Qəddar general – yazı-pozu bilməyən Sereteli Beriyanın killeri olub
O, 40 yaşına qədər nə yazmağı, nə də oxumağı bacarıb. Buna baxmayaraq, Şalva Sereteli həmin yaşda general-leytenant rütbəsini daşıyıb, Qafqazda sərhəd qoşunlarına başçılıq edib, regionda əsas söz sahiblərindən biri sayılıb. Daha dəqiq ifadə etsək, Gürcüstanda “Beriyanın zəncirli iti” adını qazanan Sernazireteli Beriyanın sayəsində istədiyi kimi hərəkət edib. O, “NKVD” orqanlarında həm də adam oğurluğu və gizli qəttllər üzrə peşəkar mütəxəssis kimi də tanınınb. Elə onu Lavrenti Beriya üçün “yararlı” edən əsas səbəblərdən biri də bu olub.
Şalva Sereteli 1894-cü ildə Gürcüstanda, Saqxere şəhərində anadan olub. Bir yaşı olanda kənd müəllimi işləyən atası vəfat edib. Anası ikinci dəfə dəmiryolu stansiyada işləyən maşinistlə ailə qurub. Şalvai artıq yeniyetməlik yaşlarında onun yanında işləyib.
1914-cü ildə hərbi xidmətə çağrılan Sereteli Orenburqda xidmət edib, bir aylıq kurslardan sonra gizir rütbəsi alıb.
Sereteli hərbi xidmətdən sonra Kutaisiyə qayıdıb. 1919-cu ildə o, bolşeviklərlə yaxınlığına görə həbs edilib. Son dərəcə qoçaq və çevik olan Sereteli bir ay həbsxanada qaldıqdan sonra qaçmağa nail olub və elə cəmi bir ay da azadlıqda qala bilib. Axtarışda olan Sereteli yenidən həbs olunaraq Kutaisi həbsxanasına göndərilib.
Məhz həmin ərəfədə Beriya da Kutaisi həbsxanasında saxlanılıb. Həbsxanada Sereteli ən ötkəm məhbuslardan biri kimi tanınıb və o, digər məhbuslar kimi Beriyaya da sıradan gələn bir dustaq kimi baxıb. Beriya isə əksinə, ona mərd, qorxmaz bir gürcü kimi yanaşıb.
Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sobra azadlığa çıxan Sereteli Gürcüstan FK-sında (Fövqəladə Komissiya – rusca ÇK) xidmətə qəbul edilib. O, yenidən Beriya ilə görüşüb, bu dəfə Sereteli Beriyaya sıravi bir dustaq kimi yox, öz himayədarı kimi baxıb. Beriyanın sayəsində vəzifə və rütbə pillələrini sürətlə qalxıb. Elə 1922-ci ildə Sereteli FK əməkdaşını vəhşicəsinə qətlə yetirəndə də onu həbsdən məhz Beriya xilas edib.
Vəzfə pillələrini qalxdıqca Seretelinin azğınlığı son həddə çatıb. O, adi bir hərəkəti xoşuna gəlməyən yüzlərlə insanı antisovet fəaliyyətdə günahlandıraraq məhv edib. Gürcüstabda keçirilən bütün məxfi və “qaranlıq” əməliyyatları Beriya məhz ona həvalə edib. İşinin öhdəsindən “layiqincə” gələn cəllad zaman-zaman Beriya tərəfindən mükafatlandırılıb.
1939-cu ildə heç bir təhsili, savadı, idarəetmə anlayışı, xidməti davranış etikası olmayan Sereteli Qafqaz sərhəd qoşunlarına rəisi təyin edilib.
Beriya Moskvada “NKVD”-yə təyinat alanda digər yaxınları kimi Gürcüstandan Seretelini də özü ilə mərkəzə aparıb. Sereteli bir müddət “NKVD”-nin mərkəzi aparatında xidmət edib. Amma Beriya onu uzun müddət öz yanında, mərkəzi aparatda saxlaya bilməyib. Sereteli o qədər qaba, kobud, davranaşını bilməyən, idarəetmə və sənədləşmə işlərindən uzaq küt bir adam olub ki, Beriya onu üzdə saxlamaqdan çəkinib və onu gözdən və mərkəzdən uzağa, Gürcüstan Daxili İşlər Komissarlığına birinci müavin vəzifəsinə göndərib.
Sereteli Gürcüstanda xidmt etsə də, o, əksər vaxtlarda Moskvada, o cümlədən SSRİ-nin ayrı-ayrı bölgələrində Beriyanın məxfi tapşırıqlarını yerinə yetirib. Bu tapşırıqlar heç də hansısa bir əməliyyatın keçirililməsindən ibarət olmayıb. Sereteliyə yalnız adam oğurluğu və gizli qətllər “etibar” edilib. Onun qətllər siyahısında kifayət qədər məşhur simalar yer alıb.
Müharibədən sonra Sereteli Gürcüstanda yeni yaradılan Dövlət Təhlükəsizliyi Nazirliyinə nazir müavini vəzifəsinə təyinat alıb. Qurumun ittifaq miqyaslı rəhbəri Beriya olmasa da, Sereteli əvvəlki ötkəmliyindən qalmayıb. Hətta o, Gürcüstan dövlət təhlükəsizliyi naziri Ruxadze ilə əlbəyaxa dava səviyyəsinə qədər konfliktə girib. Bu cür münaqişələr isə Beriyanın sayəsində həmişə Seretelinin növbəti dövlət təltifi ilə nəticələnib.
1953-cü ildə Dövlət Təhlükəsizliyi Nazirliyi Daxili İşlər Nazirliyi ilə birləşdirildikdən, Beriya həbs olunduqdan sonra Seretelinin hökmranlığına son qoyulub. Həmin gərgin vaxtlarda Sereteli dərhal Moskvaya yollanıb, yeni “dayı” axtarışına çıxıb. Onu Moskvada nəinki nazirlər, heç nazirliklərdəki şöbə, sektor rəisləri də qəbul etməyib. Qapılar arxasında qalan Sereteli yeganə çıxış yolunu könüllü istefa verməkdə görüb və düşünüb istefasından sonra törətdiyi əməllər də unudulucaq.
Ancaq heç də Seretelinni düşündüyü kimi olmayıb. O, “Beriya işi” ilə əlaqədar istintaqa cəlb edilib. Beriya məhkəmə prosesində dəfələrlə Seretelinin adını çəkib, konkret fakt olaraq SSRİ-nin Çindəki səlahiyyətli nümayəndəsi vəzifəsində çalışan İvan Prelskinin və onun həyat yoldaşının qatarda Sereteli tərəfindən qətlə yetirlidiyini söyləyib.
1955-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasında Sereteli haqqında toplanmış cinayət işləri ilə bağlı ayrıca məhkəmə prosesi keçirilib. Altı gün davam edən məhkəmə prosesi bir şounu xatırladıb. Sereteli cümlənin əvvəlində dediyi fikri cümlənin sonunda özü təkzib edib. Onun hər bir ifadəsi məhkəmə iştirakçıları tərəfindən istehzalı gülüşlərlə qarşılanıb. Sereteli haqqında ən ağır cəza, güllələnmə hökm çıxarılıb. 1955-ci ilin noyabrın 15-də hökm icra edilib, 61 yaşlı qatil-general güllələnib.
İlham Cəmiloğlu, Musavat.com
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15