- İntihar etmiş rusiyalı NAZİR VİDA MESAJI-nda NƏ YAZIB ?
- Ermənistan XİN mətbuat katibi Ani Badalyan: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
- Terrorsuz Türkiyə : PKK bu gün SİLAHI YERƏ QOYACAQ
- Təyyarədə qadının OMBA-sına toxundu və 7 İL HƏBS...
- Pul üçün Rus ordusuna yazılan azərbaycanlı Əliquliyev peşmandır: Prezidentə deyin, məni qurtarsın
Korrupsiyalaşmanın Naxçıvana zərbəsi

Son günlər Naxçıvan gömrüyündə aparılan yoxlamalar, aşkara çıxarılan korrupsiya faktları ölkə gündəminin ən çox müzakirə olunan mövzularından biridir. Azərbaycan vətəndaşları haqlı olaraq Naxçıvan gömrüyündə mənimsənilən vəsaitlərin külli miqdarda oldmasından təəccüblənir, bu qədər ağır korrupsiya faktının aşkarlanmasını müsbət məqam kimi qeyd edir.
Qeyd edək ki, son 8 ildə Azərbaycanda yüksək vəzifəli, bir sıra hallarda isə mühüm dövlət qurumlarına rəhbərlik edən şəxslərin korrupsiya ittihamı ilə vəzifədən alınması, həbs olunması faktları kifayət qədərdir. Bunun da əsas səbəbi ölkədə korrupsiyaya qarşı ardıcıl mübarizənin aparılması, bu proses zamanı ən yüksək vəzifəli məmurlara belə güzəşt edilməməsidir. Prezident İlham Əliyev dəfələrlə Azərbaycanda bütün şəxslərin öz əməllərinə görə cavab verəcəyini, heç bir vəzifənin məmurları cəzadan mühafizə etməyəcəyini bəyan edib. Biz son illərdə Prezidentin bu mövqeyinin korrupsiyaya qarşı mübarizədə əksini tapdığına şahid olmuşuq. Buna görə də əminliklə söyləmək olar ki, Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Bu baxımdan, burada hər hansı siyasi çalar, siyasi məna axtarmağa ehtiyac yoxdur.
Bu gün aparılan araşdırmalar göstərir ki, Naxçıvan gömrüyündə korrupsiyalaşmış dəstə özünə yer edib, xeyli müddət ərzində idxal-ixrac əməliyyatlarında yayınmalara, mənimsəmələrə yol verilib. Qeydiyyatdan yayınma xüsusilə Naxçıvana gətirilən mallarla bağlı daha yüksək olub. Nəticədə yüz milyonlarla manat vəsait qeydiyyatdan yayındırılaraq mənimsənilib.
Bunun nəticəsidir ki, Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az qeydə alınıb. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, “yeyinti” ilə bağlıdır.
Naxçıvan Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada pərakəndə və əmtəə dövriyyəsi 1 millyard 310 milyon 326,9 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,5 faiz çoxdur. Müqayisə üçün bildirək ki, eyni dövrdə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb.
Əgər yalnız gömrükdə mənimsəmələr yüz milyon manatın üzərindədirsə, onda Naxçıvanda digər sahələrdə korrupsiyanın yemi olan dövlət vəsaitlərinin həcmini təsəvvür etmək elə də çətin deyil. Türkiyə və İranla birbaşa sərhədə, əlverişli ticarət və iqtisadi əlaqələrə malik bir ərazidə iqtisadi inkişafın, iqtisadi artımın niyə az olduğunun səbəbini mərz bu mənimsəmələrdə axtarmaq lazımdır. Naxçıvanın rəsmi statistikasına əsasən cari ilin 2022-ci ilin yanvar-avqust aylarında Muxtar Respublikada 1 milyard 939 milyon 834 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur. Məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4182,5 manat olub. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-avqust aylarında 797 milyon 859 min 700 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 674 milyon 786 min manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 644 milyon 911 min 800 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Ölkə üzrə eyni vaxtda əvvəlki ilin eyni dövrü ilə müqayisədə iqtisadi artım 5,8 faiz təşkil edib.
Yüksək korrupsiyalaşma, dövlət büdcəsindən yayınmalar olmasaydı, bu gün Naxçıvan ölkənin ən varlı bölgələrindən birinə çevrilə bilərdi. Bölgənin kənd təsərrüfatı istehsalı potensialı çox yüksəkdir. Qardaş Türkiyə artıq neçə illərdir Naxçıvandan kənd təsərrüfatı məhsullarının idxalını rüsumlardan azad edib. Belə əlverişli şərtlərin olmasına rəğmən yüksək korrupsiyalaşma bölgənin sürətli iqtisadi inkişafına imkan verməyib.
2022-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 595,6 manat təşkil edib. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çoxdur. Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 829 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.
Ölkə rəhbərliyi, Prezident İlham Əliyev Naxçıvanda əlverişli iqtisadi şərtlərin yaradılmasını daim diqqət mərkəzində saxlayır. Bölgənin bütün iri infrastruktur layihələri mərkəz büdcədən maliyyələşdirilir. Hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat civarında dotasiya verilir. Naxçıvanın öz gəliri isə kağız üzərində 200 milyon manata belə çatmır. Halbuki real gəlirlər qeydiyyatdan yayındırılmasa, Muxtar Respublikanın öz gəlirləri indikindən dəfələrlə yüksək olardı.
2022-ci ili iyununda – dövlət büdcəsinə yenidən baxılan zaman Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 28,5 milyon manat və ya 4,9 faiz, dövlət büdcəsindən ayrılan dotasiya isə 26 milyon manat və ya 6,0 faiz artırılıb. Artımdan sonra Naxçıvan Muxtar Respublikasının büdcəsinin cari ildəki gəlir və xərcləri bərabər olmaqla 606,1 milyon manat təşkil edəcək. Artırılmış xərclərin əsasən əmək haqlarının və sosial müavinətlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
"2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən gələn il üçün muxtar respublikanın büdcə gəlirləri 634,8 milyon manat, 2024-cü ildə 661,4 milyon manat, 2025-ci ildə 679,4 milyon manat, 2026-cı il üzrə isə 699,4 milyon manat proqnozlaşdırılıb. Başqa sözlə, 2022-ci ilin təsdiq edilmiş büdcə gəlirləri ilə müqayisədə 2026-cı ildə gəlirlər 15,4 faiz və ya 93,3 milyon manat artıq müəyyən edilib.
Qeydiyyatdan yayınmanın aradan qaldırılması, bir sıra dövlət qurumlarının ləğv edilərək, mərkəzi qurumlara tabeli idarələrə çevrilməsi nəticəsində Naxçıvanın 2023-cü il büdcəsinə bəzi dəyişikliklər olunub. Belə ki, ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin saxlanması üçün dövlət büdcəsindən ayrılmış 11,1 milyon manat dotasiya çıxıldıqdan sonra gələn il Muxtar Respublikanın büdcə xərcləri 653,3 milyon manat təşkil edəcək. Həmçinin Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 449,8 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya, 185 milyon manatı Muxtar Respublikanın öz gəlirləri hesabına formalaşacaq.
Qeyd edək ki, layihənin ilkin variantında dövlət büdcəsindən Naxçıvana 480 milyon 881 min manatın ayrılması nəzərdə tutulurdu. Layihənin ikinci oxunuş üçün təqdim edilən variantına əsasən, 2023-cü ilin dövlət büdcəsinin layihəsində Muxtar Respublikanın büdcəsi üçün nəzərdə tutulmuş dotasiya 31,1 milyon manat azaldılır ki, bu, sırf komitə statusunda olan qurumların idarə statusuna dəyişməsi ilə bağlıdır. Yəni Naxçıvanın sosial-iqtisadi təminatına ayrılan vəsaitlərin həcmində hər hansı dəyişiklik edilmir.
Azərbaycanın hər bir bölgəsi kimi, Naxçıvan da dövlət rəhbərliyinin qayğısı ilə əhatə olunub. Korrupsiyaya qarşı mübarizə tədbirləri bölgənin iqtisadi inkişafını sürətləndirməyə imkan verəcək.
- Naxçıvana Ali Məclis sədri Bakıdan gətirilə bilər
9 iyul 2025 09:47
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Ölkəyə səs salan QƏTLLƏR
20 iyun 2025 00:23
- İranın Silahlı Qüvvələrinin ÖLDÜRÜLƏN Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqeri AZƏRBAYCANLIDIR...
13 iyun 2025 10:52
- Xruşovu öldürmək istəyən gürcü tələbələr – Onlardan biri sonradan deputat olub
8 mart 2025 16:26
- SSRİ-ni ABŞ-nin nüvə hücumundan xilas edən alim – Klaus Fuks
4 dekabr 2024 19:46
- Rusiyada 56 yaşlı azərbaycanlı sevgilisinə 10 bıçaq zərbəsi vurdu
1 dekabr 2024 02:17
- Məhkəmə QƏRARI : Yeznəsini ANLAQSIZ VƏZİYYƏTDƏ ÖLDÜRÜB ))
14 oktyabr 2024 16:01
- Azərbaycanda pionerlər niyə öldürülürdü?
28 sentyabr 2024 11:58
- Müsavat başqanlığına namizədi öldürəndən sonra tikə-tikə doğrayıblar - ŞOK
24 sentyabr 2024 15:57
- Prezident həmkarını təbrik etdi
11 iyul 11:31
- İntihar etmiş rusiyalı NAZİR VİDA MESAJI-nda NƏ YAZIB ?
11 iyul 10:45
- Ermənistan XİN mətbuat katibi Ani Badalyan: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
11 iyul 10:08
- Terrorsuz Türkiyə : PKK bu gün SİLAHI YERƏ QOYACAQ
11 iyul 09:48
- Təyyarədə qadının OMBA-sına toxundu və 7 İL HƏBS...
11 iyul 09:36
- HÖKÜMƏ - kədərim mənim filmi bu tarixdə təqdim olunacaq
11 iyul 02:05
- Yazıçı Sabir Əhmədlinin oğlu ilə TƏSİRLİ MÜSAHİBƏ
11 iyul 01:31
- Bir qətliamın izi – 26 il əvvəl Bakı və İrəvan sülhə yaxın olanda 40 erməni güllələnib
11 iyul 01:12
- Pul üçün Rus ordusuna yazılan azərbaycanlı Əliquliyev peşmandır: Prezidentə deyin, məni qurtarsın
11 iyul 00:36
- Daha bir rayonda yasda EHSAN ləğv edildi
11 iyul 00:26
- 5 saat davam edən İlham Əliyev-Paşinyan görüşünə dair İLK AÇIQLAMA
10 iyul 14:43
- İranlı molla : CƏHƏNNƏM əhlinin dili TÜRKCƏ, CƏNNƏT əhlinin dili ƏRƏBCƏDİR...
10 iyul 13:33
- 100 qadını öldürmüşdü - Manyakın meyiti tapıldı
10 iyul 12:29
- Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsində vətəndaşları qəbul edib
10 iyul 12:18
- Maral tam Ayı 10 iyul 2025: Nə etməli?
10 iyul 11:41
- Kompüteri 1000 DƏFƏ sürətləndirməyin yolu
10 iyul 11:18
- Uşağa görə muştuluq aldılar, gecə isə yoldaşımın meyitini verdilər
10 iyul 10:00
- Ərdoğan xalqa müraciət edəcək
10 iyul 09:47
- İlham Əliyevin Nikol Paşinyanla görüşü başladı
10 iyul 09:28
- Həbsdə olan vəkil Adəm Məmmədov bu şəxsi məhkəməyə verdi
10 iyul 01:46
- Bakıda nişana hazırlaşan oğlanı öldürdülər - Dedim ki, bura yaşayış yeridir, söyüş söyməyin
10 iyul 01:18
- İlham Əliyev Paşinyanla görüşəcək - Vaxt və yer açıqlandı
09 iyul 12:37
- İki gün sonra ÖCALAN daha bir - Tarixi çağırış edəcək
09 iyul 11:42
- Dünyanın ən gülməli ölkələri açıqlandı: Zirvədə gözlənilməz ölkə yer aldı
09 iyul 11:16
- Paraşütlə tullanıb... ÖLMƏK neçəyədir?
09 iyul 10:08
- Naxçıvana Ali Məclis sədri Bakıdan gətirilə bilər
09 iyul 09:47
- Bu gün Azərbaycanda Diplomatiya Günüdür
09 iyul 02:37
- Rusiyada büdcə kəsiri 6 dəfə artıb; Təhlükəsizlik yastığı sürətlə boşalır...
09 iyul 02:30
- Avropa ilə bağlı ŞOK RƏQƏMLƏR - Uşaqlı və uşaqsız ailələrin SAYI
09 iyul 01:27
- Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
09 iyul 00:27