Şəhid ailəsi QAZ borcuna görə möhlət istəyir
Vətən müharibəsi şəhidi, leytenant Şahmar Səfərovun anası Pakizə Səfərova "Azəriqaz" İstehsalat Birliyinə olan borcunun ödənilməsi ilə bağlı ona möhlət verilməsini istəyir.
Şəhid anası bununla bağlı "Qafqazinfo"ya müraciət edib. P. Səfərova bildirib ki, ailəsinin Masazırda istixana təsərrüfatı var, yeddi bacı-qardaş illərdir ki, bu təsərrüfatla dolanırlar. Mart ayından bəri isə istixananın qazı kəsilib. Ananın sözlərinə görə, son iki ildə məhsullara xəstəlik düşməsi səbəbindən qaza 300 min manata yaxın borcları yaranıb: “Ötən il bu problemlə bağlı Azəriqaz İB-yə getdim. Məni qəbul elədilər, razılaşdılar ki, borcu hissə-hissə ödəsinlər. Biz də borcun 73 min manatını ödədik. Hazırda da əlimizdə 43 min manat pul var və onu ödəmək istəyirik. Lakin mart ayından bəri qaz kəsilib indi də verilməyib”.

Şəhid ailəsinin problemi ilə bağlı “Azəriqaz” İB-yə müraciət etdik. Qurumdan bildirildi ki, ailənin 2019-cu ildən birliyə borcu olub. O vaxtdan bəri bir neçə dəfə protokol tərtib olunub və ailə öhdəlik götürüb ki, borcu ödəyəcək: "Lakin indiyədək borcun 82 min manatı ödənib, hamısı ödənməyib. Hazırda 292 min manatdan çox borc qalıb. Bu dövlətin ixtiyarında olan məsələdir. Belə hallarda borc yüz faiz ödənməsə, qaz verilişi bərpa olunmur. Lakin ailənin şəhid ailəsi olduğu nəzərə alınıb, onlara borcun 70 fazinin ödənməsini təklif edilib. Əgər borcun 70 faizi ödənsə, qaz bərpa oluna bilər”.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü Şahmar Səfərov Vətən müharibəsində Kəlbəcər rayonu istiqamətində "Şahin-93" döyüş mövqeyi uğrunda gedən döyüşlərdə şəhid olub. Savaşın ilk günü şəhidlik zirvəsinə ucalan Şahmar Səfərovun nəşi 52 gün sonra tapılaraq ailəsinə təhvil verilib. O, döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları, "Qarabağ" ordeni ilə təltif olunub.
Gülnar Əliyeva



- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
2 aprel 2026 12:31
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
1 aprel 2026 23:01
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
