Hərbi Əks-Kəşfiyyatın rəisi, general Nizami Şirinovun ordenləri alındı....
Dekabrın 2-də Bakı Apelyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi Milli Təhlükəsizlik Nazirliyinin(MTN 2015-ci ildə ləğv olunub) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun apelyasiya şikayəti üzrə hazırlıq iclası davam etdirilib.
Nizami Şirinov və digər şəxslər Bakı Hərbi Məhkəməsinin barələrində olan hökmdən narazıdırlar. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Onların vəkilləri məhkəməyə təqdim etdikləri apelyasiya şikayətlərində müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar olduğunu qeyd ediblər.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov 4 il müddətinə azadlıqdan mərhum edilib. İbtidai istintaq dövründə və cinayət dosyesinə Bakı Hərbi Məhkəməsində Elcan Abdullayevlə Nadir Nəzirov barərəsində ev dustaqlığı qəti-imkan tədbiri seçilmişdi. Məhkəmənin hökmündən sonra isə hər iki şəxs zalda həbs olunublar. Nizami Şirinova gəlincə isə, 2022-ci ilin aprelindən həbsdədir. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinovun general rütbəsinin alınması üçün prezidentə təqdimat göndərilməsi barədə qərar olunub. Bundan başqa o, orden və medallardan da məhrum edilib. Həmçinin Nizami Şirinovun bütün əmlakları müsadirə olunub. Hökmdən narazı qalan Nizami Şirinov və digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.
İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər. Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar almaqda təqsirli biliniblər. Zərərçəkmiş Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.
Digər zərərçəkmişlər Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olduğu elan olunub. Zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.
Nizami Şirinov Bakı Hərbi Məhkəməsində iş üzrə zərərçəkənlərə vurulan ziyanı ödəyib.
İş üzrə növbəti məhkəmə prosesi dekabrın 9-na təyin olunub.
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- Təbrizə də zərbələr endirildi
28 fevral 2026 16:11
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
