Hamamçı Prokurordan 63 min "rüşvət"i necə alıb? Hamamda nə olub ?
Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan hamam işçisi və digər şəxslərin məhkəməsi davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi davam etdirilib.
Elnur Eldarov ifadəsində bildirib ki, baş verənlərlə heç bir əlaqəsi yoxdur: “Mənim Tariyel Qurbanovdan pul alınması məsələsindən xəbərim yoxdur. Onu tanımıram da. Ümmanın mənə 200 manat borcu var idi. Onu istədim, o da dedi ki, verəcəm. Sonra bir gün zəng elədi ki, kart göndər pulu yükləyim. Ümman mənə 1500 manat pul göndərdi ümumilikdə. Dedi ordan borcunu götür, qalanını çıxardıb mənə ver. Mən də belə etdim”.
Dövlət ittihamçısı Elnur Eldarovdan Tariyel Qurbanovu şantaj edərək alınmış 8000 manat pulla bağlı soruşub. Təqsirləndirilən şəxs həmin puldan 2000 manat götürdüyünü deyib: “Mən usta kimi işləmişəm. O 2 min manat zəhmət haqqım idi. Xəbərim yox idi ki, Tariyel müəllimdən alınıb o pul. Mən öz zəhmət haqqımı almışam sadəcə. Ümmangilin Tariyel Qurbanovla danışıqlarına şahid olmamışam. Mən isə onu ümumiyyətlə hədələməmişəm. Peşmanam”.
Daha sonra təqsirləndirilən şəxslərdən Ələkbər Nuriyev ifadə verib. O, ittihamla razı olmadığını bildirib: “Mən Ümmanı tanıyıram. Tariyel Qurbanovun kim olduğunu tutulandan sonra bilmişəm. Mən rayonda yaşayırdım. Ümman Bakıda. Amma əlaqəmiz var idi. Pula ehtiyacım olduğu üçün ondan 5 min manat borc istədim. O da dedi ki, indi yoxdur, amma bir müddət sonra verəcək. Bir gün evdə idim Ümman dedi ki, sənə 1800 manat pul göndərdim. Mən o pulu Tariyel Qurbanovdan şantaj yolu ilə aldığını bilməmişəm. Hətta Ümmana demişdim ki, məni Bakıda işə düzəlt. Demişdi, iş yoxdur. Onun hamamda işlədiyini bilmirdim. Mənə demişdi ki, biznes qurmuşam”.

Cinayət işi üzrə 7 nəfər təqsirləndirilən şəxs var. Onlardan 6 nəfəri kişi, 1-i qadındır. Sahilə Məmmədova dünənə qədər bu iş üzrə həbsdə olmayan yeganə təqsirləndirilən olub. Belə ki, onun himayəsində azyaşlı olduğu üçün o ev dustaqlığına buraxılmışdı. Lakin son iki prosesə gəlmədiyinə, ötən gün keçirilən prosesə isə gecikdiyinə görə, hakim onun bu hərəkətlərini məhkəmədən yayınmaq kimi qəbul edib.
Məhkəmə zalındaca həbs edilən S.Məmmədova daha sonra konvoyun müşayiəti ilə ifadə verib. İttihama görə, o, Tariyel Qurbanovdan hamamda çəkilmiş foto və videoları yaymaq hədəsi ilə 4 min manat istəyib. Sahilə bildirib ki, onu bu işə bacısının sevgilisi Natiq Nuriyev sövq edib. Natiq də hazırda bu işlə bağlı həbsdə olanlar sırasındadır. Belə ki, Sahilə bacısıgillə bir evdə yaşayırmış: “Bir gün Natiq mənə dedi ki, Tariyel adlı imkanlı şəxs var. Natiqin dostları Ümman və İlqar ona hədə-qorxu gəlib pul alıblar. Həmin şəxsin Ümman və İlqarda hamamda çəkilmiş şəkil və videoları var. Dedi ki, gəl həmin şəxsə zəng edib şəkil və videoların bizim əlimizə keçdiyini deyək, 3-5 min manat alaq. Maddi sıxıntılarım olduğu üçün mən də razılaşdım. Bacımın telefonundan Tariyel müəllimin vatsapına səs atdım. Bildirdim ki, mən Ümmanın sevgilisiyəm, sizin şəkil və videolarınızın olduğu telefon məndədir, mənə pul versəniz, həmin şəkil və video olan telefonu tualetə atacağam. Lakin Tariyel müəllim həmin səsə qulaq asdıqdan sonra nömrəni “qara siyahıya” atdı".
İfadə verdikdən sonra S.Məmmədova zaldan birbaşa təcridxanaya aparılıb.
Məhkəmə dekabrın 9-da davam etdiriləcək.
Xatırladaq ki, Bakıda hamamlardan birində kisəçi-ofisiant işləyən Ümman Əliyev tanınmış prokuror Tariyel Qurbanovu hamamda çəkilmiş görüntülərlə şantaj etməkdə təqsirli bilinir. İttihama görə, o, bu işi tanışları - Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədova ilə birlikdə görüb. Qeyd edilib ki, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Tariyel Qurbanov isə həmin hamamın daimi müştərisi imiş. Bir müddət sonra Ümmanla əlaqələri möhkəmlənib və insan ona maddi yardım etməyə başlayıb. Ümman Əliyev Tariyel Qurbanovdan 63 min manatdan çox pul alıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı olan T.Qurbanov hazırda Abşeron rayon prokurorunun böyük köməkçisidir. O, sözügedən hadisə baş verərkən Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Onun həmin dövrdə tədbirlərin birində sol əli hərbi salam verməsi müzakirələrə səbəb olmuşdu.
- Nepal Çinə ARVAD SATMAQ istəmir
4 yanvar 2026 21:23
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
3 yanvar 2026 14:14
- Bu gün millət vəkili Əli Məsimlinin doğum günüdür
3 yanvar 2026 12:41
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
2 yanvar 2026 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
2 yanvar 2026 11:38
- Polad Həşimovun doğum günüdür
2 yanvar 2026 11:07
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
1 yanvar 2026 20:47
- Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
1 yanvar 2026 13:53
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 2025 11:02
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
04 yanvar 00:12
- Prezident nəvələri ilə Şahdağda xizək sürdü - Fotolar
03 yanvar 22:11
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
03 yanvar 14:14
- Maduro və həyat yoldaşı ələ keçirildi - Tramp təsdiqlədi
03 yanvar 13:52
- Bu gün millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 12:41
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
03 yanvar 12:19
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
03 yanvar 12:09
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
03 yanvar 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
02 yanvar 20:08
- Prezident və birinci xanım Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı verdi
02 yanvar 17:40
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 yanvar 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
02 yanvar 11:38
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
02 yanvar 11:30
- İlham Əliyev isveçrəli həmkarına başsağlığı verdi
02 yanvar 11:13
- Polad Həşimovun doğum günüdür
02 yanvar 11:07
- Azərbaycan Çindən səkkiz min tabut aldı
01 yanvar 22:20
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
01 yanvar 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
01 yanvar 20:22
- Mehriban Əliyeva Yeni ilin ilk günündə İlham Əliyevlə fotosunu paylaşdı
01 yanvar 17:35
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
01 yanvar 15:08
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
01 yanvar 13:44
