“Ona çox zülm edirdi” - Atanın öz oğlunu öldürməsinin təfərrüatı
Qubada 35 yaşlı oğlu Sərraf Vahabovu öldürən 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, N.Vahabov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sözügedən hadisə bu ilin mayında baş verib. Həmin gün Nüsrət Vahabov evə sərxoş vəziyyətdə gələrək bazardan aldığı əti doğramağa başlayıb. Bu zaman oğlu Sərraf Ramazan bayramı günü spirtli içki qəbul etməsi ilə əlaqədar atasına irad tutub. Nəticədə tərəflər arasında ciddi mübahisə yaşanıb.
Mübahisə əsnasında Sərraf atasına yumruqla və həyətdə istifadə olunan bellə zərbələr endirib. N.Vahabov isə oğlunu cəzalandırmaq məqsədilə cibindən çıxardığı bıçaqla onun ürək nahiyəsinə zərbə endirib. Nəticədə oğlu qanitirmədən ölüb.
Məhkəmə ifadə verən N.Vahabov bildirib ki, oğlu narkotik alüdəçisi olub:
“Hadisə günü bazardan evə gəlib aldıqlarımı mətbəxə yerləşdirən vaxt oğlu da evyanın digər tərəfində idi. Daha sonra oğlum yanıma gəldi, həmin vaxt gözləri qızarmışdı. Bir anda Sərraf başıma vurdu, başım qanadı. Qanı yumaq üçün çölə çıxanda arxadan gəlib kürəklə məni vurmağa başladı. Hər yerim yaralanmışdı. Oğlumun əlindən qurtulmaq üçün evin eyvanına tərəf getdim, bu zaman Sərraf da arxamca gəldi. Oğlum üzərimə gələn vaxt bıçaq ona batdı. Bütün bunlar iki dəqiqə ərzində baş verdi. Hər gün 200 qram araq içirdim, hadisə vaxtı evdə ikimizdən başqa heç kim yox idi. Onun ağır yaralandığını da bilməmişəm. Hadisədən sonra elə orada gözlədim, polislər gəldikdən sonra isə onlarla birlikdə getdim, əməlimdən çox peşimanam”.
Məhkəmədə zərərçəkənin həyat yoldaşı da ifadə verib. O bildirib ki, əri narkotik, qayınatası isə spirtli içki alüdəçisi olub. Qadının sözlərinə görə, Sərraf Vahabov narkotik maddələrin təsiri altında dəfələrlə həm onu, həm də ailə üzvlərini döyüb, anasından isə məcburi pul alıb.
Məhkəmədə şahid qismində dindirilmiş Çeşminaz Vahabova isə bildirib ki, hadisə günü evə daxil olan zaman oğlu ilə ərinin dalaşdığıı görüb, lakin Sərrafın necə bıçaqlandığını bilməyib:
“Sadəcə gördüm ki, oğlum ürəyini tutub. Sərraf mənə “Ana, atam məni ürəyimdən vurdu” dedi. Onun barmaqlarının arasından qan gəldiyini görüb suyu Səffarın üzərinə tökdüm, dedim ki, qorxmasın, ona heç nə olmayacaq. Təcili tibbi yardıma zəng etmək ağlıma gəlmədi, çağırış edəndə isə artıq gec idi. Sərraf atası Nüsrətə çox zülm edirdi, buna görə də Nüsrət ona dəfələrlə “Mənə bu qədər zülm eləmə, səni göndərəcəm” deyirdi, yəni polisə şikayət edəcəyini bildirirdi. Bunu dediyi zaman isə Sərraf atasının boynundan yapışıb ona əziyyət verirdi”.
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
6 yanvar 2026 23:38
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
