Osetin şagirdləri girov götürərək İsrailə uçan erməni – Yakşıyants ...
1 dekabr, 1988-ci il... Həmin gün Orconikidze şəhərindəki (indiki Vladiqafqaz, Şimali Osetiya) 42 nömrəli orta məktəbin 4 “Q” sinif şagirdlərinin sevincinin həddi-hüdudu olmayıb. Şəhər mətbəəsinə ekskursiyaya aparılan şagirdlərə dərsliklərin necə çap olunmasını nümayiş etdiriblər, ekskursiyanın sonunda isə məktəblilərə çoxsaylı uşaq kitabları, rəngli plakatlar, yeni il açıqcaları hədiyyə edilib. Amma 10-11 yaşlı bu uşaqlara hədiyyələrini evlərinə aparmaq qismət olmayıb. 31 nəfər şagird və onların sinif rəhbəri, 24 yaşlı Natalya Yefimova 5 nəfərdən ibarət cinayətkar dəstə tərəfindən girov götürülüblər...
Şagirdləri girov götürməklə milyonlara sahib olmaq ideyası əslən Şuşadan olan milliyyətcə erməni Pavel Yakşiyantsa məxsus olub. O, bu məqsədlə ətrafına daha 4 nəfəri yığaraq cinayətkar dəstə yaradıb. Cinayətkar dəstə girov “əməliyyatı” ilə bağlı bir neçə ay plan cızıblar. Nəhayət, onlar belə qərara gəliblər ki, məktəblilərin hər hansı bir məkana ekskursiyası, yaxud da gəzintisi zamanı planlarını həyata keçirsinlər. Hədəfə 42 nömrəli orta məktəb düşüb. Noyabrın 30-da qonşusu ilə həyətdə söhbət edən Yakşiyantsa söhbət əsnasında məlum olub ki, qonşusunun 42 nömrəli orta məktəbdə oxuyan oğlu səhərisi gün sinif yoldaşları ilə şəhər mətbəəsinə ekskursiyaya gedəcəklər.
![]()
Dekabrın 1-də səhər saatlarında Yakşiyants işlədiyi sərnişin avtobusları parkından Vaxtanq Qviniaşvilini sürdüyü LAZ-697 sərnişin avtobusunu qarajdan qaçırıb. Bundan əvvəl o, dispetçer otağından yazılmamış boş yol-göndəriş vrəqəsi də əldə edib. Dəstə avtobusa yığışaraq şəhər mətbəəsinə istiqamət alıb. Cinayətkarlar yolda yol-göndəriş vərəqəsini doldurublar, vərəqədə “mətbəə-42 nömrəli orta məktəb” marşrutu göstərilib. Ekskursiya yekunlaşanda və uşaqlar çölə çıxanda Yakşiyants vərəqəni sinif rəhbərinə göstərərək bildirib ki, avtobusu məktəb rəhbərliyi göndərib. Hava şəraitinin soyuq olması, sulu qar yağması sinif rəhbərini inandırıb ki, həqiqətən də avtobus məktəb direktoru tərəfindən göndərilib.
Məktəblilər sevinclə avtubusa doluşublar. Bir neçə dəqiqədən sonra onların sevinci qorxu və həyəcanla əvəzlənib. Yakşiyants avtobusu Şimali Osetiya vilayət partiya komitəsinin inzibati binasının qarşısına sürüb və elə buradan da tələblərini irəli sürüb.
![]()
Tələblər aşağıdakılardan ibarət olub:
1 milyon rus rublu;
1 milyon ABŞ dolları;
1 milyon Britaniya funt-sterlenqi;
5 ədəd zirehli jilet;
5 ədəd tapança və AK avtomatı;
İsrailə uçmaq üçün təyyarə.
Cinayətkar dəstənin ən böyük tələbi isə Raisa Qorbaçova ilə bağlı olub. Yakşiyants təhlükəsizliyini təmin etmək və milyonları ələ keçirmək üçün birinci xanımın gəlməsini zəruri sayıb.
Danışıqlar 12 saatdan artıq davam edib. Girovların azad edilməsi üçün xüsusi qərargah yaradılıb. Qərargaha əvvəlcə Şimali Osetiyanın daxili işlər nazirinin müavini Teymuraz Bataqov rəhbərlik edib. Daha sonra onu Moskvadan, DTK-dan gəlmiş bir neçə general əvəz edib. Eyni zamanda saatlar ərzində “Alfa” qrupunun üzvləri də Orconikidzeyə uçublar.
![]()
Hadisə haqqında Mərkəzi Komitənin baş katibi Mixail Qorbaçova məruzə edilib. Qorbaçov məktəblilərin azad olunması üçün danışıqların davam etdirilməsini, heç bir nəticə alınmayacağı təqdirdə isə tələblərin yerinə yetirlməsini göstəriş verib. Amma Raisa Qorbaçovanın Orconikidzeyə getməsinin mümkün olmadığını söyləyib.
“Alfa” qrupu əməliyyat keçirməsinə hazır olduğunu bildirsə də, Kreml rəhbərliyi buna icazə verməyib. Belə ki, azyaşlı uşaqların əməliyyat zamanı özlərini necə aparacağı, mürəkkəb situasiyadakı hərəkətləri problem yarada biləcəyindən əməliyyat keçirilməyib.
Beləliklə, əvvəlcə dəstəyə tələb etdikləri zirehli jiletlər və silahlar verilib. Danışıqlar zamanı tərəflər 2 milyon ABŞ dolları ilə “razılıq” əldə ediblər və həmin məbləğ də onlara çatdırılıb. Yakşiyants həmin dar macalda öz metodu ilə əskinazların bir neçəsiniin saxta olub-olmadığını da yoxlayıb.
![]()
Cinayətkar dəstə İsraili seçməkdə də məqsədli olublar. Çünki həmin dövrdə SSRİ ilə İsrail arasında diplomatik əlaqələr olmayıb. Cinayətkarlar məhz buna arxayın olublar ki, İsrail tərəfi onları yenidən SSRİ-yə qaytarmayacaq.
Təyyarə tələbi tərəflər arasında problem yaradıb. Belə ki, cinayətkarların tələb etdiyi “İl-76” təyyarəsini Orconikidze aeroportu fiziki cəhətdən qəbul etmək imkanında olmayıb. Nəhayət, bu məsələ də öz həllini tapıb. Təyyarə Mineralnı Vodı hava limanına verilib. Avtobus milislərin və DTK əməkdaşlarının maşınlarının müşayiəti ilə Mineralnı Vodıya istiqamət alıb.
Cinayətkarlar avtobusdakı uşaqları da təyyarəyə mindiriblər. Təyyarənin mühərrikləri işə salındıqdan, uşuça hazır olduqdan sonra şagirdlərdən 20-i və sinif rəhbəri buraxılıb. Yakşiyants 11 şagirdi buraxmaq istəməyib. Yenidən danışıqlar başlayıb. Son anda Yakşiyants 11 şagirdi pulu və silahları ona çatdıran DTK podpolkovniki Yevgeni Şeremetyevlə dəyişib. Bütün uşaqlar girovluqdan azad olunub. Yakşiyants bəyan edib ki, təyyarə SSRİ ərazisində eniş edəcəyi təqdirdə pilotlar və DTK əməkdaşı dərhal güllələnəcəklər. Bununla da dekabrın 2-də saat 16-da “İl-76”-nın uçuşuna icazə verilib.
![]()
Təyyarə İsraildə Təl-Əviv yaxınlığındakı hərbi aerodroma eniş edib. Cinayətkar dəstə İsrailin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə sövdələşməyə çalışıblar. Yakşiyants Cənubi Afrika Respulikasına uçmağa şərait yaratmaq üçün onlara bir milyon dollar təklif edib. İsrail bu təklifdən imtina edib. Artıq həmin saatlarda Moskvadan Tel-Əvivə DTK əməkdaşlarını aparan təyyarə də eniş edib. İsrail hökuməti cinayətkar dəstəni bir şərtlə onlara təhvil verib - cinayətkarlar haqqında güllələnmə hökmü çıxartmamaq şərtilə.
![]()
Dekabrın 3-də Yakşiyantsın dəstəsi artıq Moskvada, Lefertovo həbsxanasında olublar. Məhkəmənin hökmü iləYakşiyants 15 il, dəstənin digər üzvləri isə 5-14 müddətinə azadlıqdan məhrum ediliblər. Bir ildən sonra Çelyabinskdə həbsxanada cəza çəkən Yakşiyants tibb məntəqəsinə gedərkən həbsxananın iki qadın əməkdaşını girov götürərək qaçmağa cəhd edib. Bu cəhdinə görə onun cəzasının üstünə daha 15 il əlavə edilib.
İlham Cəmiloğlu, Musavat.com
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 2026 12:11
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 2026 14:17
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
