Gömrük Komitəsinin mühafizəçisi həbs edildi: “Qaymaq” kafesində nələr
Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks” Birliyinin Gömrük infrastruktrunun mühafizəsi xidməti üzrə Enerji şöbəsinin mühafizəçisinə höküm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kəndində anadan olmuş Kərim 2019-cu ilin aprel ayından 2022-ci ilin fevral ayınadək gizir rütbəsində sözügedən qurumda xidmət edib. Onun həbs edilməsinə səbəb bir neçə nəfəri Gömrük Komitəsinə işə və təqaüd düzəltmək adlı ilə "Qaymaq” kafesində aldadaraq, aldığı pulları qaytarmaması olub.
Zərərçəkmiş, təqaüddə olan hərbçi Qabil adlı şəxs 10 ildən artıqdır ki, Kərimi tanıyırmış. Söhbət əsnasında Kərim ona tanışı olarsa, pul müqabilində Komitədə işə düzəldə biləcəyini bildirib. Həmçinin DGK-da tanış vəzifəli şəxslərin əli ilə təqaüd və pensiya düzəlmək imkanının olduğunu da deyib.
Qabil Kərimin sözlərinə inanaraq Ağcabədi rayonunda yaşayan tanışı, keçmiş polis işçisi Cəlalətlə danışıb. Cəlalət 1-ci Qarabağ müharibəsində iştirak edərək yaralanıb və II ci qrup əlil olduğu üçün təqaüd alırmış. Qabil Kərimlə danışaraq bu işi həll edəcəyini, həmçinin həyat yoldaşı Ağgün üçün də təqaüd düzəldəcəyini deyib.
Cəlalət 2021-ci ilin 5 noyabrında Ağcabədidən taksi ilə ona 7000 manat pul, özünə və həyat yoldaşına aid sənədləri göndərib. Qabil pulu və sənədləri Xətai rayonu ərazisində yerləşən "Qaymaq” kafesində Kərimə verib. Sonuncu dekabr ayının sonuna qədər bu məsələnin həll olunacağını bildirib.
O, hətta Qabili onun üçün 2000 manatdan çox pensiya təyin etdirəcəyinə, həyat yoldaşına də təqaüd düzəldəcəyinə inandırmağı bacarıb. Bunun üçün Kərimdən həyat yoldaşı Nəcibənin xəstəlik sənədlərini gətirməyi istəyib. Bildirib ki, ona II qrup əlillik təyin etdirəcək və ayda 370 manat təqaüd alacaq. Qabil bu iş üçün 2021-ci ilin 8 noyabrında "Qaymaq” kafesində ona 9000 manat pul verib. Sonuncu söz verib ki, dekabrın axırınadək bu məsələlər də həll olunacaq.
Kərim həmçinin eyni tarixdə Qabilin yaxın tanışı olan Elvini də Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə inandırıb. Qabillə Elvin Əhmədli qəsəbəsində Kərimlə görüşüblər. O, bu iş üçün Elvindən 16000 manat istəyib. Lakin sonuncu bu qədər pulunun olmadığını bildirib. Kərim isə bu məsələni danışaraq 5000 manat aşağı həll edəcəyini, lakin ilkin olaraq 5000 manat vermək lazım olduğunu deyib. Elvin 15 noyabr 2021-ci il tarixdə "Qaymaq” kafesində Qabilin iştirakı ona 5000 manat verib. O, bu işin 2022-ci ilin yanvar ayının ortalarına qədər həll olunacağına vəd verib. Lakin vəd verdiyi işlərdən heç biri həll olunmayıb.
Bu əməllərinə görə işdən kənarlaşdırılan Kərim izahatında bildirib ki, Qabilin özü və tanışlarından aldığı bütün pulları şəxsi məqsədləri üçün xərcləyib və əməlindən peşmandır.
Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinən Kərim məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
