Rasim Məmmədovun xalq artistindən aldığı evə həbs QOYULDU
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
NUH.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda sənədlər elan olunub.
İş üzrə sənədlərin tədqiqi zamanı prosesə sədrlik edən hakim üzərinə həbs qoyulmuş 70 milyonluq əmlakların tam siyahısı və orta bazar qiymətlərini elan edib.
Üzərinə həbs qoyulmuş əmlaklardan biri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbidir. Bazar dəyəri 22 milyon 487 min 150 manat qiymətləndirilmiş məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.
Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən şirkətin avadanlıqları və torpaq sahəsinin qiyməti isə 30 milyon 800 min manat təşkil edib.
Rasim Məmmədova məxsus digər əmlaklara isə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 550 min manatlıq iki bağ evi, Sabunçu rayonunda yerləşən 120 min manatlıq iki mağaza, Yasamal rayonu, Şərifzadə küçəsində 2 milyonluq qeyri yaşayış sahəsi daxildir. Həmçinin təqsirləndirilən şəxsin yaxınlarına məxsus bir neçə əmlakın da üzərinə həbs qoyulub.
Əmlaklarla bağlı sənədlərə baxış zamanı Rasim Məmmədov həbs qoyulmuş Bakı Oksford Məktəbinin 50 faizinin onlara digər hissəsinin isə adını çəkmək istəmədi başqa şəxsə aid olduğunu deyib. O, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən mənzilin isə qayınatasından miras qaldığını bildirib. Rasim Məmmədov həbs qoyulmuş Nəsimi rayonu, "Təzə bazar"ın yaxınlığında yerləşən iki evdən birini Xalq artisti Aygün Kazımovadan aldığını deyib:
"Evi Aygün Kazımovadan 2009-cu ildə almışam. Həmin binada nazirdən tutmuş müğənniyə qədər yaşayanlar var idi".
İttiham olunan şəxsin vəkili Zibeydə Sadıqova və Pərviz Məmmədov isə müvəkkilləri ilə yanaşı bir sıra şəxslərin də əmlakları üzərinə həbs qoyulmasının əsassız olduğunu deyiblər.
"Həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dəlalət edən heç bir sübut ortaya qoyulmayıb", vəkillər əlavə edib.
Poses noyabrın 21-də davam etdiriləcək.
Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
