Niyə Tağıyev ənənələri davam etdirilmir..?
İnsan yaradılışdan özünəməxsus xüsusiyyətlərə malik olur. Bu xüsusiyyətlərdən, insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır.
Bu, insanlar arasındakı münasibətlərə də öz təsirini göstərir. Xeyirxahlıq odur ki, sən qarşı tərəfdən heç nə gözləmədən ona yaxşılıq edirsən. Keçmişə nəzər yetirsək, görərik ki, sözügedən xüsusiyyət ənənə olaraq gəlib, bu günümüzə çıxıb. Lakin əvvəllər xeyriyyəçilərin sayı çox idi. İmkanlı şəxslər xeyriyyəçiliklə məşğul olurdular. İndi isə sanki sayları azalıb. Bəziləri hətta bunu etməkdən belə qaçırlar.
Bəs görəsən, indi niyə Tağıyevlər yoxdur? Bu, nə ilə əlaqədardır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən yazıçı Varis Yolçuyevin sözlərinə görə, ötən əsrdə xeyriyyəçilər xalqın içərisində olduğu üçün nəcib işlərlərlə məşğul olurdular:
“20-ci əsrin əvvəllərində Azərbaycanda sənaye burjuaziyası, daha dəqiqi neft burjuaziyası təşəkkül tapmışdı, ən məşhur nümayəndəsi Hacı Zeynalabdin Tağıyev idi. Onların gəlirləri artdıqca, milyonlar qazandıqca bu pulun bir hissəsini xalqın güzəranına, maariflənməsinə, mədəni səviyyəsinin yüksəlməsinə xərcləyirdilər. Məktəblər açır, mətbuata, teatra pul ayırır, xaricdə tələbələr oxudur, xəstələri müalicə etdirir, arxitektura şedevrlərinə sərmayə qoyurdular.
İnsanların bu qədər nəcib işlərə imza atmalarının yalnız bir səbəbi vardı, onlar sadə xalqın içindən çıxmışdılar, öz xalqlarına bağlılıqlarını belə göstərirdilər. Və halal qazandıqları pulu ürəklə xeyriyyə işlərinə sərf edirdilər”.
V.Yolçuyev qeyd edib ki, indi isə imkanlı şəxslərin məqsədi xalqa fayda vermək deyil, tam əksidir:
“Ümumiyyətlə, bütün xalqların inkişafı milli burjuaziyanın formalaşması hesabına başa gəlir. Çox təəssüf ki, bu gün Azərbaycanda milli burjuaziya bir sinif olaraq mövcud deyil. Özü pul qazanıb dövlətinə və xalqına fayda verən bu təbəqə yoxdur, əvəzində biznesin böyük hissəsini əlində cəmləşdirən inhisarçı məmur təbəqəsi var ki, onların da məqsədi xalqa fayda vermək deyil, büdcədən daha çox pul talamaqla özlərinə xaniman qurmaqdır”.
Yazıçı, publisist Həmid Herisçi isə əlavə edib ki, Tağıyevin həmin məktəb ənənələri bərpa oluna bilər:
“Mənim nənəm Zəhraxanım Axundova Tağıyevin qızlar məktəbini bitirib. O mənə danışardı ki, məktəbin məzunlarının buraxılışında qəbul günü keçirilirdi və ora gələn şəxslər xeyriyyə pulları verirdilər”.
H.Herisçi bu gün xeyriyyəçilərin məqsədinin başqa olduğunu qeyd edib:
“Xeyirxahlıq edənlər iki cürdür. Bəziləri açıq, digərləri isə qapalı edir. Etdiyi əməli dilə gətirənlər də var, bu haqda ümumiyyətlə danışmayanlar da. Xeyriyyə işləri təbliğat üçün deyil. Təəssüf ki, 99 faiz təbliğata xidmət edir. Kimlərinsə başqa maraqları olur. Məqsəd orada xeyriyyə deyil, tamam ayrıdır”.
Nəzrin Vahid
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
4 aprel 2026 00:06
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- Pezeşkian İlham Əliyevə zəng etdi
2 aprel 2026 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
2 aprel 2026 18:12
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
1 aprel 2026 21:37
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 2026 20:27
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
