərbaycan kişisinə xas xüsusiyyəti onda gördüm. O, həmin vaxt özünü əsl Cahandar ağa kimi apardı. Plenumda "İsmayıl müəllim yaxşı kişidir, amma işində nöqsanlar var" fikirlərini eşidən kimi, tez onların sözünü kəsdi. Məclis başlamamış dedi ki, “ay balam, bilirəm nə demək istəyirsiniz, siz Allah, qan qaraldıcı söhbətlər etməyin, mən gedirəm, müəllimlik üçün də darıxmışam”. Hamıya uğurlar arzulayıb, qalmaqalsız, ağsaqqal müdrikliyi ilə işdən ayrıldı. Başqa, vəzifədən zəli kimi yapışan bir adam olsaydı, bəlkə də çox biabırçılıqlar olardı, amma İsmayıl Şıxlı ovqatı başdan hiss etdi və xoş üzlə getdi. Mehriban bir plenum olmuşdu, bu məsələni bu qədər dramatikləşdirmək lazım deyildi. Bəlkə də həmin plenum Yazıçılar Birliyinin ən mehriban vəzifə dəyişikliyi idi. Mən hadisələri belə xatırlayıram".
B.Vəziroğlu Anarın sədr seçildiyi vaxt heç bir dövlət adamından zəng almadığını bildirib: “Həmin vaxt mənə heç kim zəng etməmişdi ki, Anarı sədr seçin. Eləcə də digər cavanlara. Kim bizi o zaman yüksək qiymətləndirirdi ki, zəng də edəydilər? O boyda Nazirlər Kabinetinin sədri bizə zəng edib belə bir söz deməyi heç özünə sığışdırmazdı. Əgər elə desəydi, bizim gözümüzdən düşərdi. Mən Həsən Həsənovun da, Əkrəm Əylislinin də xətrini çox istəyirəm, amma mənim yadımda qalan hadisə məhz o cür olmuşdu. Kiminsə yadında başqa cür qalıbsa, bu artıq mənim səlahiyyətlərimdən kənardadır”.
“Yeni Müsavat”
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 2025 02:01
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 2025 01:12
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 2025 23:51
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 2025 23:03
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 2025 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 2025 15:35
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 2025 22:45
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 2025 13:23
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 2025 01:46
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 11:16
- Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç
13 sentyabr 10:12