Vidadi Muradovun 1 milyondan çox borcu olan oğlu məhkəməyə verildi
İdman17 noyabr 2022 13:32

Azərbaycanın aparıcı banklarından olan "Xalq Bank” ASC "Azərxalça” ASC-nin sabiq sədri Vidadi Muradovun oğlu Aydın Muradovu məhkəməyə verib.
Dekabrın 12-də Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə hazırlıq iclası keçiriləcək. "Xalq Bank” ASC-nin iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Bank Aydın Muradovla bərabər "Azər İlmə” MMC və Muradova Rəhilə Cəbrayıl qızı barəsində də iddia qaldırıb.
Məlumat üçün bildirək ki, "Azər İlmə” MMC Vidadi Murodov tərəfindən 1994-cü ildə təsis olunub. Nizamnamə kapitalı 683 min 616 manat olan MMC-nin hazırda dövlət büdcəsinə 1 milyon 80 min 252 manat 37 qəpik vergi borcu da var.
Qeyd edək ki, tarix elmləri doktoru olan Vidadi Muradov 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilib və 5 gün sonra - 4 noyabr 2021-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
Vidadi Muradovun oğlunu məhkəməyə verən "Xalq Bank” ASC 2004-cü ildə təsis olunub. "Xalq Bank” ASC-nin səhmdarları "İdeal Biznes Ko” MMC (50%), "Yevro Standart” MMC (33,85%) və "AMAL İnvest Qrup” MMC olub. "Xalq Bank” ASC-nin hesabatında hər iki şirkətin hüquqi ünvanı kimi "Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan "Paşa Holdinq” yerləşir. "Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri Bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.//Yeniavaz.com
Oxşar xəbərlər
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 2025 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 2025 20:42
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 2025 16:16
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 2025 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 2025 13:27
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 2025 13:00
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 2025 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 2025 08:25
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 2025 22:26
Xəbər lenti
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 00:37
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
Video & Fotoqalereya
Video
Fotoqalereya